Quranda qadının yaxşı və pis nümunəsinin təqdimi

Qadın və kişi məsələsi barəsində vəhyin sözü mühüm məsələləri ehtiva edir. Görək vəhy bu barədə nə deyir. Vəhy təkcə moizə etməklə kifayətlənməmiş, nümunə də göstərmişdir. Allah-Taala mömin insanlar üçün tarixi bir misal göstərmək istədikdə buyurur: “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur”.[3] Allah Fironun qadınını misal vurur. Halbuki həzrət Musanın (ə) zamanında iman yolunda çalışıb fədakarlıq göstərən çox insanlar vardı. Amma Allah Fironun həyat yoldaşının adını çəkir. Bu nədən irəli gəlir? Allah-Taala qadınların tərəfini tutmaq istəmişdir? Yoxsa məsələ başqa bir şeydir? Məsələ budur: bu qadın mənəvi hərəkət zirvəsində elə bir yerə çatıb ki, yalnız onu misal vurmaq olar, başqasını yox. Fironun həyat yoldaşı mövzusu tarixi baxımdan Fatimeyi-Zəhra (s) və Məryəm-Kübra (ə) dövründən öncəyə aiddir. O nə peyğəmbərdir, nə peyğəmbər övladı, nə peyğəmbərin həyat yoldaşı, nə də hansısa bir peyğəmbərin ailə üzvü. Lakin Fironun xanımının mənəvi tərbiyəsi, inkişafı və nailiyyəti elə bir həddə çatır ki, Allah-Taala Quranda onu möminlərə nümunə təqdim edir. Əlbəttə, onun qarşı tərəfi, yəni fəsadlı bir qadın nümunəsi də ortaya qoyulur. Allah ən pis insanların nümunəsini göstərmək üçün buyurur: “Və Allah kafir olanlar üçün Lutun xanımını misal vurur”[4].

Nuhun və Lutun dövründə çox kafir və pis insanlar vardı, amma Quran onları misal çəkmir. Nuhun və Lutun xanımını nümunə kimi göstərir. Qadın cinsiyyətinin zirvələrinə və uçurumlarına qarşı Allahın bu diqqəti nədən irəli gəlir? Bəlkə də Allah dünyanın o zamankı xalqının yanlış baxışına (təəssüf ki, bu gün də həmin baxış müəyyən həddə qalmışdır), öz qızlarını torpağa gömən Ərəbistan xalqının rəftarına, həmçinin o günün böyük imperatorluqları olan Roma və İran kimi imperiya xalqlarının rəftarına işarə vurmaq istəyir. Siz onların baxışını və qadınlarla rəftarını bilirsiniz. Avropanın bugünkü mədəniyyətinin bünövrəsi Roma imperiyasının mədəniyyəti və sivilizasiyasıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

----------------------------------
[3] Təhrim, 11
[4] Təhrim, 10

 

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana