عن علیّ× وابن عباس وجابر بن عبدالله: قال|:
«أنا مدینه العلم وعلیّ بابُها، فَمَن أراد العلم فلیأت الباب.»
Əli (ə), ibn Abbas və Cabir ibn Abdullah rəvayət edibdirlər ki, əziz Peyğəmbər (s) buyurdu:
Mən elmin şəhəriyəm, Əli onun (o şəhərin) qapısı. Hər kəs elm istəyərsə onun qapısından daxil olsun.(1)
səh:20
1- [1] . Əl firdövs, cild 1, səh 44/106, Əl- müstədrək (Hakim), cild 3, səh 126, Tarixi Bağdad, cild 2, səh 277 və cild 4, səh 346, Məcməuz- zəvaid, cild 9, səh 114, Təhzibi Tarixi Dəməşq, cild 3, səh 38, Əl- ləalil məsnuə (Siuti) cild 1, səh 329, Əsədül- ğabə, cild 4, səh 22. (Fəthül- məlikil- əli bisihhəti hədisi babi Mədinətül- elm Əli) kitabında belə gəlibdir: Hafiz Siyuti Əlcameul- kəbir kitabında deyir: Müddətlər idi ki, mən bu hədisin sənədi sorğusunun cavabında deyirdim ki, bu hədis "Həsən"dir. Bir dəfə təsadüfən ibni Cüreyrin bu hədisin sənədi barədə olan tədqiqatı ilə rastlaşdım. İbn Cüreyr bu hədisin Əlidən nəql olmasını araşdırmış və bu nəticəyə yetişmişdir ki, hədisin sənədi səhihdir. Mən bu araşdırmaları gördükdən sonra xatircəm olmaq üçün istixarə etdim və əmin oldum ki, bu hədis "həsən" dərəcəsini ötüb və səhih* dərəcəsinə yetişmişdir. * "Səhih" o hədisə deyilir ki, sənədlə nəql edilib və bu sənəddə gələn ravilərin hamısı adil, zabit (yaddaşlı) və hafizəli olsun və hədis nəql edərkən yalnız özü kimilərdən nəql etsin. Mənaqibi Seyyiduna Əli, səh 25, Əl- müstədrək əl əs- səhiheyn, cild 3, səh 126. Termizi Əl- cameüs- səhih kitabında (cild 5, səh 637 hədis 3723 ) Əli (ə)- dan nəql edibdir ki, Allahın rəsulu (s) buyururb: "Mən hikmət eviyəm, Əli onun qapısıdır." İbn Əsakir Tarixi Dəməşq kitabında (imam Əlinin (ə) tərcümeyi halında cild 2, səh 459, hədis 990) və Əbu Nəim İsfəhani Hilyəlül- övliya kitabında (cild 1, səh 64) həmin hədisi nəql edibdirlər. Fəthül- məlikil- Əli bisihhəti hədisi babi Mədinətül elm Əli (ə) kitabına müraciət etsəniz dəyərli məlumatlar əldə edəcəksiniz. Salman Farsi Peyğəmbəri əkrəmdən (s) rəvayət edir ki, o həzrət buyurdu: "Ümmətimin məndən sonra ən elmlisi Əbu Talib oğlu Əlidir." Əlfirdövs, cild 1, səh 370, hədis 1491, Cəmül- cəvame /3749, Kənzül- ümmal/ 32977. Səid ibn Müsəyyib deyir: "Rəsulalahın (s) səhabələri arasında (Səluni) (yəni, məndən soruşun) iddiasını edən yeganə şəxs Əli ibn Əbu Talib idi." Tozihud- dəlail, səh 211, Əl- istiab, cild 3, səh 40, Tarixi Dəməşq (imam Əlinin tərcümeyi halı) cild 3, səh 31, hədis 1054. Süfyan belə deyir: "Hər bir şəxs Əli ilə elmi mübahisə etdisə Əli güclü dəlil və burhanlarla onu məğlub etdi." Mənaqibi ibn Mərduyə 77- 78. İbn Mərduyə deyir: Peyğəmbərin (s) səhabələri üçün acınacaqlı bir hadisə qabağa gəldi, Ömər onları çağırdı və Əliyə dedi: Sən onların ən üstünü və ən alimisən, sən bir çıxış yolu tap. Mülhəqati ehqaqul- həqq, cild 8, səh 233. Bu məzmunla yaxın bir məzmun Zəxairul- üqba kitabında da nəql edilmişdir. Səh 81. Həmçinin çoxlu nəqllərdə gəlibdir ki, Ömər həmişə deyərdi: "Əgər Əli olmasaydı Ömər həlak olardı." Əlistiab, 39: 3. Xülasə olaraq bildiririk ki, Əl- qədir kitabında bu hədis üçün yüz qırx üç mənbə qeyd olunubdur. Əllamə Ləkhuni bu hədis barəsində iki cild qalın kitab yazıbdır ki, səhifələri 1345- ə qədər gəlib çıxıbdır.