4. Dördüncü fəsil (Əli ibn Əbitalibdən (ə) nəql olunan şiə hədisləri)

4. Dördüncü fəsil
(Əli ibn Əbitalibdən (ə) nəql olunan şiə hədisləri)

◘Həzrət Əli (ə) buyurub: “İnsanların iki qismi var ki, onların yoldan azmasına mən səbəb olaram, halbuki, məndə təqsir yoxdur: Biri (mənim barəmdə) qabağa gedən (həddi aşan) dost, biri də geri qalan (məndən üz döndərən) düşmən.”

(Şeyx Səduq “Əmali” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu sözü Həzrət (ə) üzürxahlıqla, onun barəsində həddi aşanlar və ifrata varanlardan ötrü deyib ki, bilsinlər ki, o Həzrət (ə) onların bu əqidəsinə nifrət edir.”)

Bunun ardınca Həzrət (ə) buyurur: “And olsun öz canıma! Əgər İsa da (ə) nəsranilərin ifratçı sözləri qarşısında sükut etsəydi Allah ona əzab verərdi.”

◘Səbir iki növdür: Biri bəla gələn zaman dözümlü olmaq. Bu çox yaxşıdır. Lakin bundan da üstünü haram iş qarşıya çıxarkən səbirli olmaqdır.

◘Allahı zikr (yad) etmək də iki növdür: Biri müsibət üz verən zaman, digəri - bundan da üstün olanı - insanı günahdan saxlayıb onu harama düşməkdən çəkindirən zikr.

◘Həzrət Əlidən (ə) soruşdular: “Xeyir nədir?” Buyurdu: “Xeyir bu demək deyil ki, var-dövlətin və övladın çox olsun. Xeyir budur ki,  elmin çox, əməlin kamil olsun, Allah da sənin ibadətinlə fəxr etsin. Allah da sənin o ibadətinlə fəxr edər ki, yaxşı iş görən zaman Allaha şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən.

◘Dünyada iki qisim insandan başqa heç kəsdə xeyir yoxdur. Biri günahlarını tövbə vasitəsi ilə aradan aparanlar, digəri isə xeyir işlər görməyə sür`ətlə tələsənlər. Təqva vasitəsilə görülən heç bir ibadət az deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?!

◘Məhəmmədin (s) dostu o kəsdir ki, onunla qohum olmasa da, Allahın fərmanlarına itaət etsin. Düşməni o kəsdir ki, qohum olsa da günahkar olsun.

◘Əli (ə) oğlu Həsənə (ə) buyurub: “Allahdan elə qorx ki, sanki, bütün insanların ibadəti ilə Onun dərgahına getmisən, lakin səndən qəbul edəcəyinə arxayın deyilsən və Onun rəhmətinə elə ümidvar ol ki, sanki, bütün insanların günahları ilə Onun dərgahına getmisən və ümidvarsan ki, səni bağışlayacaq.”

◘Dünya keçid yeridir. Axirət isə mənzil. Dünyada olan insanlar iki firqədir. Biri özünü dünyaya satır və həlak edir. Digəri isə öz canını dünyadan alır və azad edir.

◘Dünya və axirət iki barışmaz düşmən və iki müxtəlif yoldur. Dünyanı dost bilən axirətə düşməndir. Dünya və axirət şərq və qərb kimidir. Hansına tərəf yaxınlaşsan o birisindən uzaqlaşırsan.

◘Qənaət (qane olma) və itaət izzət və ehtiyacsızlığa, hərislik (tamah) və günah isə zillət və bədbəxtliyə səbəb olur.

◘And olsun Allaha, mən əlimi əjdəhanın ağzına apararam, lakin heç dünyaya yeni gəlmişin də qabağında açmaram; o ki qalsın hər əlinə gələni dəyərsiz hesab edib tərəddüd etmədən əta edənin qabağından. Günəş bulud arxasında olsa da hamı onun işığından istifadə edir.

◘Əli (ə) öz səhabələrindən birinə buyurub: Məbada ümdə sə`y və himmətini arvad-uşağına sərf edəsən. Əgər onlar Allahın dostlarıdırlarsa, Allah heç vaxt öz dostlarını başlı-başına buraxmaz. Əgər Allahın düşmənləridirlərsə nəyə görə Allahın düşmənlərindən ötrü təlaş göstərirsən?! (Yə`ni, dini və əxlaqi vəzifələrindən qabaq onlar barəsində düşünmə.)

◘Oğlu İmam Həsənə (ə) buyurub: “Oğul! Var-dövlət yığmaqdan ötrü sə`y göstərmə! (Məqsəd onu qeyri-şər`i olaraq cəm etməkdir.) Çünki sənin varisin bu iki nəfərdir: Ya həmin var-dövləti Allaha itaət yolunda sərf edib sənin əzab-əziyyətinə səbəb olmuş şeyi öz xoşbəxtliyi üçün istifadə edəcək, ya da günah işlərə sərf edib, sənin yığdığın var-dövləti öz itaətsizliyi yolunda xərcləyəcək. Hər bir halda yaxşı deyil ki, bu iki halı özündən artıq tutasan və bu yükü öz üzərinə götürəsən.

◘Dünya barəsində buyurub: “Dünya barəsində nə deyim ki, əvvəli əziyyətdir, axırı yoxluq. Halalının haqq-hesabı var, haramının əzabı. Onda ehtiyacsız olanlar əziyyət çəkir, möhtaclar qəm-qüssə. Arxasınca gedəndən qaçır, ondan üz döndərənə tərəf gedir. Bəsirət gözünü açanları görən, ona gözünü dikənləri isə kor edir.

◘Əql artdıqca danışıq azalar.

◘Əql iki növdür: Firti (yə`ni yaradılışdan insanın zatında olan) və kəsbi (yə`ni təcrübə vasitəsilə əldə olunan). Günəş işığı kor insanın halına fayda vermədiyi kimi fitri olan əqli də işlətməsən kəsbi olan əqlin faydası olmaz.

◘Cahilanə danışıqda xeyir olmadığı kimi, hikmətamiz danışıqdan da çəkinməkdə xeyir yoxdur.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana