March 18, 2018 08:48 PM
Rəcəb ayı

Rəcəb ayının birinci gününün əməlləri:
لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ لا مَانِعَ لِمَا أَعْطَيْتَ وَ لا مُعْ

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir.
Əllahummə la maniə lima ə`təyt, və la mu`tiə lima mə-nə`t, və la yənfəu zəl cəddi min-kəl cədd.
Və səlləllahi əla Muhəmmə-din və alihit tahirin, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim

Çox şərafətli gündür. Onda bir neçə əməl var;
1. Oruc tutmaq. Rəvayətə əsasən, Hz. Nuh bu gündə gəmiyə minib və onunla olanları oruc tutmağı əmr edib. Hər kim bu günü oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar.
2. Qüsl almaq.
3. İmam Hüseyni(ə) ziyarət etmək. Kəfəmi Bəşir Dəhhanın İmam Sadiqin(ə) belə buyurduğunu yazır: Hər kim Hüseyn ibn Əlini(ə) bu ayın əvvəli ziyarət edə, mütləq Allah taala onu bağışlayar.
4. İbni Tavusun “İqbal”da nəql etdiyi uzun duanı oxumaq.
5. Salmanın namazın qılmaq. Namaz on (iki-iki) rükətdir. Hər rükətdə bir dəfə “Həmd”dən sonra üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surələrini oxumaq lazımdır. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.
Sonra desin:
İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!
Sonra əllərini üzünə çəksin. Ayın ortasında da bu namazı elə bu tərzdə qılsın. Amma bu duadan (əla kulli şəy`in qədir) sonra desin: “İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən və la vələda.” Ayın axırında da bu tərtiblə qılsın, amma bu duanın yerinə (əla kulli şəy`in qədir) sonra desin:
Allahın salamı olsun Məhəmməd və onun pak Əhli-beytinə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Sonra əllərini üzünə çəkib hacətlərini istəsin. Bu namazın faydalarından gərək qafil qalmayaq. Bil ki, Salmanın başqa namazı da var, onu ayın əvvəli qılırlar. Namaz on (iki-iki) rükətdir, hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas” surəsini oxumaq lazımdır. İnsanın bütün günahları bağışlanır, qəbir qorxusu çəkilir, Qiyamət əzabı yüngülləşir və bəzi cüzam, bədəndə ağ ləkələr yaranması kimi xəstəliklərdən onu oxuyanı qoruyur. Seyid də bu gün üçün dörd rükət namaz nəql edib, maraqlananlar “İqbal” kitabına müraciət edə bilərlər. Bu gündə bir nəqlə əsasən h.q tarixi ilə 57-ci ildə İmam Baqir(ə) anadan olmuşdur. Amma bu həqir bəndənin nəzərində Səfərin üçündədir. Başqa nəqlə əsasən bu ayın ikisində h.q tarixi ilə 212 –ci ildə İmam Hadinin(ə) anadan olma günüdür və o həzrətin şəhadəti bu ayın üçü h.q ilə 254-cü ildə Samirra şəhərində baş vermişdir. İbni Əyyaşın dediyinə görə bu ayın onunda İmam Cavadın(ə) anadan olma günüdür.
 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana