səh:55
قال رسول الله|:
فاطمه وعلی والحسن والحسین فی حظیره القدس فی قبّه بیضاء سقفها عرش الرحمان عزّ و جلّ.
Allahın rəsulu (s) buyurdu: Fatimə, Əli, Həsən və Hüseyn üçün (cənnətdə) qüds məkanında tavanı Allahın ərşinə çatan bir günbəz altında yer ayrılmışdır.(1)
1- [1] . Əl- firdövs, 3- 4284. Ömərdən, Siyuti Əlləali kitanbında bu hədis üçün başqa bir sənəd də nəql etmişdir. Bu sənəd əhli sünnənin tərəfindən zəif sayılmış sənədlərdən başqa bir sənəddir. Xatırladırıq ki, onların o sənədləri zəif saymaqları buna xatirdir ki, onun ravisi əhli- beyt sevənlərdəndir. Təbii ki, bu dəlil qəbul olunası dəlil deyil. Təbərani onu ibn Musadan nəql edir ki, o, dedi: Allahın rəsulu buyurdu: "Mən, Əli, Fatimə, Həsən və Hüseyn qiyamət günü ərşin altında olan bir günbəz altında olacağıq." O, deyir: Bunun sənədi də işkalsız deyil, ona görə də təkcə başqa sənədlərə kömək edə bilər.