İslamdan və tarixdən anlayışı olana Həzrət Əli (ə) ın fəzilətləri gizli deyil.Şiənin və əhlisünnənin tarixi kitabları bu fəzilətlərlə doludur.O Həzrətin fəzilətləri o qədərdir ki bir çox əhlisünnə alimləri iddia edirlər ki heç bir səhabəyə bu qədər fəzilətlər nəql olunmayıb.
Siyuti Tarixul Xuləfa kitabında deyir:"Əhməd İbni Hənbəl buyurur:Heç bir səhabə haqqında Əli (ə) ın fəzilətləri qədər fəzilət nəql olunmayıb."[1]
Buna oxşar məzmunla İbni Həcər Heytəmi Əssəvaiqul Muhriqə kitabında deyir:"Əli (ə) ın fəzilətləri çoxdur və Əhməd İbni Hənbəl deyib ki heç bir səhabənin Əli (ə) ın fəzilətləri qədər fəziləti yoxdur."[2]
Amma İbni Teymiyyə və onun tərəfdarları öz kitablarında çalışırlar Həzrətin və digər Əhli beytin fəzilətlərini gizlətsinlər və inkar etsinlər.Butun din alimlərinin nəzərinə əsasən o kəs Peyğəmbərin xəlifəsi ola bilər ki,ümmətin ən fəzilətlisi olsun.[3]
Buna əsasən hər bir hədis və ya rəvayət ki Həzrətin digər səhabələrdən fəzilətli olduğunu isbat edir İbni Teymiyyə onu inkar edir və ya o hədisi zəif göstərməklə elə ifrat edir ki, əgər bir şəxs İbni Teymiyyəni tanımasa,onun kitablarını oxusa bu nəticəyə çatar ki o Həzrət islama çox elə bağlı və əməl edən olmayıb! Elə ki İbni Həcər Əsqəlani Minhacussunnə (şiənin əleyhinə yazılan bir kitabdır) kitabı barəsində belə söyləyir: "Mən nəqdlərlə dolu olan bu kıtabı çox oxumuşam. ... Bir çox yaxşı hədislər ki vardır İbni Teymiyyənin zehnində olmayıb və onun kəlamlarında çoxsaylı xoşagəlməz sözlər vardır ki şiə məzhəbinin əleyhinə xatir onları deyib və həmin sözlər də Həzrətin fəzilətlərinin aradan aparmasına səbəb olub."[4]
İbni Teymiyyənin Əhlibeytin fəzilətlərini bəyan edən hədislərlə davranış üsulu onları təkzib etməkdir və bu üsulu Minhacussunnə kitabını oxumaqla əldə edə bilərik.O bir çox hədisləri təkzib edir və iddia edir ki bütün alimlər də onun sözünü təsdiqləyirlər.Kimsə həmin alimlərin yazdıqları kitablara muraciət edərsə nəinki həmin sözün bəlkə o sözün əksinin müşahidəçisi olur.Buna bir nümunə gətiririk:Peyğəmbər (s) buyurmuşdur:"Ya Əli səni mömindən başqası sevməz və sənə münafiqdən başqası qəzəblənməz."[5]
Şiə və sünni mənbələrində bu cür məzmunlu hədislər çoxdur ki Həzrəti sevmək və ona qəzəb etmək,imanın və nifaqın ölçüsüdür.İbni Teymiyyə belə hədislərlə üzləşəndə inkar etməkdən başqa yolu yoxdur.Çünki belə hədislər Həzrətin düşmənlərinin münafiq olduqlarını sübuta yetirir ki İbni Teymiyyə onlardan yazır və onları qəbul edir.Müaviyə və Yəzidi onlardan saymaq olar.Misal üçün qeyd edə bilərik İbni Teymiyyə Cabirin(Peyğəmbər (s)in böyük səhabələrindəndir) hədisi barəsində belə deyir: "Cabirdən nəql olub ki o və səhabələr Peyğəmbər (s)in əhdində Əli (ə)ı sevmək və ya ona qəzəb etmək ölçüsü əsasında münafiqləri tanıyırdılar.Bu ən böyük və ən aydın olan yalanlardandır.Çünki Peyğəmbər (s)ın əhdində bütün camaat münafiqləri tanıyırdılar,o ki qaldı Cabir kimi səhabələrə."[6]
İbni Teymiyyə hədisin yalan olmasına aid dəlil gətirərək deyir: "Allah Qurani Kərimdə münafiqləri tanımaq üçün əlamətlər sadalayır.Amma onların arasında Həzrəti sevmək və ya ona qəzəb etmək yoxdur."[7]
İbni Teymiyyəyə cavab çox aydındır.Əgər Quranda gəlməmək hədisin yalan olduğunu isbat edirsə,bəs onda bütün əhkam və şəri məsələlər ki Quranda yoxdur və gəlməyib yalan və batildirlər?Namazların neçə rükət oxunmasını misal gətirək.Görəsən o bunu qəbul edirmi ?
Bu sözlərin nəticəsi budur ki o özü üçün bir fikir təşkilatı düzəldib və hər nə ki onun təşkilatından düzdür qəbul edir və hər nə ki düz deyil və muxalifdir,rədd edir.
----------------------------
1.Tarixul Xuləfa, səh 150
2. Əssəvaiqul Mühriqə, c.2, səh 353
3. Minhacus Sunnə, c.8, səh 228
4. Lisanul Mizan, c.7, səh 529
5. Səhih Muslim, c.1, səh 86, hədis 78
6. Minhacus Sunnə, c.7, səh 149
7. Həmin mənbə
Şərh yazın