March 18, 2018 08:45 PM
Rəcəb ayının fəziləti və əməlləri

Rəcəb ayının fəziləti və əməlləri:
سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ

*Oxunuşu:
Subhanəl ilahil cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.

*Azəri mətni:
Bil ki, Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcədədirlər. Çoxlu hədislər bu barədə gəlmişdir. Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır. Rəcəb ayı Allahın, Şəban ayı Allahın , Ramazan ayı isə mənim ayımdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar. İmam Kazimdən(ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar. Başqa yerdə buyurur:- “Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq.” İmam Sadiqdən(ə) peyğəmbərin belə buyurduğu nəql olunur:- “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.” Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:- “Əstəğfirullahə və əs`əluhut tovbə.” İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, o, belə dedi:- “Rəcəb ayından bir neçə gün qalmış İmam Sadiqin(ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək mənə buyurdu:- “Heç bu ayda oruc tutmusan?” Dedim:- “Xeyr, ey peyğəmbər övladı! Buyurdu :- “Sənin nə qədər savabı əldən verməyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı başqa aylardan üstün tutub, ona böyük hörmət qoyub. Onda oruc tutanı özünə əziz eləməyi vacib bilib.” Sonra soruşdum:- “Ey peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam oruc tutanların savabına yetişərəm?” Buyurdu:- “Ey Salim, əgər bu ayın axırıncı günün kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç gününü oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.” 
Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:

Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.
 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana