Bir gün İmam Əmirəlmöminin Əli (ə) oğlu Həsəndən (ə) soruşdu:
يا بُنَيَ مَا العَقلُ؟ قالَ : حِفظُ قَلبِكَ مَا استُودِعتَهُ. قالَ : فَمَا الحَزمُ؟ قالَ : أن تَنتَظِرَ فُرصَتَكَ ، وتُعاجِلَ ما أمكَنَكَ . قالَ : فَمَا المَجدُ؟ قالَ : حَملُ المَغارِمِ ، وَابتِناءُ المَكارِمِ. قالَ : فَمَا السَّماحَةُ؟ قالَ : إجابَةُ السّائِلِ ، و بَذلُ النّائِلِ. قالَ : فَمَا الشُّحُّ؟ قالَ : أن تَرَى القَلِيلَ سَرَفا ، و مَا أنفَقتَ تَلَفا. قالَ : فَمَا الرِّقَّةُ؟ قالَ : طَلَبُ اليَسيرِ ، و مَنعُ الحَقيرِ. قالَ : فَمَا الكُلفَةُ؟ قالَ : التَّمَسُّكُ بِمَن لا يُؤَمِّنُكَ، و النَّظَرُ فيما لا يَعنيكَ . قالَ : فَمَا الجَهلُ؟ قالَ : سُرعَةُ الوُثوبِ عَلَى الفُرصَةِ قَبل الاستِمكانِ مِنها، و الامتِناعُ عَنِ الجَوابِ. و نِعمَ العَونُ الصَّمتُ فِي مَواطِنَ كَثيرَةٍ و إن كُنتَ فَصيحا. ثُمَّ أقبَلَ صَلَواتُ اللّه ِ عَلَيهِ عَلَى الحُسَينِ ابنِهِ عليه السلام فَقالَ لَهُ : يا بُنَيَ ما السُّؤدَدُ؟ قالَ : اصطِناعُ العَشيرَةِ ، وَ احتِمالُ الجَريرَةِ. قالَ : فَمَا الغِنى؟ قالَ : قِلَّةُ أمانِيكَ ، وَ الرِّضى بِما يَكفيكَ. قالَ : فَمَا الفَقرُ؟ قالَ : الطَّمَعُ ، و شِدَّةُ القُنوطِ . قالَ : فَمَا اللُّؤمُ؟ قالَ : إحرازُ المَرءِ نَفسَهُ ، وَإسلامُهُ عِرسَهُ... ثُمَّ التَفَتَ إلَى الحارِثِ الأعوَرِ فَقالَ : يا حارِثُ، عَلِّموا هذِهِ الحِكَمَ أولادَكُم ؛ فَإنَّها زِيادَةٌ فِي العَقلِ وَ الحَزمِ وَالرَّأيِ.
“Oğlum, əql nədir?”
Dedi: “Qəlbinə əmanət qoyduqlarını qorumaq.”
Buyurdu: “Uzaqgörənlik nədir?”
Dedi: “Fürsət çəkdiyin zaman onu tapdıqda, tələsmək.”
Buyurdu: “Alicənablıq nədir?”
Dedi: “Zərərlərə dözüb, igidlik və mərdlik göstərmək.”
Buyurdu: “Səxavət nədir?”
Dedi: “Yoxsulun ehtiyacını ödəyib, qazancından bağışlamaq.”
Buyurdu: “Paxıllıq nədir?”
Dedi: “Azı israf, infaqı (Allah yolunda xərci) isə tələf sanmaq.”
Buyurdu: “Zəriflik nədir?”
Dedi: “Qənaət (yaxud da azı tələf etməmək) və dəyərsiz işlərdən çəkinmək.”
Buyurdu: “Yük nədir?”
Dedi: “Təhlükəsizliyini qoruya bilməyənə güvənmək və faydasız şeylərə göz dikmək.”
Buyurdu: “Nadanlıq nədir?”
Dedi: “Şəraiti hazır olmayan işə tələsmək və cavabdan çəkinmək. Əksər hallarda sükut söz ustası olsan da, ən yaxşı yardımçıdır.”
Bu zaman İmam Əli (ə) üzünü oğlu Hüseynə (ə) tutub buyurdu: “Oğlum, böyüklük nədir?”
Dedi: “Ailənin düzgün idarəsi və zərərlərə dözüm.”
Buyurdu: “Ehtiyacsızlıq nədir?”
Dedi: “Qısa arzular və azla kifayətlənmək.”
Buyurdu: “Yoxsulluq nədir?”
Dedi: “Tamah və ümidsizlik.”
Buyurdu: “Alçaqlıq nədir?”
Dedi: “Yalnız özünü düşünmək və namusu satmaq...”
Bundan sonra İmam (ə) üzünü kor Harisə tutub buyurdu: “Ey Haris, bu hikmətli kəlamları övladlarınıza öyrədin ki, şüur, zəka və düşüncələri artar.”
Mənbələr :
- “Məaniol-əxbar”, səh.401, hədis 62.
- Bax: “Tühəfül-üqul”, səh.225;
- “Əl-ədədعl-qəviyyə”, səh.32, hədis 22;
- “Əl-möcəmül-kəbir”, c.3, səh.68, hədis 2688;
- “Tarixi-Dəməşq”, c13, səh.255.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın