عن أمّ سلمه: قال رسول الله|:
علی وشیعته هم الفائزون یومَ القیامه.
Ümmü Sələmədən rəvayət olubdur ki, Peyğəmbər (s) buyurdu:
Qiyamət günü təkcə Əli və onun çiələri xoşbəxtdirlər.(1)
Diqqət: Peyğəmbər əkrəmin (s) dili ilə hədislərdə gələn "şiə" kəlməsindən belə qənaətə gəlmək olar ki, islam aləmində şiə məzhəbinin toxumunu səpən ilkin şəxs, Peyğəmbərin (s) özü olmuşdur.
səh:41
1- [1] . Əl- firdövs, 3: 61- 4172 və 2: 358- 3599, Ənsabul əşraf, Bəlazəri, 2: 182, Tarixi Dəməşq, 38: 41- 851 Cabir ibn Əbdullahdan belə rəvayət olubdur: Biz peyğəmbəri əkrəmin (s) hüzurunda oturmuşduq ki, Əli qarşıdan bizim tərəfimizə tərəf gəldi. Peyğəmbərin (s) gözü ona düşərkən buyurdu: Canım qüdrət əlində olan Allaha and olsun, bu və şiələri qiyamət günü müvəffəq və xoşbəxtdirlər. Bu zaman Bəyyinə surəsinin 7- ci ayəsi nazil oldu. "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır". Məcməüz- zəvaid, 9: 131 Gənci öz sənəti ilə Əbu Səid Xidridən rəvayət edibdir ki, Peyğmbər (s) Əliyə baxdı və buyurdu: "Bu və şiələri qiyamət günü xoşbəxtdirlər." O, sonra əlavə etdi: Mən bu hədisi çoxlarından və çoxlu sənədlərlə eşitmişəm. Kifayətüt- talib, 175. Mənavi bu hədisi belə nəql edibdir: "Əli şiələri xoşbəxtdirlər." Kənzül- həqayiq, 1: 2515- 17