اَللّـهُمَّ اجْعَلْني فيهِ مُحِبَّاً لِأَوْلِيآئِكَ، وَمُعادِياً لِأَعْدآئِكَ، مُسْتَنّاً بِسُنَّةِ خاتَمِ اَنْبِيائِكَ، يا عاصِمَ قُلُوبِ النَّبِيّينَ
Duanın oxunuşu: Əllahumməc`əlni fihi muhibbən liəvliyaik, və muadiyən liə`daik, mustənnən bisunnəti xatəmi ənbiyaik, ya asimə qulubin-nəbiyyin.
Duanın tərcüməsi: İlahi, məni bu gün dostlarını sevən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin şərəf və yolunu üstün tutub ona əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini qoruyan!
۩۞۩۩۞۩۩۞۩۩۞۩۩۞۩
İFTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
۩۞۩۩۞۩۩۞۩۩۞۩۩۞۩
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:
25-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas)
Şərh yazın