Gündəlik namaz beşdir:
1. Səhər gün çıxana kimi qılınan namaz (sübh)
2. Günorta namazı (zöhr)
3. Günorta namazından sonra və hava qaralana qədər qılınan namaz (əsr).
4. Axşam namazı (məğrib)
5. Gecə yarısına kimi qılınan namaz (işa)
Namazda vəziyyətlər
Gündəlik namazların sözlərinin hər birinin özünə uyğun bədən vəziyyəti var: qiyam, rüku, səcdə. Məsələn, “Fatihə” və “İxlas” surələri ancaq qiyam halında, rükunun sözləri ancaq rüku halında deyilir. Bütün bu vəziyyətlərin bir dövrünə “rikət” deyilir. Yəni bir rikət bir qiyam, bir rüku və iki səcdədən ibarətdir. İkinci rikəti yerinə yetirmək üçün səcdədən durub həmin hərəkətləri təkrarlamaq lazımdır.
Sübh namazı 2 rikətdən, məğrib namazı 3 rikətdən, işa, zöhr və əsr namazları isə 4 rikətdən ibarətdir. Zöhr, əsr və işa namazları eyni qaydada qılınır, sadəcə niyyətləri fərqlidir.
Namazdan öncə azan və iqamənin deyilməsi çox bəyənilir, ancaq vacib deyil.
Namaz qılmağa başlayarkən vacibdir ki niyyət edilsin və təkbir deyilsin. Niyyətin mənası budur ki, insan gərək hansı namazı qıldığını və namazı Allah üçün qıldığını bilsin. Təkbir isə “Allahu əkbər” kəlməsinə deyilir.
Səcdə zamanı bədənin göstərilən üzvləri yerə dəyməlidir: alın, əllərin içi, dizlər, ayaqların baş barmaqları.
Bütün namazlar salamların deyilməsi ilə bitir.
Namazların qılınması qaydası
Namazların rikətləri ayrı-ayrı rənglərlə qeyd olunub. Qara rənglə - birinci rikət, qırmızı rənglə - ikinci rikət, göy rənglə - üçüncü rikət, yaşıl rənglə isə dördüncü rəkət göstərilib.
Şərh yazın