عن داودبن بلال بن أجنحه: قال رسول الله|:
الصدّیقون ثلاثه: حبیبُ النجّار، وحزقیل مؤمن آل فرعون، وعلی بن أبی طالب، والثالث أفضلهم.
Davud ibn Bilal ibn Əcnihə: Peyğəmbər (s) buyurdu:
Siddiqlər üç nəfərdir: Həbib Nəccar Hezqil (Ali Fironun mömini) və Əli ibn Əbutalib. (Əli) onların ən üstünü və fəzilətlisidir.(1)
İzah: Həbib elə bir şəxs idi ki, şəhərin ucqar bir yerindən tələsiklə gəldi və camaatı nəsihət etdi və dedi ki, Allahın mələklərinə qulaq asın və onları qəbul edin. Bu şəxsin barəsində mübarək Yasin surəsində gəlmişdir.
Ali Fironun mömini (Hezgil) o şəxsdir ki, imanını Firon və onun adamlarından gizlədirdi (və onlara bildirmirdi ki, Allaha və onun rəsulu Musaya imanı var), onları Musa (ə) ilə müxalifət etməkdən çəkindirirdi və belə deyirdi: "Aya mənim Pərvərdigarım Allahdır deyən bir şəxsi öldürürsünüz?"
səh:43
1- [1] . Əl- firdövs, 2: 421- 3866, Cameül- cəvame, 11083, Feyzül qədir, 5148 və 5149, Dürrül- mənsur, 3: 262, Tarixi Qürtəbi, 15: 306, Kənzül- ümmal t 32897, 32989, Əl mənaqib, Xarəzmi, 310- 107, Tarixi Dəməşq, 2: 282- 812, Əlcamiüs- səğir, 2: 115- 5148, Əssəvaiqül- mühriqə, İbn Həcər, 125, Dürrül- mənsur, 6: 154, Fəthül qədir, 151, Təfsiri ruhul- məani, 27: 114 :«و السّابقون السابقون» ayəsinin təfsirində. Fəzail, İbn Hənbəl, 131, 170.