❁ Bu gün Şəhid Mehdi Bakirinin şəhadətinin il dönümüdür.
Mehdi Bakiri İslam inqilabının qələbəsindən sonra təxminən 9 ay Urmiyanın meri vəzifəsində çalışır amma döyüş qızğın olanda cəbhəyə qoşulur...
❖ Şəhiddən qalmış maraqlı bir xatirə:
Şəhərə güclü yağış yağmışdı və çaylar daşmışdı. Şəhid Bakiri bu vəziyyəti görəndə telefonu götürüb, təcili yardım qruplarına xəbər verir. Mehdi Bakerinin başçılıq etdiyi yardım qrupları seldən zərər çəkmiş məhəllələrə yola düşdülər.
Bir evin həyətində yaşlı qadının qışqıraraq kömək istəməsi eşidilirdi.
Mehdi Bakiri qapını itələdi və içəri girdi. Su dizdən yuxarıya çatmışdı. Yaşlı qadın başına və üzünə vuraraq deyirdi ki, qızı üçün çətinliklə yığdığı cehiz su altında qalıb və islanır.
Şəhid yardım qrupu ilə işə başladı və nasos ilə evin suyunu boşaltdı.
Hamı dizə qədər gil içində idi!
Yaşlı qadın biraz sakitləşəndən sonra Mehdi Bakriyə dua etməyə başladı:
"Allah razı olsun oğlum! Şəhərin o namərd meri hardadı mənim vəziyyətimi görsün?? Kaş səndən biraz qeyrət öyrənsin..."
Şəhid Bəkri əşyalarını yığıb evdən çıxana qədər yaşlı qadın Mehdiyə dua edirdi və Urmiya merini lənətdiyirdi...!
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın