Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) besətin 13-cü ili rəbiul-əvvəl ayının 12-də Mədinəyə daxil oldu. Mədinə əhalisi sevincə qərq olaraq həzrətin pişvazına getdilər. Camaat onun süvar olduğu dəvənin ətrafını bürümüş və hər kəs onu öz evinə dəvət edirdi. Nəhayət Peyğəmbər (s) buyurdu: “Ey camaat! Dəvənin cilovunu boşlayın, hər yerdə otursa, orda məskunlaşacağam.”
Dəvə Mədinə əhalisinin arasında ən fəqir şəxs olan Əbu Əyyub Ənsarinin evinin qapısında oturdu. Peyğəmbər (s) onun evinə daxil oldu. (“Həvadisul-əyyam”, səh. 86)
––––––––––––––––––––––––––––––––––
Bəni-ümməyyənin 14-cü xəlifəsi, Səffahın əmisi Əbu Müslüm Mərvəzinin böyük səyi ilə Mərvan Himar, Misirin qəsəbələrinin birində qətlə yetirildi. Bununla da 132-ci ildə bəni-ümməyə dövlətinin kökü kəsildi. (“Həvadisul-əyyam”, səh. 87)
––––––––––––––––––––––––––––––––––
İmam Cavad (əleyhis-salam)-ın həyat yoldaşı Ümmü Fəzl idi. Onun əmisi Mötəsim, o həzrətə Ümmü Fəzlin vasitəsi ilə zəhər verdi. Abbasi xəlifəsi Mötəsim hicri təqvimi ilə 227-ci ildə Sammirada cəhənnəmə vasil oldu. Ona “müsmən” (səkkizlik) xəlifə deyirlər. Çünki abbasi xəlifələrinin 8-cisi, Əbdülmüttəlibin 8-ci nəvəsi, Harun Ər-Rəşidin 8-ci oğludur; o, 8 il, 8 ay, 8 gün xəlifəlikdə olmuş, 8 qızı 8 oğlu olmuşdur. (“Həvadisul-əyyam”, səh. 86)
––––––––––––––––––––––––––––––––––
Hicri təqvimi ilə 241-ci il, rəbiul-əvvəlin 12-ci günü, “hənbəli” firqəsini rəisi Əhməd inb Hənbəl, Bağdadda dünyadan getdi və elə orada dəfn olundu. Onun babası Zus-Sudeyyə “xəvaric”-lərin başçısı idi. O, Əli (əleyhis-salam)-ın vasitəsi ilə cəhənnəmə vasil oldu. Bir nəzərə görə o, rəbius-sani ayında ölüb. (“Təqvimuş-şiə”, səh. 87)
––––––––––––––––––––––––––––––––––
“Riyazul-məsail fi bəyaniş-şəri bid-dəlaili” faydalı şərh sayılan “Şərhi-kəbir” kitabının müəllifi Seyid Əli ibn Seyid Məhəmməd hicri təqvimi ilə 1161-cı il, rəbiul-əvvəl ayının 12-ci günü dünyaya gəlib. O, böyük təhqiqatçı Behbəhaninin bacısı oğludur. Xeyir-bərəkətlə dolu bir ömürdən sonra hicri təqvimi ilə 1231-ci ildə vəfat edib, əziz xalasının məzarının yanında- İmam Hüseyn (əleyhis-salam)-ın ətrafında olan pak eyvanda dəfn olunub. (“Vəqayiul-əyyam”, səh. 214)
––––––––––––––––––––––––––––––––––
Alimlərin və fəqihlərin ağası Seyid Məhdi Qəzvini Həllavi hicri təqvimi ilə 1300-cü il, rəbiul-əvvəl ayının 12- ci günü vəfat edib. Mühəddis Nuri (rəhmətullah əleyh) “Müstədrək” kitabının sonunda bu böyük alimin bəzi fəzilətlərinə işarə edib; o cümlədən yazıb: Seyid, Hilləyə köçdükdən sonra camaatı moizə, öyüd-nəsihət ilə hidayət etməyə başladı. Onun müqəddəs və pak nəfəsinin xeyir-bərəkətindən yüz min nəfər xalis on iki imam şiəsi oldu. Belə ki, ondan öncə ölüləri Nəcəfi-Əşrəfə aparmaqdan başqa şiənin məxsus mərasimlərindən heç birini bilmirdilər. Onun xeyir-bərəkətindən bu insanlardan bir çoxu salehlərdən, təqva sahiblərindən və alimlərdən oldular. (“Vəqayiul-əyyam”, səh. 214)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın