3. KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ

KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ

Məsələ 100: Kişilər öz övrəteynini naməhrəmlərdən örtməlidirlər və bədənin başqa yerlərini onlardan örtmək vacib deyildir.

İmam və Fazil: Ürvə, sətr və satir, səh.549.

Sistani: Minhacus-salihin, nikah, məsələ: 19.

Bəhcət: Ehtiyat-vacibə görə, kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da belə. Əgər harama düşməsinə kömək olsa, bədə­ni örtmək şübhəsiz vacibdir, eləcə də övrəti naməh­rəm­dən örtmək də vacibdir.

Tovzihul-məsail, 1937-ci məsələ.

Xamenei: Kişilər üçün bədənin vacib miqdarda örtülməsi övrəteyni örtməkdir, belə ki, şəhvət yaratmağa və fəsada səbəb olmasın. Əgər fəsada düşmək məsələsi varsa, bədənin sair yerlərini də – baş, boyun və əllərdən başqa hər yerini – gərək örtsün.

Məkarim: Naməhrəm qadınlar baxdığı halda vacibdir ki, bədənini örtsün, yalnız adi halda açıq qalan hissələr istisna olunur. İstifta.

Məsələ 101: Kişilər ehtiyat-müstəhəbə görə adi hal­lar­da kişilərin örtdüyü yerləri naməhrəmdən örtmə­lidirlər. Xüsusilə əgər naməhrəmin ləzzət və ya reybə qəs­di­lə onlara baxdığını bilərsə.

İmam və Fazil: Ürvə, nikah, məsələ: 51.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da. Əgər harama düşməyə kömək edərsə, bədəni örtmək şübhəsiz vacibdir. Əgər başqalarını harama salmaq qəsdi olmazsa, lakin yəqin şəkildə bilsə ki, baş­qası harama düşəcəkdir, onun caiz olması işkallıdır.

Tovzihul-məsail, məsələ: 1937 və İstifta.

səh:52

Xamenei: Əgər kişi naməhrəmin onun bədəninə baxdığını bilsə, ehtiyat-vacibə görə öz bədənini – baş, boyun və əlləri istisna olmaqla örtməlidir. İstifta.

Məkarim: (Ehtiyat-vacib) budur ki, kişi adətən kişilər arasında adi qaydaya görə örtülən yerləri yad qadının ona baxdığını bildiyi halda örtsün. İstifta.

* NƏTİCƏDƏ: Kişi biləkdən yuxarını, sinəni və öz ayaqlarını, eləcə də kişilərin adətən örtdükləri yeri, ona baxan naməhrəm qadından örtməlidir, başqa yerləri, məsələn baş, üz, əllər və s. kimi örtmək lazım deyildir.

Məsələ 102: Bədənin hər hansı bir yerini naməhrəmi harama salmaq məqsədilə açıq qoymaq haramdır.

İmam, Xamenei, Sistani və Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər bu iş haram işə kömək sayılarsa, onları örtmək qəti şəkildə vacibdir.

Bəhcət: Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.

* NƏTİCƏDƏ: Əgər bir kişi özünün biləyini, sinəsini, yaxud bədənini naməhrəmin ona baxması məqsədilə açsa, yaxud bədənini göstərən nazik köynək geyərək məqsədi də onun bədənə baxması olarsa, bu iş haramdır, bu işdən ictinab etmək lazımdır. Amma əgər, misal üçün, qolu qısa paltar geyərsə və başqalarını harama salmaq məqsədilə olmazsa, hətta başqalarının bu işlə harama düşəcəyini bilsə də belə, ehtiyat-müstəhəbbə görə gərək belə paltar geyməsin.

Məsələ (Sual) 103: Naməhrəm qadınlar kişilərə iynə vura bilərmi, yaxud qan təzyiqini ölçə bilərmi və ya radioloji şəkillər götürə bilərmi?

Cavab: Əgər kişinin bədəninə haram olan toxunma, yaxud baxışa səbəb olarsa, caiz deyildir, yalnız iztirar məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, 47 və 31-ci məsələlərdən istifadə etməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2433 və İstifta

səh:53

Xamenei: İstifta

Sistani: Minhacus-salihin, nikah, 19, 20 və 21-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Naməhrəm kişinin bədəninə baxmaq, əgər ha­ram işə kömək olmazsa, ehtiyat-vacibə görə caiz deyildir və əgər haram işə kömək olarsa, şübhəsiz haramdır. Hər bir halda, naməhrəmin bədəninə toxunmaq zərurət halından başqa hallarda caiz deyildir.

Tovzihul-məsail, 1933 və 1937-ci məsələlər.

Məsələ (Sual) 104: Kişilər naməhrəmlərin ona baxdığını bilə-bilə bədənlərinin kişilərin adətən örtdükləri çox hissəsini aça bilərmi? Məsələn: Mayka ilə evdə ola bilərmi, halbuki naməhrəmin ona baxdığını bilir, yaxud xalça-palaz, yaxud maşın və s. kimi şeyləri yumaq üçün öz şalvarlarının balağını yuxarı çəkirlər, yaxud naməhrəmin gözü önündə üzürlər?

Cavab: Əgər naməhrəmi harama salmaq məqsədi ilə olarsa, haramdır, bundan qeyri-hallarda yaxşı olar ki, tərk olunsun, xüsusilə əgər baxanlar cavan olarsa.

İmam və Fazil: Ürvə, nikah, 51-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər öz ardınca haram gətirərsə, bu iş caiz deyildir. Əgər haram iş gətirməzsə, ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün. Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Xamenei: Əgər fəsada səbəb olarsa, yaxud şəhvəti təhrik edərsə, bu iş caiz deyil. İstifta.

Sistani: Əgər məqsədi naməhrəmin onun bədəninə baxması olarsa, yaxud bu kimi yerlərin açıq qoyulması əsas etibarı ilə fitnə yaradarsa, caiz deyildir. İstifta.

Məkarim: Bu halda da ehtiyat-vacib, tərk etməkdir. İstifta.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana