"Ruhanilərə və məddahlara söyləyin bundan sonra Qasim(ə) rövzəsini oxumasınlar"

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
مرداد 18, 1397 04:14 بعد از ظهر
Mərhəmət Balazadə

"Ruhanilərə və məddahlara söyləyin bundan sonra Qasim(ə) rövzəsini oxumasınlar"
Ayətullah Xamenei prezident olan vaxtı iqamətgahı tərk edən zaman bir nəfərin "Cənab prezident! Cənab Xamenei! Sizinlə görüşməliyəm!" sözlərini eşidir. Ayətullah Xamenei mühafizəçisini göndərir ki, görsün nə məsələdir. Mühafizəçisi qayıdıb deyir ki, Ərdəbil kəndlərinin birindən olan 12-13 yaşlı bir yeniyetmədir ki sizinlə görüşmək istəyir. Ayətullah Xamenei deyir icazə verin gəlsin, hələ vaxtımız var.

Üzü soyuqdan və gözləri ağlamaqdan qızarmış yeniyetmə ona yaxınlaşır. Ayətullah Xamenei onu salamlayaraq deyir: "Salam baba can! Xoş gəlmisən". Yeniyetmə Ərdəbil ləhcəsilə cavab verir: "Salam Ağa can! Halınız yaxşıdır?" Ayətullah Xamenei onun donmuş əllərini əlinə alaraq deyir: "Salam oğlum. Sənin halın necədir?" Yeniyetmə sadəcə başını tərpədir və sakitcə dayanır. Mühafizəçilərin başçısı deyir ki, "Cənab Xameneiyə nə sözün varsa söylə". Ayətullah Xamenei azərbaycan dilində yeniyetmədən soruşur: "Oğlum, sənin adın nədir?" Öz ana dilini eşidən yeniyetmə dərhal cavab verir: "Adım Mərhəmətdir. Ərdəbildən gəlmişəm ki, sizinlə görüşəm".

Ayətullah Xamenei əlini onun çiyninə qoyaraq deyir: "Xoş gəlib, səfa gətirib, iftixar vermisən. Nə vadar etdi səni ki, zəhmət çəkib gəlmisən? Ərdəbilin harasındansan?" Mərhəmət cavab verir: "Əngutdanam. Bura gəlməkdə də məqsədim sizdən bir iş barəsində xahiş etməkdir". Ayətullah Xamenei əbasını düzəldərək deyir: "Buyur oğlum". Mərhəmət deyir: "Ağa can! Xahiş edirəm ruhanilərə və rövzəxanalara söyləyin bundan sonra daha Qasim(ə) rövzəsini oxumasınlar". Ayətullah Xamenei təəccüblə soruşur: "Niyə oğlum?". Mərhəmət cavabında deyir: "Cənab, Hz. Qasimin(ə) 13 yaşı var idi və Hz. İmam Hüseyn(ə) ona icazə verdi döyüşə getsin. Mənim də 13 yaşım var amma Ərdəbil ordusunun komandiri mənə icazə vermir cəbhəyə gedəm. Əgər 13 yaşlı adamın döyüşə getməsi yaxşı iş deyilsə, Hz. Qasim(ə) rövzəsini niyə oxuyurlar?"

Bu sözləri eşidən Ayətullah Xamenei əlini onun çiyninə qoyaraq deyir: "Məgər sən məktəbdə oxumursan? Məktəbdə oxumaq özü elə bir növ cihaddır". Bu cavabı eşidən Mərhəmət heç nə deyə bilmir və hönkür-hönkür ağlamağa başlayır. Ayətullah Xamenei onu sinəsinə basaraq mühafizəçilərinin başçısına göstəriş verir: "Həmin komandirlə əlaqə saxlayın və Mərhəmətin bizim dostumuz olduğunu söyləyin və qoy, o Mərhəmətin istəyini yerinə yetirsin. Mərhəmət üçün isə maşın ayarlayın və Ərdəbilə yola salın. Nəticəsini də mənə məruzə edin". Daha sonra əyilərək Mərhəmətin yaşlı üzündən öpərək deyir: "Oğlum, bizləri dua elə. Məktəbini unutma. Atana, anana və cəbhədəki dostlarına salamımızı çatdır".

Üç gün keçməmiş Mərhəmət Balazadə cəbhəyə yollanır və bir il sonra "Bədr" əməliyyatında şəhadətə qovuşur.

Mərhəmət Balazadə

Mərhəmət Balazadə
Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.