October 19, 2020 08:18 AM
Rəbiül-əvvəl ayının 4-cü günü

Rəbiül-əvvəl ayının 4-cü günündə baş verən hadisələr

1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in “Sur” mağarasından çıxması

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in “Sur” mağarasında olduğu üç gün ərzində Əli (əleyhis-salam) gündüzlər ona baş vururdu. Üçüncü gün Peyğəmbər qərara aldı ki, Mədinəyə doğru hərəkət etsin. Gecə vaxtı hərəkət etmək üçün Əli (əleyhis-salam)-dan üç dəvə istədi. O, həzrət Əlini (əleyhis-salam) Məkkədə öz canişini təyin etdi ki, əmanətləri sahiblərinə qaytardaqdan sonra Peyğəmbərin (s) əhli-əyalını Mədinəyə çatdırsın.

Peyğəmbər (səlləllahu əleyhi və alih) rəbiul-əvvəl ayının dördüncü gecəsi mağaradan çıxdı. Məkkədən xaric olan zaman son dərəcə kədərlə Kəbəyə xitab edib buyurdu: “Ey Allahın hərəmi! Sənə nə qədər məhəbbət bəslədiyimi bircə Allah bilir. Əgər sənin əhalin məni ixrac etməsəydilər, səndən başqa heç bir şəhəri özümə (məskən) seçməzdim. Mən kədərli halda səndən ayrılıram...”

Bu zaman Cəbrəil nazil olub “Həqiqətən Quranın hökmlərini sənə vacib edən Allah səni bir daha öz yerinə qaytaracaq” ayəsini qiraət etdi. Beləliklə Allah-taala Peyğəmbərə (s) təskinlik verib buyurdu ki, yenidən bu şəhərə qayıdacaqdır. (“Həvadisul-əyyam”, səh. 79)

––––––––––––––––––––––––––––––––––

2. Şeyx Yusif Ali-Usfur Bəhraninin (rəhmətullah əleyh) vəfatı

Dahi fəqih və rəbbani alim Şeyx Yusif ibni Şeyx Əhməd Ali-Usfur Bəhrani hicri təqvimi ilə 1186-cı il, rəbiul-əvvəl ayının 4- cü günü vəfat edib. Onun şərif məzarı ustad Əkbər Vəhid Behbəhan və “Riyaz” kitabının müəllifi əzəmətli şəxsiyyət Seyid Əlinin məzarının yaxınlığında - şəhid məzarlarının aşağı tərəfində yerləşən eyvanın pak bir guşəsində dəfn olunub. Ondan çoxlu əsərlər yadigar qalıb, Məsələn, “Əl-hədaiqun-nazirə fil-əhkam”, “Əl-İtrətut-tahirə”, “Durərun-Nəcəfiyyə”, “Luluətul-Bəhreyn”, “Kəşkul”, “Səlasilul-hədid fi təqyidi İbni Əbil-Hədid”, “İnfihatul-mələkutiyyə fir-rəddi ələs-sufiyyə” və sair. (“Vəqayiul-əyyam”, səh. 205)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana