-A-
⮞ Abad olar bülbülüyəm, xarab olan bayquşu - bu «mənə nə var»ların, çörəyi gün bahasına yeyənlərin şüarıdır.
⮞ Abad yerin bülbülü, xarab yerin bayquşu - alçaq adam, öz şəxsi mənafeyini hər şey'dən üstün tutaraq hər alçaqlığa dözən.
⮞ Abı donun parıldar, bağırsaqların quruldar - zahiri çox parıltılı olsa da, əslində vəziyyəti yaxşı deyil.
Bahalı geyinib yeməyə bir şey tapmayan adama deyilir.
⮞ Abırını ətəyinə bükmək -biabır eləmək, ovcunu açmaq, hörm ətdən salmaq.
Deginən ona adanı içində mənimlə bir az yaxşı rəftar eləsin. Abrımı bükür ətəyim ə (84, s. 115).
⮞ Abrısını əlinə vermək - aradan pərdəni götürmək.
Abrısını alıb əlinə verdi (64).
⮞ Abrı tökülmək - həyası getmək, biabır olmaq.
Qardaş, mənim abrım töküldü, belə də rəftar olar? (195, с.II, s.136).
⮞ Acan- Polis görüb - İranda şah zamanında Acan /azərbaycanda indi DTX və polis zor deyən, xəlqi qorxudan mənasında işlədilir
Yəni, çay da yazıq insanlar kimi acan, DTX, Polis görməyə görə rəngini itirib.
Rəngsiz çaya deyilir.
⮞ Ac canavar ağız ağıza yatar - həqiqətdə yeməyə bir şey tapmayan adamlar başqasının mənafeyini gözləməzlər.
Canavarlar da ac olanda bir-birini yeyər.
Yoxsulun imanı olmaz.
⮞ Acdın çobana, yoruldun sarvana - hər şeyi hamıdan ummaq olmaz.
Hər şey hamıda olmaz.
Çoban qardaş, “acdın çobana, yoruldun sarvana”, yeməyə
bir şeyin varmı?(46, s. 15)
⮞ Ac doğrar, tox yeyər -yaxud dövlətlinin burnu qanasa, kasıb donun cırıb onun qanın bağlar
⮞ Acgöz - xəsis, tamahkar, gözü onun-bunun malında olan.
Udmuş nə qədər bilsən zalixnlari bu torpaq
Lakin yenə doymaz bu acgöz adam udmaqdan (163).
Var sürüylə qoyunu, ilxı ilə at-öküzü,
Olsa da min bu qədər mal-qarası, acdı gözü (267, s.206).
⮞ Aci bağırsaq kimi uzanmaq ~ xoşa gəlməyən bir zadın uzanması.
⮞ Acından köpük qusmaq -ən yoxsulluq.
⮞ Acından yuxuda un süfrəsi görmək - maddi cəhətdən çox ağır şəraitdə yaşamaq, aclıq çökmək.
⮞ Acı söz - həqiqəti əks etdirən söz.
⮞ Acı yel - pis vəziyyət, quldurların əlində bir ölkənin əsir qalması.
Bostanın qeydinə yarəb, görəsən kim qalacaq,
Acı yel aldı həyat ruhunu torpaqlardan (231, s.35).
⮞ Ac qarına soyuq su - bugünkü tibbdə ac qarma su içmək faydalı sayılır. Ancaq qədimdə insanlar lazım olan bir şeyi kənara qoyub lazımsız iş görməyə belə deyərdilər.
⮞ Ac qatıq istəməz, yuxulu yastıq - doğrudan ehtiyacı olan adam şəraitə və əldə olana qane olar.
⮞ Ac qulağım, dinc qullağnrı - gündəlik dava-dalaşdan ac qalıb rahat yaşamaq yaxşıdır.
⮞ Ac qurşağında çörək dayanmaz - yoxsulluqla yaşayan adam heç bir zad artıra bilməz.
⮞ Aclıqdan qaralmaq - çox ac qalmaq.
Yenə hər vaxt uşaqlar qaralır aclıqdan,
Mən özüm də ilin on paymı lap ac qalaram .
⮞ Ac toyuq dışında buğda / darı görər - darı görər şəklində də işlənir. Yoxsul adam yüksək məqamlara, xoş yaşayışa fikirləşir.
⮞ Ac yavanlıq istəməz, yuxu da yastıq - insanın istəkləri şəraitdən asılıdır.
Ac yavanlıq istəməz, yuxu da yastıq (103, s.70).
⮞ Acaram sandığı, tökərəm pambığı -bildiyim gizli mətləbləri açıb deyərəm. Hədə- qorxu mənasındadır
Bir dərd bilən axtarıram,
Bir aça biləm sandığı, tökə biləm pambığı (284).
⮞ Açar Fransa -vintaçandır ki, ağzı istənilən qədər açılır, yumulur. Hər bir yerə düşür. Hər bir işə əl vuran, hər işdən baş çıxardarı mənasında işlənir.
Hər gün düşürlər bir oda,
Hər ləhzə bir moda, guya açar Fransadır, hər möhrəyə düşər.
⮞ Acıb ağartmaq - sirrini açmaq, biabır etmək, aradan pərdəni götürmək.
Açıb ağartmadı o sirri vaxtsız (337).
Yer haqqı, göy haqqı, biz bu işi açıb ağartmarıq. Arxayın olun (195, с.II, s. 15).
⮞ Acıb vərəzən etmək - bir sirrin üstün açmaq, hamıya bildirmək.
V ərəzən Azərbaycanda bağın bir tərəfində alu, üzüm və ərikləri sərib qurutmaq üçün hamarlanan və düzələn yerə vərəzən deyilir.
⮞ Açıq dil - düşüncə və elm əsasında danışılan söz, yazılan yazı.
Ruznamələr firqemizin açıq dili və kəskin silahıdır (30, 1945).
⮞ Açıq gözdən kirpik qoparmaq - od alov, kələkbaz.
⮞ Açıq ürək -səmimi, şad adam.
Əllərdə saz ola, dildə söz ola,
Açıq ürək ola, gülər üz ola (283, s. 181).
⮞ Açım gül ağzımı? - ağır söz deyiım?
Əh, çox mənim hövsələm var? Açım gül ağzımı, dişimin dibindən çıxanı sadalayım( 72, c.IIl, s. 121).
⮞ Aç qapını, ört qapını - faydasız bir işlə məşğul olmaq, vaxtı boş keçirtmək.
⮞ Açsa ovcundadır, yumsa yumruğunda -bir adamın nüfuzunda olmaq.
⮞ Adamdan eşşək olmasa, eşşəyin biri çıxar min tümənə - adam var ki, eşşəkdən də pisdi.
Olmasa eşşək əgər insan idən,
Qiyməte- xər onda keçər saydan (168, səh. 262)..
⮞ Adamın adı çıxınca, canı çıxsın • bir adam pis ad çıxartsa, onun yenidən yaxşı ad qazanması çətindir.
Ey kaş adamın adı çıxınca canı çıxsın( 168, s. 111).
⮞ Adamı tanıyan yerdə qurd yesin - qürbətə etiraz, vətəndə yaşamaq arzusu.
⮞ Adam yerinə qoymaq - hörmətini saxlamaq, ehtiramla yanaşmaq.
Son inəni o qədər incitmisər» ki, mən səni daha adam yerinə qoymuram(195, c.II, s.56).
⮞ Adamyeyən - tarixdə həqiqi mənada adam yeyən tayfalar mövcud olmuşdur. Məcazi mənada üzlü, qorxulu adam mənasındadır.
Əbəs, əbəs neyçün qaçırsan bəndən,
Mən ki zalım, adamyeyən deyiləm? (329).
⮞ Ad bizim dir, at özgənin - yəni bizim adımız ilə kef çəkib, xoş yaşayırlar.
Havaxtacan ad bizim, at özgənin olacaq (142, səh 286).
⮞ Ad bizim, dad özgələrinin - yəni adı bizim üstümüzdə, xeyri başqaları görür.
⮞ Adda- budda -ordan- burdan.
Sözlərinin içində atdaq-butdaq bir kişidən danışdılar (203, səh. 48).
⮞ Addımbaşı -təkrar-təkrar, dönə-dönə, az bir məsafə
Addımbaşı bir bank idi hər şəhərdə bari (168, soh. 466).
⮞ Adı başqa, dadı başqa - “igidin adını eşit, üzünü gormə” deyimi ilə təxminən bir mənadadır. Çox vaxt xoşzahir, bədbatil adam haqqında işlənir.
⮞ Adı qulağına dəyib -özünü başqalarından üstün tutmaq
Bağır: Bu Xaspoladov kimdir e. Hardan adı qulağıma dəyir? (9, s. 192).
⮞ Adımı an bir çürük qoz ilə - dost məni yad eyləsin bir çürük qoz ilə, yəni əsas hədiyyənin kiçik, böyüklüyü deyil, diqqətdir
⮞ Adımı sənə qoyum, səni yana-yana qoyum - öz pis əməllərini başqasının boynuna salan adam, lazım olan zaman belə deyər.
⮞ Adım yadımdan çıxıb - başım çox qarışıqdı, durumum yaxşı deyil.
İbişli: Lap çaşıb qalmışam, öz adım yadımdan çıxıb (9, s. 181).
⮞ Adın daşa yazılması - ölmək anlamındadır.
Töküldü torpağım, tutuldu gözüm
Mustafayam, adım daşa yazıldı (97, səh 67).
⮞ Adını çıxardıb, özü dəyirmanda oturub -böyük şöhrət qazansa da özü bir iş görmür, o şöhrətlə onun əməli arasında böyük fərq var.
⮞ Adın nədir, Daşdəmir, yumşalısan, yumşalı - yəni təcrübəsiz adam kobudcasına davranar, yəni o nə desə, o olacaq, ya kötək və ya düşüncə gücü ilə əvəz olunar.
Sərhəng - deyirsən, cənab bolşevik, adın nədir, Daşdəmir, yumşalısan, yumşalı (77, səh. 28).
Adın nədi Xaspolad, yumşalısan yumşalı (9, s. 182).
⮞ Adını batırmaq - pis bir hərəkətlə xalq içində rüsvay olmaq.
Təzədən bir adını niyə batıraydı? (84, s.37).
⮞ Adının qulu olmaq - həmişə şərəflə yaşamaq.
Mənim balam bu dünyada
Ölənəcən hər kəs elə
Öz adının quludu (260, s.148).
⮞ Adını tut, qulağını çək - sözünün üstünə gəlib çıxan adama deyilir.
Adını tut, qulağım çək (335, s.280).
⮞ Adı üstündə olmaq - bir kişinin bir qadının əri olması.
Hər halda Əlizamanın adı onun üstündə idi (84, s.399).
⮞ Adı var, özü yox - adı dillərə düşsə də, əməli görünməyən adam.
Vəfa bu aşinalarda olubdur morğe-uııqa tək,
Adı vardır, özü yoxdur bunu mütləq deyərlərmiş (347, s.269).
⮞ Aftafaya laflafa demək -əldən düşmüş, qocalmış.
⮞ Ağa bəliçi - hər sözə boyun əyən, yaltaq.
⮞ Ağac ayaq - arıq, ora- bura qaçan, yorulmayan.
⮞ Ağac bar verəndə başını aşağı əyər - ağıllı, düşüncəli adam başqalarına yuxandan aşağı baxmaz.
Ağac bar verəndə başını aşağı əyər (1, s.166).
⮞ Ağac başında mum var -bizi tanımayan kim var -bizim işimiz hər kəsə aydındır.
⮞ Ağacda yatmaq -çox tezdən durmaq.
⮞ Ağacdələn -quş adıdır, məcazi mənada çoxdamşan, baş aparan mənasındadır.
Dedim: Olar səninlə beş dəqiqə bahəm olaq,
Dedi: ağacdələnin yoxdu gülüstano yolu (168, s.530).
⮞ Ağacdələnə döndərmək -çox danışdın, baş beynimizi apardın.
⮞ Ağacı meyvəsi ilə tanıyarlar -ata- ana övladı ilə tanınar.
⮞ Ağacın birini itdə eləyib, birini məndə - mənə gün vermir, göz verir, işıq vermir.
Ağacın birini itdə eləyib, birini mondə (129, с. I, s.429).
⮞ Ağacının qabağına ağac uzatmaq - sözünün qabağına söz demək.
Bu vaxtadək опии ağacının qabağına ağac uzadan olmamışdı (72, c.III, s. 106).
⮞ Ağac tutan baş yarandan çoxdur - baş yaranların bir də ağac saxlayanları olur. Bu adamlar ağacı qəmənin qarşısına tuturlar ki, qəmə başa çox işləməsin.
Boş- bekar adam işləyəndən çoxdur.
⮞ Ağac yaş ikən əyilər -uşaq vaxtında tərbiyə olunmalıdır.
⮞ Ağa deyir: sür dərəyə- sür dərəyə - mənə böyüklər nə deyir, onu eləyirəm
Mən buyruq quluyam, o ə n ə buyurublar sür dərəyə, sür dərəyə (195, с.II, s. 123).
Onu şahdan soruş, mənimki- ağa deyir sür dərəyə, sür dərəyədi (46, s.158).
Ağa deyir sür dərəyə, sür dərəyə (335, s.307).
⮞ Ağ ağça qara gün üçün - insan gərək yaman gün üçün ehtiyat görə.
Ağ ağça qara gün üçün (229, s,28).
⮞ Ağa qəbrinin şarn/ nıum qapanıdır -tələsik qaçan adama, tez bir yerə dəyib gedən adama deyilir.