İmam Həsən Əskəri (ə) özündən sonrakı imam (ə.c.) və onun qeyb dövründən xəbər verir!

İmam Həsən Əskəri (ə) özündən sonrakı imam (ə.c.) və onun qeyb dövründən xəbər verir!

Əhməd ibn İshaq belə nəql edir: Bir gün imam Həsən Əskərinin (ə) hüzuruna getmişdim. O həzrətdən sonrakı imamın kim olacağını öyrənmək istəyirdim. İmam Həsən Əskəri (ə) mənim suallarımdan öncə buyurdu: “Ey Əhməd ibn İshaq! Allah-Taala yer üzünü həzrət Adəmin (ə) yaranışından indiyə qədər höccətsiz qoymayıb və qiyamət gününə qədər də qoymayacaq. Elə bir höccət (nümayəndə) ki, onun vasitəsilə yer əhlindən bəla dəf edilir, yağış yağdırılır və yer öz bərəkətlərini üzə çıxarır.” Mən o həzrətdən soruşdum: “Yəbnə Rəsulillah – Ey Peyğəmbərin övladı! Sizdən sonra kim imam olacaq?”

İmam Həsən Əskəri (ə) ayağa qalxıb otağa daxil oldu və qucağında on dörd gecəlik aytək parlayan üçyaşlı bir uşaqla geri döndü və buyurdu: “Ey Əhməd! Əgər Allahın dərgahında və bizim yanımızda məqam sahibi olmasaydın, oğlumu sənə göstərməyəcəkdim. Onun adı Rəsulullahın (ə) adı ilə eynidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Ey Əhməd! Onun bu ümmətin arasındakı məsəli həzrət Xızrla Zülqərneynin məsəli kimidir. Allaha and olsun ki, o, qeybə çəkiləcək və qeyb dönəmində onun imamətinə möhkəm bağlanan, imamət xəttində sabitqədəm qalan və zühurunun tezləşməsi üçün dua edən şiələrdən başqa, heç kim nicat əhlindən olmayacaq.”

O həzrətdən soruşdum: “Ey mənim ağam! Bu uşağın Ali-Muhəmmədin (s) Qaimi olmasına dair bir nişanə varmı ki, qəlbim xatircəm olsun!” Bu zaman üçyaşlı uşaq dil açıb dedi:

اَنَا بَقِیَّةُ اللّهِ فِی اَرْضِهِ وَالْمُنْتَقِمُ مِنْ اَعْدائِهِ فَلا تَطْلُبْ اَثَرا بَعْدَ عَیْنٍ یا اَحْمَدَ بْنَ اِسْحاق؛

“Mən yer üzündə Allahın son höccəti, nümayəndəsiyəm və Onun düşmənlərindən intiqam alacağam. Ey Əhməd ibn İshaq! İndi ki, həqiqəti öz gözünlə gördün, bir daha nişanə istəmə!”

Əhməd ibn İshaq həm sualın cavabını öyrəndiyi, həm də Allahın son səfirini görüb ziyarət etdiyi üçün sevinə-sevinə İmamla (ə) xudafizləşib getdi. Ertəsi gün yenə imam Həsən Əskərinin (ə) hüzuruna gəlib dedi: “Yəbnə Rəsulillah – Ey Peyğəmbərin övladı! Dünən mənə o qədər lütf və mərhəmət göstərdiniz ki, sevincimdən zehnimdəki sulları soruşmağı unutdum. Amma dünən buyurdunuz ki, son imam həzrət Xızrla Zulqərneyn kimi olacaq! Nəyi nəzərdə tuturdunuz?

İmam Həsən Əskəri (ə) buyurdu: “Onun qeyb dövrü uzun çəkəcək.”

Mən təəccüblə: “Ey Peyğəmbərin övladı! Onun qeyb dövrü uzun çəkəcəkmi?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Allah and olsun ki, bizim imamət və vilayət xəttimizə möhkəm bağlanan, qəlbi imanla dolu olan və ilahi ruhla təsdiqlənən kəslərdən başqa, onun imamətinə inananların çoxu öz inanclarından dönəcək. Ey Əhməd! Sənə dediklərim ilahi sirlərdəndir, bunu başqalarından gizli saxla və şükür et ki, behiştdə bizimlə birgə olasan!”[1]

 

Mənbə :


[1] (“Kəmalud-din və təmamun-nemət”, Şeyx Səduq, 1-ci cild, səh.603, 32-ci bölüm, hədis 16.)

İmam Həsən Əskəri (ə) özündən sonrakı imam (ə.c.) və onun qeyb dövründən xəbər verir!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana