Hansı alimin yanında oturmaq olar...?
رسول الله (ص) : لا تَجْلِسوا إلاّ عندَ كُلِّ عالِمٍ يَدْعوكُم مِن خَمْسٍ إلى خَمسٍ: مِن الشَّكِّ إلى اليَقينِ، ومِن الرِّياءِ إلى الإخْلاصِ، ومِن الرَّغْبَةِ إلى الرَّهبَةِ، ومِن الكِبْرِ إلى التّواضُعِ، ومِن الغِشِّ إلى النّصيحَةِ
(بحار الأنوار: ۷۴ / ۱۸۸ / ۱۸ منتخب ميزان الحكمة: ۱۰۶)
Hz. Peyğəmbər (s): Sizi 5 şeydən 5 şeyə çağıran alimin yanında oturun:
1. Şəkkdən yəqinə
2. Riyadan ixlasa
3. Dünyaya məhəbbətdən dünyaya nifrətə
4. Təkəbbürdən təvazökarlığa
5. Hiyləgərlikdən xeyirxahlığa
Hədisin şərhi...
1. İxtilaf salan alimlərdən uzaqlaşmaq lazımdır. Çünki, ixtilaf şəkk nəticəsində meydana gəlir...
2. Əlbəttə elmi məsələlərdə ixtilaf istisnadır. Əgər elmi məsələlərdə ixtilaf olmasa elm inkişafdan dayanar. Elmin inkişafdan dayanması cəmiyyətin və bəşəriyyətin həlakətinə səbəb olar...
3.Burda qəsd etdiyimiz ixtilaf qardaş qırğınına səbəb olan ixtilafladır. Bu cür ixtilaf insanı dünya və axirət xeyrindən saxlayar...
4. Riya əməllərin puç olmaq səbəbidir. Ən gözəl şərik Allahdır. Əgər bir insan əməllərində başqa bir varlığı Allaha şərik qoşarsa, Allah öz haqqından keçir və nəticədə insan sərgərdan qalır. İnsan sərgərdan qalmasın deyə ixlasa dəvət edən alimlərdən möhkəm yapışmalıdır...
5. İnsan özü tək başına riyadan paklana bilməz və gərək əxlaq ustadına muraciət eləsin, necə ki, insan xəstələnəndə həkimə müraciət edir...
6. Dünyaya nifrətin mənası bu deyil ki, insan işləməsin və pul qazanmasın. Bu işlər tərkidünyalıqdı və islam dini tərkidünyalığı pisləyir...
7. İnsan bu dünyada çalışmalıdır , çünki bu dünya axirətin tarlasıdır...
8. Təkəbbür ilk günahdır, Şeytan (lən.) məhz bu əməlinə görə Allaha dərgahından qovuldu...
9. Min illərlə Allaha ibadət edən Şeytanı (lən.) dərgahından qovan Allah, biz təkəbbürlük eləsək bizi dərgahından qovmazmı?
10. Təkəbbür sahibini həlak edir, həqiqi alim isə insanı həlakətdən mələkutə aparır...
11. Təvazökarlıq sahibinin zinətidir. Hər kəsdə bu xüsusiyyət olsa, onun başqa bir xəzinəyə ehtiyacı yoxdur...
12. Hiyləgərlik insanlığı öldürən amillərdəndir, hiyləgər dilinə güc verir, hiyləgər yağlı dil işə salır...
13. Xeyirxahlıq insanların qəlblərində insanlığı yaşadır. Xeyirxah insan danışığa yox əmələ üstünlük verir.
14. Xeyirxahlığa dəvət edən alimlər, əslində bəşəriyyəti səadətə dəvət edirlər.