Məsələ (Sual) 347: Qadının özünü ərindən başqası üçün bəzi qadın məclislərində bəzəməsi o cümlədən toy məclislərində, yaxud qadın qonaqlıqlarında bəzəməsinin hökmü nədir? Əgər həyat yoldaşı bundan razı olmazsa hökmü nədir.
səh:154
Cavab: Əgər naməhrəm onu görməzsə işkalı yoxdur lakin səy olunmalıdır ki, ərinin razılığını qazansın.
İmam izdivacın əhkamı kitabının İstiftası s. 188
Bəhcət, Təbrizi Sistani, Fazil İstifta.
Xamenei: Naməhrəm onu görməzsə, işkalı yoxdur. İstifta.
Məkarim: Məsələnin fərz olunduğu halda ərin razılığını qazanmaq vacib deyildir.
Məsələ (Sual) 348: Əgər xüsusi bir qonaqlıqda iştirak etmək üçün qadın xüsusi bir paltar geymək istəsə lakin həyat yoldaşı buna razı olmazsa, o paltarın geyilməməsi də o qadının hörmətinin aradan getməsinə səbəb olmazsa, eləcə də qadının o paltarlardan istifadə etdiyi surətdə ailəsinin narahatlığına və ixtilafın yaranmasına səbəb olarsa şəriət baxımından bu paltarın geyilməsinin hökmü nədir, caizdirmi?
Cavab: Əgər bir paltarın geyilməsi ixtilafa və fəsada səbəb olarsa ondan çəkinmək lazımdır və ərin həyat yoldaşının tay-tuşları arasında geyilməsi adət olan paltarın geyilməsinin qarşısını almasın.
İmam: Əhkami izdivac kitabının istiftası, səh. 189,
Fazil: İstifta
Bəhcət: Əgər əri həyat yoldaşının ümumiyyətlə getməsi ilə razı olsa o paltarı geyməyin işkalı yoxdur.
İstifta.
Sistani: Kişi qadının evdən çıxmasını xüsusi paltar geymək çadra salmaq və s. kimi şeylərlə şərtləndirə bilər. İstifta
Məsələ 349: Müsəlmanın evi möhtərəm və toxunulmazdır, sahibinin izni və icazəsi olmadan ora girmək caiz deyildir. Hətta başqasının evinə baş çəkmək də ya baş uzatmaq da damın üzərindən, divarın deşiyindən, bacadan və s. kimi baxmaq caiz deyildir.
İmam, Bəhcət Fazil, Məkarim: İstifta.
Məsələ 350: Əgər bir kəs başqasının evinə boylanıb baxsa, orada onun üçün haram olan şeylərə baxmaq məqsədi ilə baş çəkib boylansa, (misal üçün: camaatın qızına və arvadına baxmaq üçün) ev əhli üçün caizdir, hətta vacibdir ki, onu bu
səh:155
işdən çəkindirsinlər. Əgər bu işdən əl çəkməzsə döyməklə və s. kimi şeylərlə onun qarşısını ala bilərlər.
İmam Təhrir fid-difai ənin-nəfs, məsələ 30.
Fazil İstifta.
Bəhcət: Əhvət nəzər nəhy əz münkərdə tərtibə riayət etməkdir və israr etdiyi surətdə xırda daşlarla və çubuqla bu işdən çəkindirmək olar və bu işdə zamin deyildir. Cameul Məsail, 5-ci cild, s. 268 və İstifta..
Məkarim: Sonuncu fərzdə ev əhli məhkəmə yolu ilə tədbir görməlidir. İstifta.