عن أبی ذر: قال رسول الله|:
علیّ بابُ علمی، ومبیّن لاُمّتی ما أرسلت به من بعدی. حبّه إیمانٌ، وبغضه نفاق، والنظر الیه رأفه ومودّته عباده.
Əbuzərdən: Allahın rəsulu (s) buyurdu:
Əli mənim elmimin qapısıdır, mənim risalətimin (Allahın dininin) məndən sonra mənim ümmətimə təfsir edəni (açıqlayanı və bəyan edəni) olacaqdır. Onun dostluğu iman, düşmənçiliyi isə nifaqdır (münafiqlik və iki üzlülük). Məhəbbətlə onun üzünə baxmaq ibadətdir.(1)
1- [1] . Əl- firdövs, 3: 65- 418, Zəhrül firdövs, 2: 316- 317, Kənzül- ümmal, 12: 212 və 6: 156, Əlqövlül cəliyyə, hədis 38, və sair. Buna müvafiq hədislər də, Müstədrək, 36, Künuzul- həqaiq, 188 və Hilyətul- övliya, 1: 63- də nəql olunmuşdur.