Allah təalanın məkrinin mənası nədir?

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
March 14, 2019 05:46 PM
Allah təalanın məkri

Allah təalanın məkrinin mənası nədir?

Sual : Al- İmran surəsinin 94- cü ailəsində buyurulur:” Yəhudilər Allaha hiylə etdilər Allah da onlaarın bu hiylələri qarşısında hiylə etdi və Allah hamıdan daha artıq hiylə edəndir.” Məgər bu ayədə Allah təala öz məkrindən fəxrlə danışmırmı? Məgər məkr bəyənilməyən sifətlərdən deyilmi?

Qısa cavab :

Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil.

Bu mənanın Allaha aid edilməsi  ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi  “Məsihin” düşmənlərinin şeytani planlarla bu İlahi dəvətin qarşısını almaq istəmələridir. Amma Allah təala öz peyğəmbərinin canını qorumaq və dininin inkişafı üçün  tədbir görür və onların planlarını ürəklərində qoyur.

Ətreaflı cavab :

Bu ayənin mənasını başa düşmək üçün “İlahı məkr” dedikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.

“Məkr” Ərəb lüğətində bugünki Azərbaycan dili lüğətində olduğu mənadan çox fərqlidir. Çünki bugnki azərbaycan dilində “məkr” şeytani və pis planlarda işlədilir. Amma ərəb lüğətində  isə hər iki növ planlara aid edilir. Rağib İsfəhaninin “Mofrədat” kitabında oxuyuruq: “Məkr hər hansı bir şəxsi məqsədindən yayındırmaqdır”[Əl- mofrədatu fi əribil Quran, səh 772] (istər yaxşı məqsədli işlərdə istərsə də pis).

Buna əsasən “məkr” Quranda şeytani və ziyanverici planlar barəsində işlədilmişdir ki, bugünki azərbaycan dilində işlədilən mənanı daşımır və həmçinin yaxşı planlarda da işlədilən mənanı kəsb etmir. Buna görə Qurani Kərimdə bəzən “ məkr” “xeyir” sözü ilə birlikdə işlədilmişdir. Məsələn: « وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرينَ» “Allah təala ən yaxşı tədbir edəndir”[Al- İmaran, ayə 54] və bəzən də “məkr” “pis” sözü ilə işlədilmişdir. Məsələn: « وَ لا يَحيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِه» “Onların pis plan və fikirləri yalnız onların başında çatlayacaqdır”[Fatir, ayə 43]

Bu ayədə Allaha aid edilən “məkr” sözü onu nəzərdə tutmuşdur ki, “Məsihin” düşmənləri özlərinin şeytanı planları ilə İlahi dəvətin qarşısını almqğa çalışırdılar. Amma Allah təala peyğəmbərin canını qorumaq və dinini inkişaf etdirmək üçün tətbir tökərək, onların planlarını məhv etmişdir. [Təfsire nümunə, cild 2, səh 566 və 567]

Buna görə məkr həmişə və hər yerdə pis mənada deyildir. Bu söz Allah təala barəsində işlədildiyi zaman ziyanverici planları məhv etmək mənasında işlədilir. Bu söz fasidlər barəsində işlədildikdə isə islahedici proqramların qarşısını almaq mənasında işlədilir.[Təfsire nümunə, cild 15, səh 498]

 

Allah təalanın məkrinin mənası nədir?

Mənbə: islamquest

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.