İmam Hüseynin (ə) mübarək başının dəfn yeri

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
شهريور 21, 1398 10:52 قبل از ظهر
İmam Hüseynin (ə)

İmam Hüseynin (ə) mübarək başının dəfn yeri

İmam Hüseynin (ə) mübarək başının dəfn yeri haqqında tarixçilər arasında fikirayrılığı var. Mühəddis Qummi “Nəfəsul-məhmum” kitabında yazır: O həzrətin (ə) müqəddəs başının dəfn yeri barədə nəzərlər fərqlidir; bir dəstə deyir: Yezid o müqəddəs başı Mədinənin valisi Əmr ibn Səidə göndərdi. Əmr dedi: “Yezidin Hüseynin (ə) başını mənə göndərməsini əsla istəmirdim.” Sonra əmr edir ki, onu Bəqi qəbiristanlığında – anası Fatimeyi-Zəhranın (s.ə.) qəbrinin kənarında – dəfn etsinlər. (Mühəddis Qummi yazır: Həzrət Zəhranın (s.ə.) məzarı barədə doğru xəbər, onun Bəqidə deyil, öz evində dəfn olunmasıdır.[1]

Bəziləri yazırlar: Yezid o mübarək başı öz evində saxladı. Nəhayət, Mənsur ibn Cumhur adlı şəxs onu götürüb Babul-Fəradis yaxınlığında (Dəməşqdə) dəfn etdi. Bəziləri isə belə yazırlar: O mübarək baş Yezidin xəzinəsində idi. Nəhayət, Süleyman ibn Əbdülməlik öz xəlifəlik dönəmində onu tapdı və beşrəngli ipək parça ilə kəfənlədi. Bir dəstə tərəfdarı ilə ona namaz qıldıqdan sonra dəfn etdilər.

Lakin İmamiyyə (Şiə) alimlərinin məşhur etiqadına əsasən, İmam Səccad (ə) o mübarək başı Kərbəlaya qaytardı və İmam Hüseynin (ə) müqəddəs cəsədinin yanında torpağa tapşırdı və ya Nəcəfdə Əmirəlmömin Əlinin (ə) qəbri kənarında dəfn etdi.[2]

Əllamə Məclisi də bu sözləri daha geniş şərhlə nəql etmişdir.[3] Seyid ibn Tavus yazır: “Rəvayət olunur ki, o həzrətin müqəddəs başı Kərbəlaya qaytarıldı və mübarək bədəninin kənarında torpağa tapşırıldı.[4]

Deməli, İmamiyyə alimləri arasında məşhur olan, o həzrətin müqəddəs başının Kərbəlada, müqəddəs bədəni yanında dəfn olunmasıdır. Bu versiya, o dövrün tarixi şahid və şərtləri ilə də uyğundur. Ona görə ki, İmam Səccad (ə) və həzrət Zeynəbin (s.ə.) Şamdakı xütbələrindən sonra Şam şəhərində atmosferin və oradakı ümumcamaatın düşüncəsinin dəyişməsi, eləcə də İmam Səccadın (ə) diqqətini cəlb etmək üçün Yezidin cəhdləri tələb edirdi ki, o, müqəddəs başı Şamda saxlamayıb İmam Səccada (ə) təhvil versin.

Bundan əlavə, müqəddəs başı xəzinəyə qoymaq və neçə illər onu saxlamaq, adətdən kənar və qeyri-adi bir işdir və bu, xalqın Əməvilər ailəsinə daha çox nifrət bəsləməsinə səbəb olardı. Odur ki, İmamiyyə alimlərinin məşhur nəzərinin həqiqətə daha yaxın olması nəzərə çarpır. “Məqtəlul-Huseyn” kitabının müəllifi Müqərrəm də belə yazır: “İmam Zeynəlabidin (ə) Yezidin razılığını aldıqdan sonra bütün şəhid başlarını Kərbəlada torpağa tapşırmaq məqsədilə ondan istədi və Yezid də başları İmam Zeynəlabidinə (ə) verdi. İmam (ə) da başları öz mübarək bədənlərinə qovuşdurdu.”[5]

İmam Hüseynin (ə) mübarək başının dəfn yeri

Mənbələr:
[1]. (“Nəfəsul-məhmum”, səh.269.)
[2]. “Nəfəsul-məhmum”, səh. 269.
[3]. “Biharul-ənvar”, c.45, səh.144-145.
[4]. (“Məlhuf” (Lühuf), səh.225.)
[5]. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.362; "Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.1011-1013.)

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.