Diqqət:
Bu bölmənin bütün hökmlərindən həyat yoldaşı istisna olunur.
Məsələ 95: Kişilər öz övrəteynini başqa kişilərdən, həmçinin öz məhrəmlərindən örtməlidirlər. Onların bədənlərinin başqa yerlərini örtmək vacib deyildir.
İmam və Fazil: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.
Təbrizi və Xamenei: İstifta
Sistani: Minhacus-salihin, nikah, 19-cu məsələdən istifadə etməklə.
Bəhcət: Amma əgər başqalarının harama düşməyinə kömək olarsa, bədənin başqa yerlərini örtmək vacib olur.
İstifta.
Məkarim: Kişilər öz bədənlərini məhrəmlərinin müqabilində çılpaq edə bilməzlər, yalnız o miqdar istisna olunur ki, məhrəmlər qarşısında adi bir haldır və qadınlar da öz məhrəmlərinin qarşısında eynilə.
İstifta.
Məsələ (Sual) 96: Geyildiyi zaman övrəteyninin həcmini göstərən, lakin bədənin dərisini göstərməyən şort və sair alt paltarları başqalarının müqabilində örtük üçün kifayətdirmi?
səh:49
Cavab: Əgər bu işin ardınca bir fəsad gəlməzsə, işkalı yoxdur.
İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 44-cü məsələdən qabaqkılardan istifadə etməklə, səh.551.
Təbrizi: Siratun-nəcat, 907-ci sualdan istifadə etməklə.
Xamenei və Fazil: İstifta
Sistani: Minhacus-salihin, əhkamut-təxəlli, 55-ci məsələdən qabaqkından istifadə etməklə.
İmam: İstifta
Bəhcət: Əgər fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.
Məkarim: Əgər övrəteynin həcmi kamil şəkildə görünərsə, işkalı vardır. İstifta
Məsələ 97: Başqalarını harama salmaq məqsədilə bədənin hər hansı bir yerini örtməmək haramdır.
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta
Bəhcət: Bədənin örtülməsi vacib olan hissəsini örtməmək haramdır, hətta başqaları bu işlə harama düşməsə də belə və bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək edilməsi fərz olunarsa, onun örtülməsi vacibdir. İstifta.
Məkarim: Ləzzət və reybə qəsdi olmadan da müxalif cinsin müqabilində, işkallıdır. Hərçənd məhrəmlərdən olsa da belə. İstifta.
Məsələ 98: Məhrəmlərin qarşısında, ya başqa kişilərin müqabilində ləzzət və reybə məqsədilə bədəni açmaq (həyat yoldaşı istisna olunur) haramdır.
İmam, Təbrizi, Xamenei, Sistani: İstifta
Bəhcət və Məkarim: (Bundan qabaqkı məsələyə bax.)
Məsələ 99: Həkim olmaq istisna hallarından deyildir, buna görə də kişilər öz övrəteynini həkimlərdən də örtməlidirlər, yalnız iztirar halı istisna olunur. (Əlbəttə, həyat yoldaşı həmişə istisnadır.)
İmam, Fazil və Məkarim: ürvə, sətr və satir, səh.509 və 550.
Bəhcət, Təbrizi, Xamenei: İstifta
Bəhcət: Tovzihul-məsail, 1942 və 1938-ci məsələlərdən istifadə etməklə.
Sistani: Minhacus-salihin, əhkamut-təxəlli, 55-ci məsələdən qabaqkılardan istifadə etməklə; Nikah, məsələ: 20.
səh:50
İzah: Kişilərin örtüyündən istisna olunanlar iztirar (zərurət) halıdır. Buna görə də əgər bir şəxs iztirar halına düşsə, həkimin müqabilində də övrəteynini aça bilər. (Misal üçün, övrəteynini həkim üçün açmadıqda müalicə olunması mümkün olmayan xəstəliklərdə; əks halda bunlardan qeyri-hallarda (iztirar məqamı və şiddətli hərəc[8] məqamından başqa hallarda, uşaq doğumunun qarşısını almaq kimi hallar) kişilər öz övrəteynini başqalarından örtməlidirlər, hətta əgər başqası onun atası, qardaşı, oğlu, yaxud məhrəmlərindən digərləri, bacı, ana, xala və s. hər bir şəxs olsa da belə.