Rəcəb ayı üstün aylardan biridir. Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Allahın Rəsulu (s) bu barədə belə buyurub: «Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Taalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar».
İbni Babəveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiq (ə)-ın hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Taala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Taala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. Üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».
İmam Museyi Kazım (ə) belə buyurub: «Rəcəb bir əzəmətli aydır ki, Allah-Taala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda üç gün oruc tutsa, behişt ona vacib olar».
Rəcəb ayının fəziləti və əməlləri
Rəcəb ayında oruc tutmanın fəziləti
Rəcəb ayında vacib namazlardan sonra oxunan dua
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının bütün ay boyu oxunan dualar
Rəcəb ayının birinci gecəsinin əməlləri
Rəcəb ayının birinci gününün əməlləri
Rəcəbdə “ƏYYAMUL-BİZ” (AĞ GÜNLƏR) VƏ ONUN ƏMƏLLƏRİ
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ay da günahlarınızın bağışlanmasını diləyin ki, Allah-Taala bağışlayan və mehribandır». Belə isə "Əstəğfirullahə və əsəluhut-təubə", zikrini çox deyin.
Bu ayın digər mühüm əməlləri isə imkansızlara, kimsəsizlərə əl tutmaq və sədəqə verməkdir.
Həzrət Əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Taala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib».
Həzrət Peyğəmbər (s) belə buyurub: «Hər kim Rəcəb ayında 100 dəfə «Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh» söyləsə və sonra sədəqə versə, Allah-Taala da onun işini rəhmət və bağışlanma ilə xətm edər və hər kim ki, bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».
Şərh yazın