-- Ramazan ayının gündəlik duaları
Ərəbcə:
اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنَ الْمُتَوَكِّلينَ عَلَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْفائِزينَ لَدَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْمُقَرَّبينَ اِلَيْكَ بِاِحْسانِكَ يا غايَةَ الطّالِبين
Duanın oxunuşu: Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.
Duanın tərcüməsi: İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!
*****
İFTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
*****
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
10-cu gün - 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas)
Şərh yazın