Məsələ (Sual) 200: Bəzi məntəqələrdə məhrəm-naməhrəm məsələlərinə çox da əhəmiyyət verilmir, xüsusilə kənd yerlərində. Misal üçün, öz arvadını ərin qardaşından qorumurlar və onu həqiqi qardaş hesab edirlər. Belə ki, qarşılıqlı olaraq onu öz bacısı hesab edir, çox hallarda əl verib, yaxud bir-birinin üzündən öpürlər, yaxud əmi qızı və dayı qızı, xala oğlu və əmi oğlu ilə görüşüb bir-birinin üzündən öpür və bu əməl sadəlikdən irəli gəldiyinə, ləzzət və reybə qəsdi olmadan baş verdiyinə görə işkalı vardırmı? Əgər haram olduğu fərz edilsə parçanın üstündən bu işləri görməyin hökmü nədir?
Cavab: Yuxarıda qeyd olunan halların heç biri caiz deyildir və yaxşı olar ki, parçanın yanından görüşməkdən də çəkinsinlər.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Fazil: Camiul-məsail, cild, 1, sual 1716.
Məsələ 201: Məhrəm şəxsləri öpməyin işkalı yoxdur. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın (həyat yoldaşı istisna olunur ki, bu halda mütləq şəkildə caizdir.)
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
Sistani: Minhacus-salihin, nikah, 16-cı məsələdən istifadə etməklə.
* NƏTİCƏDƏ: Bacı uşağını, nəvəni, yaxud hər bir uşağı və ümumi şəkildə hər bir məhrəmi ləzzət və reybə məqsədi ilə öpmək haramdır. Əlbəttə, həyat yoldaşı istisna olunur.
Məsələ 202: Əgər insan başqasını – istər uşaq olsun, yaxud onun məhrəmlərindən – öpdüyü təqdirdə günaha düşəcəyini bilirsə, onu öpməməlidir
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Sistani: Minhacus-salehin, nikah, 16-cı məsələdən istifadə etməklə
Məsələ 203: Məhrəmlərin, görünməsi caiz olan hər yerindən öpməyin işkalı yoxdur. İstər alın olsun, istər çiyin, yaxud əl və sair. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. (Həyat yoldaşı istisna olunur ki, onda mütləq şəkildə caizdir.)
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
səh:97
Sistani: Minhacus-salehin, nikah, 16-cı məsələdən istifadə etməklə
Məsələ 204: Hər bir şeyi ləzzət və şəhvət qəsdi ilə öpmək haramdır, istər daş olsun, istər taxta, istər dəmir, istər heykəl və sair.
İmam, Bəhcət, Xamenei, Fazil: İstifta
Bəhcət: Bu hökm heykəl və ya gəlinciyə aiddir. İstifta.
Təbrizi: Əgər bu öpməklə inzal baş verməzsə, heç bir haramlığı yoxdur. İstifta