June 16, 2018 03:01 PM
MÜBARƏK RAMAZAN AYI

Sözsüz, ilahi nemətlər haqqında məlumatlı olmaq çox faydalıdır. Allah bizə hansı nemətləri verib? Bu nemətlər qarşısında vəzifəmiz nədir?

Allahın böyük nemətlərindən biri iman və doğru məzhəbdir. Məsələn, dünyada əksər insanlar tanrıya inanır və hansısa məzhəbin ardıcıllarıdır. Amma bütün məzhəblərin doğru olması qeyri-mümkündür. Allah birdir və Onun qayda-qanunlarını doğru əks etdirən məzhəb də bir olmalıdır. Biz Əhli-beyt sevgili müsəlmanlar bu sahədə xoşbəxtik! On dörd əsr boyu toxunulmamış vahid kitabımız və bütün etiqadi suallara yetərli cavablarımız var. Bu olduqca böyük nemətdir!

Allah nəinki dünya həyatında, eləcə də bətn həyatı, hələ ondan da əvvəl ata-anadakı həyatımızda bizə misilsiz nemətlər əta etmişdir. Amma hələ qarşıda vəsfə gəlməyən axirət nemətləri vardır. Bu dünyada olan insan axirət nemətlərinin həqiqətini hələ ki dərk etməkdə acizdir.

Bəs bütün nemətlərin fövqündə dayanan axirət nemətlərinə necə çatmaq olar? Cavab qısa və aydındır: Allahın müəyyənləşdirdiyi vəzifələrə əməl etməliyik! Bu vəzifələr heç kimin gücündən, imkanlarından xaric deyil:

يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَ لا يُرِيدُ بِكُمُ الْعُسْر؛


“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…” (“Bəqərə” surəsi, ayə 185.)

Vəzifələrin yüngül olmasının özü də bir nemətdir. Misilsiz axirət nemətləri müqabilində daha ağır tələblər də ola bilərdi. Amma Allah-Taala həm vəzifələri yüngül, həm də Öz yardımını təklif etmişdir.

Fitrətən pak insanlar ən kiçik yaxşılığı belə unutmur, daim bunun əvəzini çıxmağa çalışırlar. Bəs necə olur ki, kiçik yaxşılığı unutmayan insan Allah-Taalanın misilsiz nemətlərinə qarşı diqqətsizlik göstərir? Əgər insan bu nemətlər haqqında ətraflı düşünərsə, bir an olsun belə Allahı yaddan çıxarmaz. Əgər insan bilsə ki, Allahın göstərişləri ‒ namaz, oruc və s. yalnız insanın xoşbəxtliyi, kamilləşməsi üçündür, bütün bu göstərişlərə həvəslə əməl edər. İmam Sadiq (ə) buyurur ki, Allahın Öz həqiqi dinini tanıtdırıb hidayət etdiyi, iman neməti ilə əzizlədiyi, tərəqqi yolunu ilham etdiyi, nemətləri tanıması, dini və dünyəvi işlərini idarə edə bilməsi üçün əql, elm və hikmət verdiyi şəxs, mütləq Allaha şükür etməli və Ona nankor olmamalıdır; Allahı yad etməli və Onu unutmamalıdır; Allaha itaət etməli və Ona asi olmamalıdır.

وَالواجِبُ عَلى مَنْ وَهَبَ اللّهُ لَهُ الْهُدى و اَكْرَمَهُ بِالايمانِ و اَلْهَمَهُ رُشْدَهُ و رَكَّبَ فيهِ عقلا يَتَعَرَّفُ بِهِ نِعَمَهُ و آتاهُ عِلماً و حُكْماً يُدبِّرُ بِهِ اَمْرَ دينِهِ و دُنياهُ اَنْ يوجِبَ عَلى نَفْسِهِ اَنْ يَشْكُرَ اللّهَ و لا يَكْفُرَهُ و اَنْ يَذْكُرَ اللّهَ و لايَنْساهُ و اَنْ يُطيعَ اللّهَ و لايَعْصيَهُ

İmam Sadiq (ə) bu kəlamında üç əxlaqi fəzilətə diqqəti yönəldir və kamilliyə çatmaq istəyən insan üçün bu fəzilətlərin müstəsna əhəmiyyəti vardır:

Birinci fəzilət şükür etmə və haqtanıma ruhiyyəsinin qüvvətləndirilməsidir;

İkincisi, insan daim Allahı xatırlamalıdır;

Üçüncüsü, insan nemət sahibinə müti olub günaha yol verməməlidir.

Qurani-Kərimin “Həcc” surəsinin 78-ci ayəsində buyurulur ki, “dində sizin üçün heç bir çətinlik yeri qoymadı.” Allah ən yüngül vəzifələrin icrasında belə insanı tək qoymur. Allah, Onu köməyə çağıranlara yardım vəd edir. Bununla belə insan naşükürlük edir.

إِن الاِْنْسانَ لَظَلُومٌ كَفّارٌ

“Həqiqətən, insan zalım və nankordur.” (“İbrahim” surəsi, ayə 34.)

İnsan Allahı unutduracaq səvəyyədə dünya həvəslərinə uyur. Dildə kamilliyə çatmaq istəyini izhar etsə də, əməldə dünyaya qatılıb ilahi göstərişlərə asilik göstərir. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 25-ci dərs, səh.279-280.)

 

AŞURADAN-ZÜHURADƏK

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana