İmam Əli əleyhis-salam (zahidlik barəsində) buyurmuşdur:
و قال عليه السلام أَفْضَلُ الزُّهْدِ إِخْفَاءُ الزُّهْدِ.
Zahidliyin ən gözəli onu gizləməkdir.
::::::::::::::
Çünki aşkar zahidlik riya və özünü göstərməkdən ayrı deyil. İbn Meysəm əleyhir-rəhmə burada Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir hədis nəql edib:
«إِنَّ اللهَ لا يَنْظُرُ إِلى صُوَرِكُمْ وَ لا إِلى أَعْمالِكُمْ وَ لكِنْ يَنْظُرُ إِلى قُلُوبِكُمْ»
«Allah sizin üz və əməllərinizə deyil, qəlblərinizə baxır.»
Buna görə də indi ki, möhlət verib və günahların üstünü örtüb Onun qəzəbindən qorxub çəkinmək vacibdir. Gərək günah etməyib keçənlərə görə peşman olaraq tövbə edəsiniz. Çünki Onun həlimlik və səbri çox olduğu kimi cəzalandırma və əzabı da ağırdır.
Mənbə: Nəhcül-bəlağə (qisa kəlamlar) - Səhifə 10.
Şərh yazın