عن وهب بن صیفی: قال رسول الله|:
«أنا اُقاتل علی تنزیل القرآن، وعلی یقاتل علی تأویل القرآن.»
Vəhəb ibn Seyfi Peyğəmbəri əkrəmdən rəvayət edir ki, o, belə buyurdu:
Mən Quranın tənzilinə xatir döyüşürəm, Əli isə onun təvilinə xatir müharibə edir.(1)
İzah: Müasirlərdən biri bu hədisin açıqlamasında belə deyir: Quranın tənzilindən məqsəd onun vəhy olmasını təsdiq etməkdir. Onun təvilindən məqsəd isə onu düzgün başa düşmək və hökümlərinə əməl etməkdir. Peyğəmbər (s) Quranın Allah vəhyi olmasını təsdiq etdirmək üçün cihad edirdi. Əli isə onu düzgün düşünmək və onun hökümlərinə əməl etmək üçün Cəməl, Süffeyn və Nəhrəvan döyüşlərində müharibə etdi.(2)
səh:25
1- [1] . Əl fördövs: 1, 46/ 115. Tarixi Dəməşq 3/143- 174/1178 və 1185, Kənzül- ümmal/ 32968 Ənəs Allahın rəsulundan rəvayət edibdir ki, həzrət buyurdu: "Əli Məndən sonra camaata Qurandan bilmədiklərini öyrədəcək." Şəvahidut- tənzil, 1:39/28
2- [2] . İtrəti səqli kəbir, səh 196