Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.
Mərhum Mirzəcavad Aqa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o həzrət öz səhabələrinə xitabən buyurdu: “Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o həzrət buyurdu: “Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra iki rükət – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılın. Namazdan sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.
Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`¬mi¬ninə vəl mu`minat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
(Bu hədisin əslini Seyyid Tavusun İqbalul Ə'mal kitabında c 2 , səh 20 -21; (İqbalın tək cildi olan kitabdada : c 1, S 308 də gəlib)
ondan da nəql edib Müstədrəkul Vəsail c 6 , səh 396-397; ondan da nəql edib Şeyx Cavad Mələki Təbrizi Əl-Muqaribat səh 301-302-də.)
خَرَجَ رَسُولُ اللَّهِ (صلی الله علیه وآله) يَوْمَ الْأَحَدِ فِي شَهْرِ ذِي الْقَعْدَةِ فَقَالَ يَا أَيُّهَا النَّاسُ مَنْ كَانَ مِنْكُمْ يُرِيدُ التَّوْبَةَ قُلْنَا كُلُّنَا نُرِيدُ التَّوْبَةَ يَا رَسُولَ اللَّهِ فَقَالَ (علیه السلام) اغْتَسِلُوا وَ تَوَضَّئُوا وَ صَلُّوا أَرْبَعَ رَكَعَاتٍ وَ اقْرَءُوا فِي كُلِّ رَكْعَةٍ فَاتِحَةَ الْكِتَابِ مَرَّةً وَ قُلْ هُوَ اللَّهُ أَحَدٌ ثَلَاثَ مَرَّاتٍ وَ الْمُعَوِّذَتَيْنِ مَرَّةً ثُمَّ اسْتَغْفِرُوا سَبْعِينَ مَرَّةً ثُمَّ اخْتِمُوا بِلَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ ثُمَّ قُولُوا يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ ثُمَّ قَالَ (علیه السلام) مَا مِنْ عَبْدٍ مِنْ أُمَّتِي فَعَلَ هَذَا إِلَّا نُودِيَ مِنَ السَّمَاءِ يَا عَبْدَ اللَّهِ اسْتَأْنِفِ الْعَمَلَ فَإِنَّكَ مَقْبُولُ التَّوْبَةِ مَغْفُورُ الذَّنْبِ وَ يُنَادِي مَلَكٌ مِنْ تَحْتِ الْعَرْشِ أَيُّهَا الْعَبْدُ بُورِكَ عَلَيْكَ وَ عَلَى أَهْلِكَ وَ ذُرِّيَّتِكَ وَ يُنَادِي مُنَادٍ آخَرُ أَيُّهَا الْعَبْدُ تَرْضَى خُصَمَاؤُكَ يَوْمَ الْقِيَامَةِ وَ يُنَادِي مَلَكٌ آخَرُ أَيُّهَا الْعَبْدُ تَمُوتُ عَلَى الْإِيمَانِ وَ لَا أَسْلِبُ مِنْكَ الدِّينَ وَ يُفْسَحُ فِي قَبْرِكَ وَ يُنَوَّرُ فِيهِ وَ يُنَادِي مُنَادٍ آخَرُ أَيُّهَا الْعَبْدُ يَرْضَى أَبَوَاكَ وَ إِنْ كَانَا سَاخِطَيْنِ وَ غُفِرَ لِأَبَوَيْكَ ذَلِكَ وَ لِذُرِّيَّتِكَ وَ أَنْتَ فِي سَعَةٍ مِنَ الرِّزْقِ فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ يُنَادِي جَبْرَئِيلُ (علیه السلام) أَنَا الَّذِي آتِيكَ مَعَ مَلَكِ الْمَوْتِ (علیه السلام) أَنْ يَرْفُقَ بِكَ وَ لَا يَخْدِشَكَ أَثَرُ الْمَوْتِ إِنَّمَا تَخْرُجُ الرُّوحُ مِنْ جَسَدِكَ سَلًّا [سَلَاماً] قُلْنَا يَا رَسُولَ اللَّهِ لَوْ أَنَّ عَبْداً يَقُولُ فِي غَيْرِ الشَّهْرِ فَقَالَ (علیه السلام) مِثْلَ مَا وَصَفْتُ وَ إِنَّمَا عَلَّمَنِي جَبْرَئِيلُ (علیه السلام) هَذِهِ الْكَلِمَاتِ أَيَّامَ اللَّهِ رَبِّي [أُسْرِيَ بِي.]
Həzrət Rəsuləllahdan (s) bu ayın bazar günü qılınan bir namaz qeyd olunmuşdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa - Qiyamət günü bu kəslər ondan razı qalar, dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar.
Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar.
Həzrət Rəsuləllah (s) bu namazın qaydasını belə bəyan etmişdir:
Bazar günü qüsl et, dəstəmaz al.
Dörd rükət (iki rükət-iki rükət) namaz qıl. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "İxlas", 1 dəfə "Fələq" və "Nas' surələrini oxu.
Namazı qılıb qurtardıqdan sonra 70 dəfə "Əstəğfirullahə Rabbi və ətubu iləyh" deyərək, istiğfar edilməlidir (bağışlanma dilənməlidir).
Sonra bu zikr deyilməlidir:
"لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلىِّ الْعَظيمِ"
"Lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim" (Uca və əzəmətli Allahdan başqa güc və qüvvə yoxdur).
deyerler-a istinadən bildirir ki, sonra bu dua oxunmalıdır:
Duanın ərəbcə mətni:
"يا عَزيزُ يا غَفّارُ، اِغْفِرْ لِى ذُنُوبِى، وَذُ نُوبَ جَميـعِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ، فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ اِلاَّ اَنْتَ"
Duanın oxunuşu:"
"Yə əzizu yə ğaffər, iğfirli zunubi, və zunubə cəmiil mumininə vəl muminəti, fə innəhu lə yəğfiruz zunubə illə ənt".
Duanın tərcüməsi:"Ey izzətli, ey bağışlayan! Mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla, çünki Səndən qeyri kimsə günahları bağışlamır".
Şərh yazın