عن حذیفه: قال رسول الله|:
علیّ قسیم النار.
Hüzeyfədən rəvayət olubdur ki, Peyğəmbər (s) buyurdu:
Əli cəhənnəmi böləndir (yəni cəhənnəm əhlini müəyyənləşdirəndir).(1)
1- [1] . Əl- firdövs, 3: 64- 418-, Təbəqatül- hənabilə, 1: 32, Tarixi Dəməşq, 2: 253- 775 Əliləli varidə kitabında (6: 273- 1132) Əbuzərdən belə rəvayət olubdur ki, Rəsuli əkrəm (s) buyurdu: "Əli cəhənnəm odunu böləndir. Dostlarını cənnətə, düşmənlərini cəhənnəmə göndərəcəkdir." Məhəmməd ibn Mənzur Tusi Təbəqatul- hənabilə kitabında (1: 320- 448) belə deyir: Əhməd ibn Hənbəlin yanında idim. Bir şəxs (kişi) ona dedi: Ey Əba əbdillah! Əlinin bu "Mən cəhənnəm odunun təqsimçisiyəm." Kəlamının barəsində rəyin nədir? Əhməd cavab verdi: Bu hədisin nə müşkülü ola bilər. Məgər bizim üçün Peyğəmbərdən (s) rəvayət olmayıbdır ki, Əliyə buyurdu: "Səni mömindən başqası sevməz və münafiqdən qeyrisi səninlə düşmənçilik etməz." Dedim: Bəli. Dedi: Möminin yeri haradadır? Dedim: Cənnətdə. Dedi: Münafiqin yeri haradadır? Dedim: Cəhənnəmdə. Dedi: Buradan məlum olur ki, Əli cəhənnəm odunun təqsimçisidir.