December 02, 2017 04:23 PM
Ayətullah Əhmədi Miyanəci

Gözəl əxlaq
Rəhman və Rəhim Allahın adı ilə!
Allah Rəsulu (s) bu sualı verdikdən sonra, “ألا ادلکم على خیر أخلاق الدنیا والاخرة؟” (Sizi dünya və axirətin ən üstün əxlaqına hidayət etməyimi istəmirsinizmi?) cavabını da özü verdi: “تصل من قطعک و تعطى من حرمک و تعفو عمن ظلمک” (Səninlə əlaqəni kəsənlə əlaqə qur, səni məhrum edənə əta et və sənə zülm edəni əfv et.) (“Tuhəf əl-uqul”, s-45.)

Yəni, gözəl əxlaq budur ki, əgər bir şəxs səndən küsübsə, sən ona salam ver. Yaxud, əgər bir şəxsdən bir şey istədin, o sənə vermədisə, sən ona lütf et və ona qarşı diqqətli ol. Əgər bir şəxs sizə zülm edibsə, onu əfv edin. Belə olmasın ki, o gəlib üzr istəsin, sonra siz onu bağışlayasınız. Çünki, bu “تقبل معذرته” (Onun üzrünü qəbul et.) olur, daha, “تعفو عمن‌ ظلمک” (Sənə zülm edəni əfv et.) olmur. Diqqətli olmaq lazımdır ki, bu məsələlərin yerləri fərqlidir. Başqa yerlərdə də riayət etmək lazımdır. Buna görə də, bəzən əfv etmək yaxşı deyil.
Gözəl əxlaq nəfsani bir sifətdir. Belə ki, insan daxili hislərinə və istəklərinə o qədər hakim olsun ki, onlar ağıl qüvvəsinə tabe olsunlar. Misal üçün, İmam Əli (ə) bir yetimi görməklə ağlayırdı və ülfət hissləri təsirlənirdi. Amma, müharibədə yəhudi və kafirləri öldürdükdə təsirlənmirdi.
Buna əsasən, belə halların müqəddiməyə ehtiyacı var ki, onların da ən əsası insanın İlahi mərifət əldə etməsidir. Belə olmasa, yalnız nəfsə hakim olmaq kamillik sayılmır. Bəzən burada şeytanlıq da daxil olur. Müaviyənin heç vaxt ovqatı təlx olmurdu. Özünə olduqca hakim idi. Bu şeytanlıq səbəb olurdu ki, Müaviyə o xislətdən dünyanı əldə etmək üçün istifadə etsin.
Bəzi vaxtlar, gözəl əxlaq insanın ovqatının təlx olmasını tələb edir. Əgər siz övladınıza dərs oxuma yolunu göstərməsəniz, bunun adı gözəl əxlaqdır? Bir şəxs sizə qarşı cəsarət etsə, siz özünüzü müdafiə etməsəniz, bu gözəl əxlaqdırmı?
Şübhəsiz ki, belə deyil. Buna görə, əxlaq alimləri demişlər ki, bütün insani xislətlərdə ifrat və təfrit (həddindən az istifadə) pis, mötədillik isə yaxşıdır. Misal üçün, səxavət budur ki, insan öz malından keçsin və kömək etsin. Amma, əgər bu kömək israf həddinə çatsa və ya malını hədər versə, yaxşı deyil. Digər tərəfdən isə, paxıllıq həddinə çatsa da, yaxşı deyil. Xülasə budur ki, ağıl dairəsindən kənara çıxmasın. Bizim bir çox ibadətlərimiz, dərs oxumağımız ağıl dairəsində deyil və ifrat və təfrit yönümlüdür.
Deməli, gözəl əxlaq yalnız gülər üz olmaq deyil. Əksinə, insanın rəftar və əməlləri ağıla tabe olmalıdır. Hədisdə deyilib ki, gözəl əxlaq günahları yuyur; “ان حسن الخلق یذیب الخطیئة کما تذیب الشمس الجلید” (Həqiqətən gözəl əxlaq, günəşin buzları əritdiyi kimi, günahları əridir.) (“Bihar əl-ənvar”, c-68, səh. 395) Şübhəsiz ki, heç bir ictimai şərafət və ictimai şəxsiyyət gözəl əxlaq kimi deyil.
Gözəl əxlaqı olan şəxsin mütləq cəmiyyətdə şəxsiyyəti var. Hər bir şeylə dava edən şəxslərin əksinə olaraq. Bəzi şəxslər göylə dava edir, yerlə dava edir. Belə şəxslər günahdan azad ola bilməz. Çünki, bir günahdan xilas olduqda, başqa bir günaha düşür.
Əlbəttə, bəzi şəxslərin əsəb sistemləri zəifdir. O yerlərdə ki, ovqatları təlx olmamalıdır, tez sərtləşirlər. Digər tərəfdən isə, bəzilərinin təbiəti soyqqanlıdır. O yerlərdə ki, əsəbi və qəzəbli olmalıdırlar, belə ola bilmirlər. Amma, bunlar vəzifəni boyundan götürmür.
Əsəbləri zəif olan şəxs özünü qorumalıdır. Əsəblərinə hakim olmalıdır, əsəbləri ona hakim olmamalıdır. Əsəblərimizə və öz daxilimizə sahib olmadığımız zaman, bizdən pis əxlaq sadir olur. Hədisdə deyilir: “سوءالخلق یفسد العمل” (Pis əxlaq əməlləri korlayır.)
Ağıl qüvvəsi hakim olduqda, insan yersiz əsəbləşmir. Misal üçün; Həzrət Yusif (ə) qardaşlarının onunla ən pis formada rəftarını gördükdə buyurdu: -“Onlar başa düşmürdülər”. Yaxud, ata övladının dəcəlliyini gördükdə deyir: -“Eybi yoxdur, uşaqdır”. Bu komplimentlər insanın əsəb hislərini sakitləşdirir.
İndi bir şəxs zülm edib, pislik edib, nadan olubsa, siz də nadan olmaq istəyirsiniz?
Əgər bir şəxs sizə desə ki; “cahillər kimi rəftar etmə” siz narahat olacaqsınız? Amma, başqalarının zülmü qarşısında pis iş görməyə necə razı olursunuz? “اعوذ باللّه ان اکون من الجاهلین” (“Bəqərə” surəsi, 67-ci ayə) (Cahillərdən olmaqdan Allaha sığınıram.) Allah Öz Peyğəmbərinə (s) buyurur: “İnsanları gözəl əxlaqla cəlb et!”
Allah-Taala gözəl əxlaqı olanları sabit etsin. Gözəl əxlaqı olmayanlara da bu neməti mərhəmət etsin.
Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.

Mənbə: “Ufuqe hoze”, 281-ci say

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana