Cənabət qüslünün hökmləri

Cənabət qüslünün hökmləri

Sual 167: Namaz vaxtının darlığı səbəbilə cənabətli şəxs təyəmmüm edib, napak bədən və paltarda namaz qıla bilərmi? Yoxsa bədənini və paltarını pakladıqdan və qüsl etdikdən sonra namazının qəzasını qılmalıdır?

Cavab: Əgər bədənini və paltarını paklamağa, yaxud paltarını dəyişməyə kifayət qədər vaxt olmazsa, habelə, hava soyuq olduğuna görə və ya bu kimi başqa səbəblərə görə namazını çılpaq vəziyyətdə qıla bilməzsə, qüsl əvəzinə təyəmmüm edib, həmin paltarda namazını qılmalıdır. Bu namaz kifayət edir və qəzasını qılmaq ona vacib deyildir.

Cənabət qüslünün hökmləri

Sual 168: Əgər cinsi əlaqə olmadan kişinin mənisi qadının uşaqlığına daxil olarsa, qadının cənabətli olmasına səbəb olurmu?

Cavab: Bu halda cənabət gerçəkləşmir.

Cənabət qüslünün hökmləri

Sual 169: Tibbi alətlər vasitəsilə qadının uşaqlığı və uşaqlıq yolu müayinə edildikdən sonra qüsl etmək ona vacib olurmu?

Cavab: Məni xaric olmayanadək qüsl vacib olmur.

Cənabət qüslünün hökmləri

Sual 170: Əgər cinsi əlaqə yalnız sünnət yerinin daxil olması miqdarında olubsa və kişidən məni xaric olmayıbsa, habelə, qadın ləzzətin ən yüksək dərəcəsinə çatmayıbsa, qüsl təkcə qadına vacib olur, yoxsa təkcə kişiyə vacib olur, yoxsa hər ikisinə vacib olur?

Cavab: Əgər cinsi əlaqə baş veribsə, hətta yalnız sünnət yerinin daxil olması miqdarında olsa belə, cənabət qüslü hər ikisinə (həm kişiyə, həm də qadına) vacib olur.

Cənabət qüslünün hökmləri

Sual 171: Qadın möhtəlim olduqda[1] hansı halda cənabət qüslü etmək ona vacib olur? Qadın əri ilə dilxoşluq edərkən ondan xaric olan rütubət məni hökmündədirmi? Bədən süst olmadan və ləzzətin son dərəcəsinə çatmadan cənabət qüslü qadına vacib olurmu? Ümumiyyətlə, cinsi əlaqədə olmadan qadın necə cənabətli olur?

Cavab: Əgər qadın cinsi ləzzətin son dərəcəsinə çatarsa və həmin halda ondan bir maye gələrsə, cənabətli olar və qüsl etmək ona vacib olar. Əgər bu dərəcəyə çatıb-çatmadığına şəkk etsə, yaxud ondan maye xaric olduğuna şəkk etsə, qüsl etmək ona vacib olmur.

Cənabət qüslünün hökmləri

Sual 172: Şəhvətin təhrik olmasına səbəb olan kitabları oxumağa və ya kinofilmlərə baxmağa icazə verilirmi?

Cavab: İcazə verilmir.

Cənabət qüslünün hökmləri

Sual 173: Əgər qadın əri ilə cinsi əlaqədə olduqdan sonra uşaqlığında məni qaldığı bir halda dərhal qüsl etsə və qüsldən sonra məni onun uşaqlığından xaric olsa, etdiyi qüsl düzgündürmü? Qüsldən sonra ondan xaric olan məni pakdırmı, yoxsa nəcasətdir? Bu halda o, yenidən cənabətli olurmu, yoxsa olmur?

Cavab: Onun qüslü düzgündür. Qüsldən sonra ondan xaric olan rütubət əgər məni olarsa, nəcasətdir. Əgər bu məni kişinin mənisi olarsa, qadının yenidən cənabətli olmasına səbəb olmur.

Cənabət qüslünün hökmləri

Sual 174: Bir müddətdir ki, cənabət qüslündə şəkkə düçar olmuşam, hətta həyat yoldaşımla da cinsi əlaqədə olmuram. Bununla belə, qeyri-ixtiyari olaraq məndə elə bir hal yaranır ki, cənabət qüslünün mənə vacib olduğunu güman edirəm. Hər gün iki ya üç dəfə qüsl edirəm. Bu şəkk mənə əzab verir. Mənim vəzifəm nədir?

Cavab: Cənabətdə şəkkə düçar olmaqla cənabətin hökmü sizə aid olmur. Amma əgər sizdən məninin xaric olmasının şəri əlamətləri ilə yanaşı olan bir rütubət xaric olarsa, yaxud məninin xaric olduğuna yəqinliyiniz olarsa, cənabət hökmü sizə aid olacaqdır.

Cənabət qüslünün hökmləri

Sual 175: Heyzli halda cənabət qüslü düzgündürmü, belə ki, cənabətli qadının üzərindən vəzifə götürülsün?

Cavab: Qeyd olunan halda qüslün düzgünlüyü məhəlli-işkaldır.

Cənabət qüslünün hökmləri

Sual 176: Əgər qadın heyzli halda cənabətli olsa, yaxud cənabətli halda heyz olsa, heyzdən paklandıqdan sonra hər iki qüsl ona vacibdirmi? Yoxsa heyzli halda cənabətli olduğuna görə cənabət qüslü ona vacib olmur? Çünki cənabətli olan anda pak olmamışdır.

Cavab: Hər iki halda heyz qüslündən əlavə, cənabət qüslü də vacibdir. Amma əməl məqamında cənabət qüslü ilə kifayətlənməsinə icazə verilir. Lakin hər iki qüslün niyyətini etməsi ehtiyata müvafiqdir.

Cənabət qüslünün hökmləri

Sual 177: Kişidən xaric olan rütubətin məni olduğuna hansı halda hökm verilir?

Cavab: Sağlam bir kişidə əgər bu rütubət şəhvət, sıçrayış və bədənin süstləşməsi ilə yanaşı olarsa, məni hökmündədir.

Cənabət qüslünün hökmləri

Sual 178: Bəzən qüsl etdikdən sonra əl və ayağın dırnaqlarının ətrafında təbaşir və ya sabunun izləri müşahidə olunur, halbuki, hamamda qüsl edəndə bunlar görünmürdü. Amma hamamdan çıxıb diqqətlə baxandan sonra təbaşirin və ya sabunun ağlığı görünür. Bu halda vəzifə nədir? Bəzi insanlar qüsl edəndə və dəstəmaz alanda bu məsələni bilmir və ya buna diqqət etmirlər. Təbaşir və ya sabunun izi mövcud olduğu bir halda, suyun onun altına çatdığına da yəqinlik hasil olmur.

Cavab: Adətən bədən üzvləri quruyandan sonra təbaşirin və ya sabunun müşahidə olunan izi dəstəmaz və qüslə xələl gətirmir. Amma əgər təbaşir və ya sabun suyun dəriyə çatmasına maneə yaradan bir qat şəklində olarsa, dəstəmaz və qüslə xələl gətirər.

Cənabət qüslünün hökmləri

Sual 179: Qardaşlardan biri deyir ki, qüslün düzgün olması üçün qüsldən qabaq bədənin nəcasətdən paklanması şərtdir. Əgər qüsl əsnasında bədən məni və ya başqa bir nəcasətdən paklanarsa, qüslün pozulmasına səbəb olar. Onun sözləri düzgün olduğu təqdirdə və mənim də bu məsələni bilmədiyimi nəzərə alaraq, qıldığım namazlar batil olubmu və mənə bu namazların qəzasını qılmaq vacibdirmi?

Cavab: Qüsldən qabaq bütün bədənin pak olması vacib deyildir. Hər üzvə qüsl verərkən həmin üzvün pak olması kifayət edir. Buna görə də, əgər hər hansı bir üzvə qüsl verməzdən qabaq həmin üzv paklanarsa, qüsl və bu qüsl ilə qılınan namaz düzgündür. Amma əgər napak üzvə qüsl verməzdən qabaq həmin üzv paklanmazsa və qüsl edən şəxs bir yuma ilə həm üzvü paklamaq, həm də ona qüsl vermək istəyərsə, qüsl batildir və bu qüsl ilə qılanan namaz da batildir. Namazın qəzasını qılmaq vacibdir.

Cənabət qüslünün hökmləri

Sual 180: Yuxuda ikən insandan xaric olan rütubət məni hökmündədirmi? Halbuki, bu rütubətin üç əlamətdən (sıçrayışla və şəhvətlə xaric olması, sonra bədənin süstləşməsi) heç birinə malik olmadığını bilirik və şəxs bu rütubətin xaric olmasını hiss etməmiş, yalnız yuxudan oyanandan sonra alt paltarının rütubətli olduğunu görmüşdür.

Cavab: Əgər üç əlamətin heç biri və ya onlardan biri mövcud olmazsa, yaxud mövcud olduğuna şəkk olunarsa, bu rütubət məni hökmündə deyildir. Amma əgər başqa bir yol ilə bu rütubətin məni olduğuna yəqin edərsə, məni hökmündədir.

Cənabət qüslünün hökmləri

Sual 181: Mən yoxsul ailədə yaşayan bir gəncəm. Məndən tez-tez məni xaric olur və atamdan hamam pulu istəməyə xəcalət çəkirəm. Evdə də hamam yoxdur. Xahiş edirəm ki, mənə yol göstərəsiniz.

Cavab: Şəri vəzifəni yerinə yetirməkdə xəcalət çəkməyin yeri yoxdur. Xəcalət, vacib əməli tərk etmək üçün şəri üzr deyildir. Hər halda, əgər cənabət qüslü etməyinizə imkan yoxdursa, namaz və oruc üçün sizin şəri vəzifəniz qüsl əvəzinə təyəmmüm etməkdir.

Cənabət qüslünün hökmləri

Sual 182: Mən bir çətinliklə qarşılaşmışam. Çətinliyim budur ki, bədənimi yumağın, bir damcı suyun dəyməsinin belə, bədənimə ziyanı vardır. Hətta yaş əli bədənimə çəkməyimin belə, bədənimə ziyanı vardır. Bədənimi yuyanda – az yusam da belə - bir sıra fəsadlardan əlavə, ürəyimin döyüntüsü artır. Belə bir vəziyyətdə mən həyat yoldaşımla cinsi əlaqədə ola və aylarca qüsl əvəzinə təyəmmüm edə bilərəmmi? Bu təyəmmümlə namaz qıla və məscidə daxil ola bilərəmmi?

Cavab: Cinsi əlaqəni tərk etmək sizə vacib deyildir. Cənabətli olduğunuz və qüsl etməyə üzrlü olduğunuz təqdirdə, təharətin şərt olduğu əməlləri yerinə yetirmək üçün sizin şəri vəzifəniz cənabət qüslü əvəzinə təyəmmüm etməkdir. Bu təyəmmüm ilə cənabətdən pak olmanın şərt olduğu əməlləri - məscidə daxil olmaq, namaz qılmaq, Quranın xəttinə toxunmaq və s. - yerinə yetirməyinizin maneəsi yoxdur.

Cənabət qüslünün hökmləri

Sual 183: Vacib və ya müstəhəb qüslü edərkən üzü qibləyə dayanmaq vacibdirmi, yoxsa vacib deyil?

Cavab: Qüsl edərkən üzü qibləyə dayanmaq vacib deyildir.

Cənabət qüslünün hökmləri

Sual 184: Suyun “az su” olduğunu və qüsldən qabaq bədənin pak olduğunu nəzərə alaraq, qüslün “qüsalə su”yu ilə qüsl etmək düzgündürmü?

Cavab: Sualda deyilənləri nəzərə alaraq, bu su ilə qüsl etməyin maneəsi yoxdur.

Cənabət qüslünün hökmləri

Sual 185: Əgər cənabət qüslü edən şəxs dəstəmazı pozan işlərdən birini görsə, yenidən qüsl etməlidirmi? Yoxsa qüslü tamamlamalı və sonra dəstəmaz almalıdır?

Cavab: Qüsl əsnasında dəstəmazı pozan işləri görmək qüslün düzgünlüyünə xələl gətirmir və qüslü yenidən başlamaq lazım deyildir. Amma belə qüsl namaz və dəstəmazlı yerinə yetirilən digər əməllər üçün kifayət etmir.

Cənabət qüslünün hökmləri

Sual 186: Əgər sidik ifraz etdikdən sonra müşahidə edilən və məniyə oxşayan qatı rütubət şəhvətsiz və qeyri-ixtiyari olaraq insandan xaric olarsa, məni hökmündədirmi?

Cavab: Bu rütubət məni hökmündə deyildir. Amma əgər bu rütubətin məni olduğuna yəqinlik hasil olarsa, yaxud bu rütubət xaric olarkən məninin şəri əlamətlərinə malik olarsa, məni hökmündədir.

Cənabət qüslünün hökmləri

Sual 187: Əgər bir şəxsin boynunda vacib və ya müstəhəb olmaqla bir neçə qüsl olarsa, bir qüsl digər qüsllərə kifayət edirmi?

Cavab: Əgər bütün qüsllərin niyyətilə bir qüsl etsə, kifayət edir. Əgər bu qüsllərin arasında cənabət qüslü olsa və bu niyyətlə qüsl etsə, digər qüsllərə də kifayət edir. Baxmayaraq ki, bütün qüslləri niyyət etmək ehtiyata müvafiqdir.

Cənabət qüslünün hökmləri

Sual 188: Cənabət qüslündən qeyri qüsllər dəstəmaz üçün kifayət edirmi?

Cavab: Kifayət etmir.

Cənabət qüslünün hökmləri

Sual 189: Sizin nəzərinizə görə, cənabət qüslündə suyun bədəndə axması (cərəyan etməsi) şərtdirmi?

Cavab: Meyar, “bədənin qüsl niyyətilə yuyulduğu” deyilməsidir və suyun bədəndə axması şərt deyildir.

Cənabət qüslünün hökmləri

Sual 190: Əgər bir şəxs bilsə ki, həyat yoldaşı ilə cinsi əlaqədə olub cənabətli olduqda qüsl etmək üçün su tapmayacaqdır, yaxud qüsl etmək və namaz qılmaq üçün vaxt olmayacaqdır, o, həyat yoldaşı ilə cinsi əlaqədə ola bilərmi?

Cavab: Qüsl etmək imkanı olmadığı təqdirdə, əgər təyəmmüm etmək imkanı olarsa, həyat yoldaşı ilə cinsi əlaqədə ola bilər.

Cənabət qüslünün hökmləri

Sual 191: Cənabət qüslündə baş və bədənin digər üzvləri arasında tərtibə riayət etmək kifayət edirmi? Yoxsa bədənin sağ və sol tərəfləri arasında da tərtibə riayət etmək lazımdır?

Cavab: Bədənin iki tərəfi arasında tərtibə riayət etmək, belə ki, sağ tərəfə sol tərəfdən qabaq qüsl vermək ehtiyat-vacibə görə lazımdır.

Cənabət qüslünün hökmləri

Sual 192: Tərtibi qüsl edərkən əvvəlcə kürəyimi yumağımın, daha sonra tərtibi qüsl niyyəti edib qüsl etməyimin maneəsi vardırmı?

Cavab: Qüsl niyyəti etməmişdən və qüsl etməyə başlamamışdan öncə kürəyi və ya bədənin hər hansı bir üzvünü yumağın maneəsi yoxdur. Tərtibi qüslün qaydası belədir ki, bədəni pakladıqdan sonra qüsl niyyəti edir və əvvəlcə baş və boyunu yuyursan. Sonra ehtiyat-vacibə görə, bədənin sağ tərəfini və üçüncü mərhələdə bədənin sol tərəfini yuyursan.

Cənabət qüslünün hökmləri

Sual 193: Qüsl edərkən saçları bütünlüklə yumaq qadına vacibdirmi? Başın dərisinin hər tərəfinə suyun dəydiyini nəzərə alaraq, qüsl edərkən saçların bütünlüklə yuyulmaması qüslün batil olmasına səbəb olurmu?

Cavab: Ehtiyat-vacibə görə, saçların hər tərəfi yuyulmalıdır.

 

[1] Möhtəlim olmaq – yuxuda insandan məninin xaric olmasıdır.

Mənbə: İmam Xamenei - Təharətin hökmləri / Cənabət qüslünün hökmləri

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana