Zikr və Allahı yad etməkilə qəlblər aramlaşar + şəkil

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
مهر 14, 1397 02:07 قبل از ظهر

Zikr :

Agah olun, qəlblər yalnız Allahı yad etməklə və zikr -ilə aramlaşar. (Ər-Rəd surəsi - Ayə 28)

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ . ﴿الرعد، 28﴾ 

Zikr

1-Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.

2-İmam Sadiq (ə) buyurmuşdur: "Subhanəllah demək insanın əməl tərəzisinin yarısını, "Əlhəmdu lillah” onu bütünlüklə, "Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: "Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!”
Ölülər cavabında deyərlər: "Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”

4-Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.

5-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən Allaha zikr edən şəxs mütidir.”

6-İmam Baqir (ə) buyurmuşdur: "Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”

7-İmam Baqir (ə) buyurmuşdur: "Kəlmeyi-şəhadətdən sonra "La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.”

8-Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.

9-Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. Çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.

10-Allahı yad etmək insan ruhunu təmizləyir.

11-Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən yaxşı ibadət "La ilahə illəllah” deməkdir.”

13-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Allahı çox yad etsə Allah onu sevər və onun üçün iki qurtuluş yazılar; biri atəşdən, digəri də nifaqdan (münafiq olmaqdan) qurtuluş.”

14-Rəvayətə əsasən, hər bir şeyin dərmanı vardır, günahların da dərmanı tövbə və istiğfar edib Allahdan bağışlanmaq diləməkdir.

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən yaxşı tövbə zikr etməkdir.”

16-Allah-taala Musaya (ə) buyurdu: "Hər halda Məni yad etmək yaxşı əməllərdəndir.”

17-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs bir dəstə adam arasında Məni yad etsə, Mən də onu bir dəstə mələklər arasında yad edərəm.”

18-İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz tək-tənha olduqları zaman Allahı çox yad edənlərdir.”

19-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Allahı çox yad etsə, Allah-taala Öz rəhmətini ona şamil edər.”

20-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs Məni yad etmək məqsədilə Məndən bir şey istəməyi yaddan çıxarsa, ona istədiyindən yaxşısını əta edərəm.”

21-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs Məni xəlvətdə yad etsə, Mən onu aşkarda yad edərəm.”

22-Ən yaxşı zikrlərdən biri də namazdır.

23-İmam Sadiq (ə) buyurmuşdur: "Nemətə şükür etmək haramlardan çəkinməkdir və bütün şükürlər "Əl-həmdu lillahi Rəbbil-aləmin” deməkdədir.”

24-İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir məclisdə əyləşənlər Allahı yad etməyib, Peyğəmbərə salavat göndərməsələr, qiyamət günündə həmin məclis onlar üçün həsrət və qəm-qüssəyə çevriləcək.”

25-İmam Baqir (ə) buyurmuşdur: "Bizi yad etmək Allahı yad etmək və düşmənlərimizi yad etmək Şeytanı yad etməkdir.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məclislərinizi Əhli-beyti yad edib onların fəzilətlərini danışmaqla zinətləndirin; çünki bu işdə Peyğəmbərin qırx xisləti vardır.”

27-İmam Sadiq (ə) buyurmuşdur: "Qəlb Allahın hərəmidir, Allahın hərəminə Allahdan qeyrisinə yol verməyin.”

28-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "La hovlə və la quvvətə illa billah” deyərsə, Allah-taala mələklərə buyurar: "Bəndəm mənə təslim olmuşdur, onun hacətini rəva edin.”

29-Hədislərdə buyurulur ki: "Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər.”

30-İmam Əlinin (ə) imam Hüseynə (ə) etdiyi vəsiyyətdə buyurulur: "Hər bir halda Allahı yad et.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allaha itaət edən şəxs Allahı yad etmişdir.”

32-Rəbbinin adını həmişə yad et, üzünü yalnız Ona tərəf tut!

33-Agah olun, qəlblər yalnız Allahı yad etməklə aramlaşar.

34-Allahdan üz çevirən şəxsin dünyada yaşayışı sıxıntılı olar.

35-Allahı həmişə yad etmək ruhun qüvvətlənməsinə səbəb olar.

36-Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar.

37-İmam Səccad (ə) dua edərək demişdir: "İlahi! Səni yad etmək ləzzətindən başqa hər bir ləzzətdən tövbə edirəm!”

38-Allah-taala buyurur: "Məni yad edin, Mən də sizi yad edim.”

39-Hər kəs Allahı çox yad etsə, Allaha qarşı məhəbbəti artar.

40-Zikr etməyin ən yüksək mərhələsi günahlardan çəkinməkdir və onun təsiri də günahları tərk etməyə bağlıdır.

 

Oxşar şəkil və hədis

 

Zikr və Allahı yad etmək
Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.