Allahın adı ilə
اللَّهُمَّ قَوِّنِي فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِي فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِي فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِي فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ
Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi’ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin!
Allahım! Mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver və mənə bu ayda Öz zikrinin şirinliyini dadızdır. Öz kərəminə xatir bu ayda Sənin şükrünü yerinə yetirməyi mənə ilham et. Məni bu ayda öz nəzarət və örtüyünlə qoru, Ey görənlərin ən bəsirətlisi!
"Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver"
Allaha itaət güc-qüvvət istəyir. Amma cismani güc yox, ruhi qüvvət. Hz.Əli(ə) süfrə arxasında quru çörəyi əlilə bölə bilmirdi. Soruşdular ey Əli, sən Xeybərin qalasını bir əlinlə yerindən çıxardan adamsan. Bəs, necə olur quru çörəyi bölə bilmirsən? Cavablarında buyurdu ki, bu cismani qüvvədir, amma orada ruhi güclə iş görürdüm. Elə indinin özündə də yaşlı adamlar var ki, gecə səhərədək ibadət edir. Hər gecə Şəbaniyyə duasını oxuyur. Amma cavan var heç sübh namazına dura bilmir. Bir səhifə Quran oxuya bilmir. Kumeyl duasında da oxuyaraq Allahdan ibadət edə bilmək üçün əzalarımız üçün güc istəyirik.
"Mənə bu ayda zikrinin şirinliyini dadızdır".
Bəli ibadətin də şirinliyi var. Kumeyl duasının ləzzəti var. Əbu Həmzə Somali duasının ləzzəti var. İftihah duasının ləzzəti var. Orucun ləzzəti var. Quran oxumanın ləzzəti var. Tək yeməklərin, plovun filanın ləzzəti yoxdur ki? İbadətin də öz ləzzəti var. Hədis buyurur ki, alim və tələbə əgər öz elminə əməl eləməsə, onlara nazil olan ən kiçik əzab bu olar ki, Allah münacat etməyin şirinliyini qəlblərindən alar. Avam yəni alim olmayan Kumeyl duası oxuyar və duadan ləzzət alar, amma başında əmmamə olan Kumeyl duasını oxuyar və ondan heç bir ləzzət ala bilməz. Çünki o dua oxuyan baqqal bildiyinə əməl edir, amma əmmaməli bildiyinə əməl etmir.
"Şükrünü yerinə yetirməyi mənə ilham et"
Şükr etmək necə olur? Allahın verdiyi hər bir nemətdən düzgün istifadə edəsən. Həmçinin əzalarımızın da şükrü onlardan düzgün istifadə erməkdir. Gözün şükrü naməhrəmə baxmamaqdır. Qulağın şükrü qeybətə, haram şeylərə qulaq asmamaqdır. Dilin şükrü qeybət söyləməməkdir. İlahi, tövfiq inayət elə əzalarımızın şükrünü düzgün yerinə yetirək.
"Kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru"
Hər gün oxuğumuz bu duaların gərək mənasını bilək. Məscislərdə gərək camaata bu dualar izah edilsin. Dördüncü günün duasında Allahdan istəyirik bizim günahlarımızl örtsün. Allah Səttarul-uyubdur. Yəni eybləri örtəndr. Hədis buyurur əgər bir-birinizin daxilini bilsəydiniz, cənazələriniz küçələrdə qalardı dəfn etməzdiniz. Bəxtimiz gətirib ki, günahın qoxusu yoxdur. Yoxsa biabır olardıq. Amma Allah övliyaları hiss edirlər. İmanın da qoxusu var.
Hz.Rəsuləllah(s) evə daxil oldu buyurdu ki, Uveys Qəraninin qoxusunu alıram. Təsəvvür edin Uveys dünən evinə qonaq gəlmişdi, amma qoxusu hələ də evdə qalmışdı. Bu imanın qoxusudur.
Məfatihdə Şeyx Abbas Qumi yazır ki, mələklər 7 dəfə insanı gecə namazına oyadar. Oyanmayanda şeytan sevinər və üzünə idrar edər. Əgər gecə namazında belə edərsə, sübh namazına oyanmayana nə edər bilmirəm. Əvvəlki nəslin üzünə baxanda nuraniyyət var idi. Çünki gecələri ibadət edərdilər. Amma indikilərin üzündə nur yoxdur. Elə bu səbəbdəndir ki, sübh namazını belə qılmırlar.
"Ey görənlərin ən bəsirətlisi"
Allahım Sən ki, hər şeyi görürsən və hər şeydən halisən bizi günah etməkdən qoru. Allahım, bu dünyada necə günahlarımızı örtüb bizim abrımızı aparmırsan, eləcə Qiyamət günü də bizim günalarımızı gizli saxla və məhşər əhlinin yanında abrımızı aparma.
Bu günün namazı: Səkkiz rükət. Hər rukətdə "Həmd'dən sonra İyirmi dəfə "Qədr" surəsi deyiləcək. Əziz mömin və möminələr imsak və iftarda bizi dua etməyi unutmayın. Allah qəbul eləsin.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın