_Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedişat elm və bilik olan tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır._
_Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir. Çünki hər bir tədqiqat yeni iş, inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxması ilə nəticələnir._
_Tədqiqat əsnasında qarşıya çıxan suallar zaman ehtiyaclarının tənasübü və tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadar edir._
_Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif yerlərinə çatması və sürətlərin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl agahlıq və düzgün müdiriyyət bu yolda inkaredilməz təsirə malikdir._
_Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi, habelə insanların müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmağı özünə vəzifə bilir._
_Bu sahədə münbit şərait yaratmaq, imkanlardan münasib tərzdə istifadə etmək, həmçinin, din sahəsində tədqiqatçı alimlərdən himayə etmək Beynəlxalq əl-Mustafa (s) Universitetinin Tədqiqat_
_müavinliyinin əsas və önəmli vəzifələrindən sayılır._
_Bu qəbil elmi hərəkətlər və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik._
_BEYNəLXALQ əL-MUSTAFA (S) NəşR Və TəRCüMə MəRKəZI_