Səhiheynin hədislərinin mətn cəhətindən zəifliyi
1
Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə kifayət qədər söhbət olundu. İndi isə əziz oxucularımızın diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik.
Kitabın ilk səhifələrində hədis barədə müxtəsər söhbət olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbərin (s) vəfat tarixindən Ömər ibn Əbdul-Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislər barədə araşdırma aparıldı. İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər bu sualla üz-üzə dururlar:
Hədis yazılışının bir əsr boyu qadağan olunması və uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdı. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır.
Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəsinin hansı həqiqətləri aradan getmiş və onun yerinə
hansı səhv məsələlər qoyulmuşdur?!
Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökmlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub-olmamasından heç bir xəbərləri yox idi.
Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar öz qarşılarına çıxan bu suala tutarlı və qaneedici bir cavab verə bilməmişlər.
Əhli-sünnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.(1) Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə, yazıların və sənədin yerini tuta bilməz.
Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbərə (s) çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər–istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!
1- [1] . Əbu Kəmal Əbdul Ğəni Əbdul Xaliq “Səhihi-Buxari”nin muqəddiməsi, Məkkə çapı-1376.
Səhihi-Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura(1) olunmasıdır.
Bu qəbahətli iş Buxaridə mənəvi hökmranlıq edən həmin təəssübkeşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əlinin (ə) fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin, ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir.
Bu əməl buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir mühəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir.
Belə həqiqətləri gizlətmək və ya onları ört-basdır etmək bir
1- [1] . Bütöv bir hədisin bir hissəsini yazıb qalan hissəsini isə kəsib atılmasına deyilir.
mühəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır.
Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun üslubu və zövqi ilə uyğun olmadığına görə onları öz kitabında yazmamışdır. Bununla da hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs hədis yazmaqda belə “üslub”u seçərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur.
İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:
Bir nəfər Ömər ibn Xəttabdan sual etdi: Əgər cənabətli olsam, su tapa bilməsəm namaz qılmaqdan ötrü nə etməliyəm? Ömər cavabında dedi: Namaz qılma! Əmmar da həmin məclisdə idi. Peyğəmbərin təyəmmüm etmək əmrini hər ikisi eşitmişdilər. O, Öməri danlayaraq onun verdiyi hökmə etiraz etdi.
Şübhə yoxdur ki, belə hökm və cənabətli olan şəxsə namazı tərk etmək əmri Quranın və Peyğəmbərin (s) göstərişlərinin əksinədir. Həmçinin xəlifənin təyəmmüm hökmündən xəbərdar olmaması və ya onun İslam qanunlarından xəbərsiz olmasını (belə ki, bu məsələ ümumi bir məsələdir) çatdırır. Buxari xəlifənin abrını qorumaqdan ötrü bu hədisdə dəyişiklik etmiş və Ömərin لَاتَصَل cavabını yəni “namaz qılma” cümləsini hədisdən silmişdir.
İndi də əziz oxucumuzdan istəyirik ki, Buxarinin hədisinin mətni ilə Müslimün, Nəsainin və İbn Macənin nəql etdikləri
hədisin mətnlərini yanaşı qoysunlar, həqiqət onlar üçün aydın olsun.
... عَنْ شُعْبَه قَالَ حَدَّثَنِی الحکمُ عَنْ ذَرِّ، عَنْ سَعِیدِ بْنِ عَبْدِ الرّحْمَانَ بْنِ أَبزی عَنْ أَبِیهِ أَنَّ رَجُلاً أَتَی عُمَرَ، فَقَالَ إِنِّی أَجنبْتُ فَلَمْ أَجِدْ مَاءاً فَقَالَ: لاَ تُصَل! فَقَالَ عَمَّار: أَما تَذکُرُ یَا أَمِیرَالْمُؤْمِنِینَ؟! إِذَ أَنَا وَ أَنْتَ فِی سریَّهٍ فَأَجنَبْنَا فَلَمْ نَجْدْ مَاءاً فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ، وَ أَمَّا أَنَا فَتمعّکتُ فِی التُّرَابِ وَ صَلَّیْتُ، فَقَالَ النَّبِیُّ|: "إِنَّمَا یَکْفِیکَ أَنْ تَضْرِبَ بِیَدَیْکَ الأَرْضَ، ثُمَّ تَنْفَخَ، ثُمَّ تَمْسَحَ بِهِمَا وَجْهَکَ وَ کَفَّیْکَ"، فَقَالَ عُمَرُ: إِتَّقِ اللهَ یَا عَمَّار قَالَ: إِنْ شِئْتَ لَمْ أُحَدِّثْ بِهِ .(1)
حَدَّثَنَا آدَمُ قَالَ: حَدَّثَنَا شُعْبُهُ، حَدَّثَنَا الْحَکَمُ عَنْ ذَرّ، عَنْ سَعِیدِ بْنِ عَبْدُ الرَّحْمَانِ بْنِ أَبْزی عَنْ أَبِیهِ، قَالَ: جَاءَ رَجُلُ إِلَی عُمَرِ بْنِ الْخَطَّابِ فَقَالَ: إِنِّی أَجْنَبْتُ فَلَمْ أَصِبِ الْمَاءَ..:؟ فَقَالَ عَمَّارُ بْنُ یَاسِرِ لِعُمَرِ بْنِ الْخَطَّابِ: أَمَا تَذْکُرُ إِنَّا کُنَّا فِی سَفَرٍ أَنَا وَ أَنْتَ فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ، وَ أَمَّا أَنَا فَتَمَعّکْتُ فَصَلَّیْتُ، فَذَکَرْتُ لِلنَّبِیِّ| ، فَقَالَ النَّبِیُّ| "إِنَّمَا یَکْفِیکَ هَکَذَا فَضَرَبَ النَّبِیُّ| بِکَفَّیْهِ الأَرْضَ، وَ نَفَخَ فِیهِمَا، ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ وَ کَفَیْهُ".(2)
Əziz oxucu, gördüyünüz kimi bu iki hədis sənəd və mətn baxımından eynidir. Onlar arasında Səhihi-Müslimdə gözə dəyən لَا تَصَل “namaz qılma” cümləsindən başqa heç bir fərq yoxdur. Lakin, Səhihi-Buxaridən bu cümlə silinmişdir.
Mötəbər kitablarda və Səhihi-Buxarinin şərhlərində, müxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir:
Zinaya mürtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl-möminin Əli (ə) bu məsələdən xəbər tutdu və bu
1- [1] . “Səhihi-Müslim”, 1-ci cild, “Kitabut-təharət”, “Təyəmmüm bölümü”; “Sunəni-Nəsai”, 1-ci cild, “Təyəmmüm bölümü”; “Sunəni İbn Macə”, 1-ci cild, 91-ci bölüm;
2- [2] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabut-təyəmmüm”. “əl-Mutəyəmmumu həl yənfəxu fihima”, hədis: 331;
hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının səbəbini soruşduqda Həzrət (ə) cavabında buyurdu: Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqdan yetkinliyə çatınca və həmçinin yuxuda olan şəxsdən oyanınca.(1)
Məsələnin daha aydın olması üçün Sunəni-Davuddan hədisin mətninə diqqət edin. Hədisi belə nəql edir:
...عَنْ ابْنِ عَبَّاس قَالَ: أُتِی عُمَرَ بِمَجْنُونَهٍ قَدْ زنتَ فاسْتَشَارَ فِیهاَ أَنَاساً فأَمَرَ بِهاَ أَنْ تُرْجَمَ، فمرّبهَا عَلِیُّ ابْنِ أَبِی طَالِب (ع) فَقَالَ: "مَا شَاْنُ هَدِهِ؟" قَالُوا: مَجْنُونَهٌ فَلاَنه زَنَت، فَأَمَرَ بِهَا عُمَرُ أَنْ تُرْجمَ قَالَ: فَقَالَ: "اِرْجِعُوا بِهَا" ثُمَّ أَتَاهُ فَقَالَ: "یَا أَمِیرَالْمُؤْمِنِینَ! أَما عَلِمْتَ أَنَّ الْقَلَمَ قَدْ رُفِعَ عَنْ ثَلاثهٍ، عَنِ الْمَجْنُونِ حَتَّی یُبْرَأ، وَ عَنِ النَّائِمِ حَتَّی یَسْتَیْقَظَ، عَنِ الصَّبِیِّ حَتَّی یَعْقَلَ؟!" قَالَ: بَلَی. قَالَ: "فَمَا بَالَ هَذِهِ تُرْجَمَ" قَالَ: فَأَرْسِلْهَا قَالَ: فَأَرْسِلْهَا، قَالَ: فَجَعَلَ یُکَبِّر.
Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin müsnədində, birinci cild səhifə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdul Birr də “İstiab” kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir:
فکان عمر یقول لولا علی لهلک عمر
“Əgər Əli olmasaydı, Ömər həlak olardı.”(2)
Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əlinin (ə) Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün o hədisin əvvəlini sənədi ilə bir yerdə kəsib atmışdır. Çünki, Əlinin (ə) qəzavətləri Peyğəmbərin (s) əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir:
1- [1] . “İrşadus-sari”, 10-ci cild, səh. 9, “Sunən İbn Davud”, 2-ci cild; səh. 402, “Sunəni İbn Macə”, 2-ci cild; səh. 227;
2- [2] . “İstiab”, 3-cü cild, səh. 39 vərəqin aşağı hissəsində çap olunmuşdur.
... قَالَ عَلِیّ لِعُمَر: "أَما عَلِمْتَ أَنَّ الْقَلَمَ رُفِعَ عَنِ الْمَجْنُونِ حَتَّی یَفیقَ، وَعَنِ الصَّبِیِّ حَتَّی یُدْرِکَ، وَ عَنِ النّائِمِ حَتَّی یَسْتَیْقِظَ؟"(1)
Səhihi-Müslimdə və başqa sihahlarda qeyd olunmuş hədislərin məzmununa əsasən Peyğəmbərin (s) zamanında şərab içməyin cəzası şallaq vurmaq və ədəbləndirmək idi. O Həzrət (s) qırx şallaq vururdu. (2)
Əbu Bəkr də öz xilafəti dövründə Peyğəmbərin (s) həmin yolu ilə getmiş və qırx şəllaq vurdurmuşdur.
Lakin, Əbu Bəkrin xilafətindən sonra Ömər bu hökmdə başqalarının sözünə baxdı və Əbdur-Rəhman ibn Ovfun məsləhəti ilə şərab içənə 40 şallaq əvəzinə 80 şallaq vurdu.
Bu məsəlinin izahına ehtiyac yoxdur. Xilafət məqamında olan və Peyğəmbərin (s) məqamını qəsb etmiş bir kəsin uzun müddət icra olunmuş bir hökmün icrasında başqaları ilə məsləhətləşməsini, Peyğəmbər (s) və əvvəlki xəlifənin əməlini tərk etməsini dərk etmək çox da çətin deyildir. Özünü müsəlmanların xəlifəsi sayan, lakin əmələ gələndə səhabələrdən birinin hökmünə və əmrinə ehtiyac duyan bir şəxs üçün belə bir sual qarşıya çıxacaq: Görəsən bu hökmü bilmirdimi? Tacirliyimi onu bu hökmü öyrənməkdən saxlamışdır? Yaxud Peyğəmbərinmi (s) əleyhinə əməl etmək istəyirdi ?
Necə olursa-olsun bu iş Buxarinin zövqünün əleyhinə olan bir işdir. Xilafət məqamını qorumaq üçün hədisin əvvəl
1- [1] . “Səhihi-Buxari”, 8-ci cild, “Kitabu əl-Muharibin”, “La yərcimul məcnunu vəl məcnunə” bölümü, “Səhihi-Buxari”, 7-ci cild,, “Kitabu ət-Təlaq”, “ət-Təlaqu fil əğlaqi ...” bölümü;
2- [2] . Bu məsələ barədə əhli-sünnə kitablarında bəs qədər bəhs olunub araşdırılmışdır. Burada məqsədimiz, Şiə məzhəbinin bu məsələdə olan nəzərini gətirmək deyildir.
hissəsini, yəni Peyğəmbərin (s) şallaq vurmasını və Əbu Bəkrin o Həzrətdən (s) itaət etməsini nəql etmiş, lakin hədisin axır hissəsini, yəni Ömərin səhabələrlə məsləhətləşməsini isə hədisdən ixtisar etmişdir.
İndi də mətn və hədisin müqayisəsini əziz oxuculara təqdim edirik:
....عَنْ أَنَسِِ بْنِ مَالِکِ: إِنَّ النَّبِیَّ | أُتِی بِرَجُلٍ قَدْ شَرِبَ الْخَمْرَ، فَجَلْدَهُ بِجریدَتَیْنِ نَحْوَ أَرْبَعِینَ، قَالَ: وَ فَعَلَهُ أَبُوبَکْر، فَلَمَّا کَانَ عُمَرُ، اسْتَشَارَ النَّاسَ، فَقَالَ عَبْدُالرَّحْمَانِ ابْنِ عَوْف: اَخْفِ الْحُدُودَ ثَمَانِینَ فَأَمَرَ بِهِ عُمَرُ.(1)
... عَنْ أَنَسِ ابْنِ مَالِک أَنَّ النَّبِیَّ | ضَرَبَ فِی الْخَمْرِ بِالْجریدِ وَالنعالِ، وَ جَلَد أَبُوبَکْرِ أَرْبَعِینَ(2)
...عَنْ أَنَسِِ قَالَ: جَلَدَ النَّبِیّ | فِی الْخَمْرِ بِالْجَرِیدِ وَالنعالِ، وَجَلَد أَبُوبَکْرِ أَرْبَعِینَ.(3)
Buxari “Etisam” kitabında bir hədis nəql etmişdir ki, hədisin mətni belədir:
...عن ثابت، عن انس، قال: کنّا عند عمر، فَقَالَ: نَهَیْنَا عَنِ التّکلّفِ (4)
Sabit, Ənəs ibn Malikdən nəql etmişdir: “Biz Ömərin yanında idik. O, dedi: Bizi əziyətə düşməkdən çəkindirmişlər.”
Bu hədisin Buxari tərəfindən bu cür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünki, hər bir kəs onun mətninə azacıq diqqət yetirsə, bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə, atılmış cümlələrin hədisin
1- [1] . “Səhihi-Müslim”, 5-ci cild, “Kitabul-hudud”,”Həddul-Xəmr”, 8-ci bölümü, hədis: 1707;
2- [2] . “Səhihi-Buxari”, 8-ci cild, “Kitabul-hudud”, 2-ci bölüm, “Ma caə fi zərbin Şaribəl xəmr”, hədis: 6391;
3- [3] . “Səhihi-Buxari”, 8-ci cild, “Kitabul-hudud”, “əz-Zərbu bil-cəridi vən-nəal”;
4- [4] . “Səhihi-Buxari”, 9-cu cild, “Kitabul etisam”, “Ma yəkrihu min kəsrətis-sual və ...” bölümü;
mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik etməklə düzəlişlər aparılmışdır!!
Şükürlər olsun ki, başqa mühəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da Buxarinin hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər.
İbn Həcər Səhihi-Buxarinin şərhində hədisin mətnini belə nəql edir:
...إِنَّ رَجُلاً سَأَلَ عُمَر بْن خَطَّابِ عَنْ قَوْلِهِ: {وَ فَاکِهَهً وَ أَبّاً} مَاالْأَبّ؟! فَقَالَ عُمَر: نَهَیْنَا عَنِ الْتَّعَمّق وَالتکلّف.
Bir kişi Ömər ibn Xəttabdan وَفَاکِهَهً وَأَبًّا} {(1) “(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik” ayəsində olan “Əbb” kəlməsinin mənasını soruşdu ki, "Əbb" nədir? Ömər onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyyətə düşməkdən çəkindirmişlər.
İbn Həcər deyir: Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən nəql etdiyimiz Buxarinin qısaltdığı hədisi yaxşı tamamlaya bilər.(2)
Əziz oxucu! İbn Həcərin sözlərindən Səhihi-Buxaridə və Fəthul-bari kitabında nəql olunmuş hədisin mətnlərinin bir-biri ilə müqayisəsindən belə məlum olur ki:
Bu hədis də onlarla başqa hədislər kimi Buxarinin səliqə və zövqü ilə uyğun gəlməmiş və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə sığmamışdır. Buna görə də Buxari ən gözəl çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış belə bir hədisi oxuyan hər hansı bir
1- [1] . “Əbəsə” surəsi, 31-ci ayə;
2- [2] . “Fəthul-bari”, 17-ci cild, səh. 31;
şəxsin istər-istəməz zehnində bir sual onu düşündürəcəkdir. O da budur ki, əgər Qurani-Kərimin lüğətlərindən bir kəlmə və ya bir lüğətin mənası əziyyətə və zəhmətə səbəb olursa, onda gərək dini mövzuların heç biri barədə soruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt faydalı olacaqdır? belə bir böyük mənsəbə sahib olan şəxs necə ola bilər ki, Müqəddəs Qurani-Kərimin lüğətlərinin mənasını yaxşı bilməsin?! (Nə yaxşı ki, ayənin aşağısında onun izahı gəlmişdir.)
Kiçik bir sualın qarşısında onun cavabı نَهَینَا olan bir şəxs böyük İslam ümmətinin rəhbərliyini necə öhdəsinə götürmüşdür?!
Bəlkə də belə sualların özü Buxarini vadar etmişdir ki, hədislərin başına oyun açmaqla onu qısa və naqis nəql etsin.
Bu hədisi bir qədər fərqli ifadələrlə tanınmış təfsirçilərdən Süyuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə "Əbəsə" surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi-Buxarini şərh edənlərdən İbn Həcər(1), Eyni(2) və Qəstəlani(3), lüğət bilənlərdən İbn Əsir nihayədə(4) gətirmişlər. Biz Allahın köməyi ilə kitabın ikinci cildinin xilafət bəhsində bu dörd hədis barədə geniş bəhs edəcəyik.
Buxari bəzən hədislərdə gələn aşkar adları şəxs əvəzlikləri, kinayə və ya “filankəs” kəlməsi ilə dəyişməklə onların həqiqi məzmununu gizlətmişdir.
1- [1] . “Fəthul-bari”, 17-ci cild, səh. 31;
2- [2] . “Umdətul-qari”, 10-cu cild, səh. 35;
3- [3] . “İrşadus-sari”, 10-cu cild, səh. 311;
4- [4] . “Əbb” lüğətinin m'nasında
1. Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad etmişdir. Hədisin tərcüməsi belədir:
Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi: Siz elə düşünürsünüz ki mənim söhbətim sizin qulağınıza çatmalıdır? Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi: Mən Peyğəmbərdən (s) eşitdiyim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünki, Peyğəmbər (s) buyurmuşdur ki, Qiyamət günündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirman uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər: Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər: Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim, amma özüm pis işlər görürdüm.(1)
ƏZIZ OXUCU! Aşağıda mətnini yazaraq Səhihi-Müslimdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə İslamın mübariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı təyin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə, onun qoşunundan üz döndərəni lənətləmişdir.
1- [1] . عن شقیق عن اسا مه بن زید قال قیل له الا تدخل علی عثمان فتکلمه فقال اترون انی اکلمه الااسمعکم والله قد کلمته فیما بینی وبینه دون ان افتح امراً لا احب ان اگون اول من فتحه ولا اقول لا حدیکون علی امیراً انه خیرالناس بعدما سمعت رسول الله | یقول یؤتی بارجل یوم القیامه فیلقی فی النار فتندلق اقتاب بطنه فیدوربها کمایدورالحماربالحی فیجتمع الیه اهل النار فیقولون یا فلان ! مالک الم تکن تأمر بالمعروف وتنهی عن المنکر فیقول بلی قد کنت آمربالمعروف ولاآتیه وانهی عن المنکر وآتیه . “Səhihi-Müslim”, 8-ci cild, “Kitabu Əz-zohdu vər-rəqaiq”, “Uqubəti mən yəmuru bil-məruf” bölümü; hədis: 2989;
Belə bir böyük şəxsiyyətin Peyğəmbərdən (s) eşitdiyi hədisə əsaslanaraq Osmanı dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır.
Bu hədisi “Müslim” iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun istiqamətini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradını, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və ...قیل لأُسامه الا تکلم هذا... yazmışdır.
Başqa yerdə isə Osman kəlməsini “filankəs” kəlməsi ilə əvəz etməklə ...قیل لأسامه: لَوْ أَتَیْتَ فُلَاناً فَکلَّمته.. nəql etmişdir.(1)
2. Yenə də Müslim səhihdə və Əhməd ibn Hənbəl müsnəddə Ömər tərəfindən Bəsrəyə hakim təyin olunmuş Sumərənin şərab satdığını nəql edirlər. Bu hadisənin mətnində Sumərənin adı iki dəfə gəlmişdir. Səhihi-Müslimdən və Müsnədi-Əhməddən bu hədisin mətnini və tərcüməsini burada qeyd edirik:
Tavus, İbn Abbasdan nəql edir: Ömərə Sumərənin şərab satdığını xəbər verdilər. Ömər dedi: Allah Sumərəni öldürsün. Məgər o Peyğəmbərin (s) yəhudilər barədə buyurduğu “Allah yəhudiləri öldürsün. Çünki Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağları bazara çıxardaraq satırdılar” kəlamını eşitməyibmi?!(2)
1- [1] . Səhihi-Buxari 4-cü cild, bab-sifətun-nar; Səhihi-Buxari 9-cu cild, Kitabul fetən bab- Əlfetnətu əlləti təmucu ıəmovcul fəhr;
2- [2] . ... عمروبن دینار قال اخبرنی طاوس انه سمع ابن عباس یقول بلغ عمران سمره باع خمراً فقال قاتل الله سمره الم یعلم ان رسول الله| قال قاتل الله الیهود حرمت علیهم الشحوم فحملوها فباعوها. “Səhihi-Müslim”, 5-ci cild; “Kitabul buyu` bab-təhrimun beyul xəmri vəl meytə”; “Musnədi Əhməd ibn Hənbəl”, “Məsanidu Ömər ibn Xəttab” bölümü, 1-ci cild, səh. 25;
Bu hədisi Buxari də Sumərənin yerinə "Filankəs" ibarətini gətirməklə nəql etmişdir:
... بلغ عمر ان فلاناً باعَ خمراً، فَقَالَ: قَاتَلَ الله فلاناً أَلَمْ یَعْلَمْ....(1)
Səhihi-Buxarini şərh edənlərin çoxu, hətta Səhihi-Müslimü şərh edən Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də onlar tərəfindən örtülü və gizli qalmamışdır.
Səhihi-Buxarinin hədislərinin etimadsızlığına beşinci dəlilimiz, bu hədislərin bir qisminin mənalarının nəql olunması və Buxarinin hədis nəql edənlərdən eşitdiyi kəlmələrin yazılmamasıdır.
Xətib Bağdadi bu barədə Buxarinin özündən nəql edir ki: Mən Bəsrədə eşitdiyim hədislərin bir çoxunu Şamda və Şamda eşitdiyim bir çox hədisləri də Bəsrədə yazmışam. Ondan soruşdular: Ya Əba Əbdillah! Bu hədislər bütövmü yazılmışdır?! Buxari cavabında sakit qalaraq heç nə demədi.(2)
İbn Həcər deyir: Səhihi-Buxaridə baş vermiş nadir və təəccüblü işlərdən biri də budur ki, bu kitabda bir hədis bir sənədlə nəql olunmuş, həmin hədis digər bir yerdə həmin sənədlə, lakin başqa mətn və kəlmələrlə nəql olunmuşdur. Belə ki, "Sehrun-nəbiy (s)" hədisində bu məsələ çox aydın görünür.(3)
Müəllif: Əgər ətraflı araşdırılsa görərik ki, Səhihi-Buxarinin hədisləri arasında hədislərin mənalarının nəqli çoxdur.
Əziz oxucu! 16 il müddətində yazılmış, öz müəllifi tərəfindən belə kitab barədə çatışmamazlıqları etiraf
1- [1] . “Səhihi-Buxari”, 3-cü cild, “Kitabul buyu”, لایذاب شحرالمیتهولایباع
2- [2] . “Tarixi Bağdad”, 2-ci cild; səh. 11;
3- [3] . “Fəthul-bari”, 10-ci cild, səh. 186;
olunmuş, həmçinin hədislərdən birini şəhərlərin birində eşidərək bir müddətdən sonra başqa bir şəhərdə yazılması və s. kimi belə vəziyyətdə olan bir kitab hansı etimadı doğrulda bilər?!
Yəqin ki bu neçə müddət ərzində hədislərin kəlmələri unudulmuş və öz yerini başqa kəlmələrə əvəz etmişdir. Bir sözlə söyləsək, bir çox hədislərin mənası dəyişilmişdir. Belə olduqda hədis öz həqiqətini itirəcək və əvvəlki hədisin mətnində olan nöqtələrin aradan getməsi ehtimalı çoxalacaqdır. Buna görə də, biz “Səhihi-Buxari”nin mövzularının mənasının nəql olunmasını onun hədislərinin zəif olmasının səbəblərindən biri kimi hesaba alırıq.
Qəstəlani deyir: Bizim əlimizdə olan Səhihi-Buxarinin nüsxələri bablarla(1) ünvanlanmış, lakin bu bablarda heç bir hədis nəql olunmamışdır. Bundan əlavə, bəzi bablarda hədis nəql olunmuşdur ki, babların ünvanı bu hədislə uyğun deyildir. Münəzzəm olmayan bu hədislər və mətləblər bir çoxlarının iradına səbəb olmuşdur. Hafiz Əbuzər Hurəvi bu iradları həll etmək üçün belə cavab vermişdir:
Buna görə də Əbuzər Hurəvi Hafiz Əbu İshaqdan, o da Əbul Vəlid Bacidən nəql etmişdir ki: Mən Fərbərinin (Buxarinin kitab saxlayanı) yanında olan Səhihi-Buxarinin əsl nüsxəsini üzündən köçürərkən o nüsxədə tamamlanmamış və yazılmamış bir çox hədislər gördüm. Biz onların bəzilərini bir-birlərinə artırmaqla qaydaya saldıq. Bu yolla Səhihi-Buxari kamilləşdi və kitab şəkklinə düşdü.(2)
Burada belə bir sual qarşiya çixir: başqalari tərəfindən
1- [1] . Bölüm:- yə`ni başlıq; mövzu.
2- [2] . “İrşadus-sari”, 1-ci cild, səh. 23.
nəzmə salinmiş və tamamlanmiş bu kitabin vəziyyəti qaydaya düşməzdən və tamamlanmazdan qabaq necə idi? Görəsən onu nəzmə salan kim idi? Görəsən bu şəxs özü də buxari kimi bu kitabin hədislərində öz bildiyini etmişdir? Öz səliqəsi ilə hədisləri kitabdan silmiş və başqa hədisləri azaldib çoxaltmaqla istədiyi hissəsini kəsib atmişdir?! Nə bilmək olar?! Bu məsələlər bizim üçün çox gizlidir. Lakin təkcə bunu deyə bilərik ki, belə olan şəraitdə başqa şəxslər tərəfindən tamamlanmiş olan bu kitab hərçənd onun əsli iradli olmasa belə, yenə öz dəyərini itirir və onun məzmununa qarşi bizim əqidə və etimadimizi zəiflədir. Biz də ürəyimizdə bu kitaba qarşi şəkk edəcəyik.
Bu da Səhihi-Buxarinin hədislərinin zəifliyinə olan altıncı dəlilimiz.
Nəticə:
Əziz oxucu!
İndiyə kimi sizə çatdırdığımız mətləblərin xülasəsi budur ki, səhih adı ilə tanınan bu iki kitabın vəziyyəti müəyyən bir həddə aydınlaşdı. Bu kitabların hədis raviləri və ricalları öz iç üzlərini bizə göstərdilər. Bundan əlavə bu iki kitabın müəlliflərinin təəssübkeşliyi məlum oldu. Səhihi-Buxaridə yarımçıq yazılmış və atılmış, mənaları nəql olunmuş hədislər barədə dəlillər açıqlandı. Bir sözlə bu iki kitabın sənəd və müəllif baxımından vəziyyəti aydın oldu. Belə acınacaqlı vəziyyətdə olan bir kitabı necə səhih adlandırmaq olar?! Peyğəmbər (s) tərəfindən necə təsdiq oluna bilər?! Bu hədislərin hamısının nəql olunmasına necə icazə verə bilər?!
Görəsən Peyğəmbər (s) belə təəssübkeş əməl ilə, hədislərin bir hissəsinin silinməsi və mənalarının dəyişdirilməsi ilə razıdırmı?! Bununla belə yenə də bu kitabın Peyğəmbər (s) tərəfindən öz kitabı kimi tanıtdırılması və onu oxumağa rəğbətləndirməsinə inanmaq olarmı?! Bu sualların cavabını
ruhu və fikri azad olan əziz təhqiqatçı oxucunun öz öhdəsinə həvalə edirik.
Bunlar, əziz oxucuların ixtiyarında qoyduğumuz “Səhiheyn” hədislərinin zəifliyini çatdıran möhkəm dəlillərdir.
Yeddinci dəlilimizi tövhid babında, səkkizincini Nubuvvət və doqquzuncu dəlilimizi isə müxtəlif bablarda oxuyacaqsınız.