O böyük şəxsiyyətin haqqında söz demək və yazmaq, fikir və söz aləmindən üstündür. O şəxsiyyətin məqamı o qədər böyük və ucadır ki, onu sözlə açıqlamaq olmur. Allahın hidayəti olmadan bu işə qovuşmaq mümkün deyil.
Peyğəmbərdən (s) imam Əli (ə)- a olan rəvayətdə gəlmişdir.
Ey Əli! Allah və məndən başqa heç bir kəs səni olduqun kimi tanımır.(1)
O həzrətin müxtəlif xislətlərini olan səxavətini və varlığını o şəxs dərk edib vəsf edə bilər ki, o həzrətdən yüksək və yaxud o həzrətlə bir məqamda olsun. Məruf sözdə olduğu kimi "Muərrif (tanıdan) lazımdır ki, müərrəfdən (tanıdılandan) üstün olmalıdır" Yerlərə bağlı olan insan, göylər aləminə bağlı olan insan haqqında nə deyə bilər, o şəxsin haqında ki, "fəzilətləri saya- hesaba gəlmir"?(2)
Bunun üçün də Allahın rəsulu (s) buyurur: "Əgər meşələr hamısı qələm ola və dəryalar mürəkkəb, mələklər hesab aparan, insanlar isə onu yazan, Əli ibn Əbu Talibin (ə) fəzilətlərini hesablaya bilməzlər."(3)
Buna görə də şübhəsiz ki, Əli (ə)- ı tanımaq üçün ən gözəl mənbə Quran və Allah rəsulunun (s) mənalı və şirin kəlamlarıdır.
səh:11
1- [1] . Biharul- ənvar, cild 5, səh 84.
2- [2] . Fəraidül- səmteyn, cild 1, səh 19, Kifayətüt- talib, cild 1, səh 18
3- [3] . Biharul- ənvar, cild 36, səh 197
Deyilənlərə diqqət yetirdikdə, bir çox alimlər buna üstünlük verirlər ki, Əmirəl möminin Əli (ə) simasının Peyğəmbərin (s) hədislərində axtarsınlar və görsünlər ki, o həzrətin müəllimi və mürəbbisi onu necə tanıtdırıb və vəsf etmişdir.
İmam Əmirəl möminin Əli (ə) fəzilət, xislət və alicənablığına nəzər salıb o həzrətin (ə) sonsuz dəryalar qədər olan fəzilətlərini Peyğəmbər əkrəmin (s) dilindən və əhli- sünnə mənbələrindən istifadə edən böyük tanınmış alimlərdən biri , Ayətullah- əl- uzma hacı şeyx Lütfüllah Safi Gülpayqanidir.