Məsələ 218: Başqasını günaha salmaq məqsədilə özünü göstərmək haramdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Misal üçün: Əgər bir qadın özünü naməhrəm kişinin diqqətini ona cəlb olacağı, yaxud ona üz gətirəcəyi şəkildə özünü göstərsə haramdır. Xüsusi şəkildə yol getmək, xüsusi şəkildə danışmaq, xüsusi hərəkətlər göstərmək, təbəssüm etmək, naməhrəmlə xüsusi şəkildə gülmək, zarafat etmək, yaxud hətta naməhrəmin qarşısında onun nəzərini cəlb etmək və onu harama salmaq məqsədilə mütaliə etmək, xüsusi libaslar geyinmək, müxtəlif əşyaları götürmək o cümlədən çanta, kitab, gül və s. götürmək, yaxud başqasını günaha salmaq məqsədilə onları xüsusi şəkildə götürmək, naməhrəmə xüsusi baxışla baxmaq və. s kimi halların hamısında əgər başqasının nəzərini cəlb etmək və onu harama salmaq məqsədi olarsa haramdır.
* NƏTİCƏDƏ: Xüsusilə əziz cavanlar özünü göstərmələrdən və buna oxşar hallardan ciddi şəkildə çəkinməlidirlər.
Məsələ 219: Əgər özünü göstərmək başqalarını günaha salmaq məqsədilə olmazsa, haram deyildir.
Misal üçün: Bir qadın naməhrəm qonaq olduğu zaman daha yaxşı yemək bişirir, evi daha yaxşı səliqəyə salır ki, naməhrəmin nəzər-diqqəti onun yaxşı qadın olduğuna yönəlsin, yaxud yaxşı danışır ki, başqalarının nəzərlərini öz fəzilətinə cəlb etsin və s. bu qəbildən olan hallar haram deyildir.
Diqqət: Əlbəttə, hər hansı bir iş özünü göstərmək məqsədi ilə olarsa, əxlaq cəhətindən məzəmmət olunur və yaxşı bir iş sayılmır, əxlaq alimlərini bundan çəkindirmişlər. Lakin əgər bu özünü göstərmək başqalarını harama salmaq məqsədi ilə olarsa, haram da olacaqdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, İstifta
səh:104
Məsələ (Sual) 220: Əgər bir qadın naməhrəmin diqqətini cəlb etmək üçün bir iş görərsə bu iş caizdirmi?
Əgər kişi müəyyən bir iş görsə, yaxud müəyyən bir paltar geyib naməhrəmin diqqətinin cəlb etmək istəsə, bu caizdirmi?
Məkarim: Hər iki halda caiz deyildir: İstifta
Bəhcət: Əxlaq, ehtiyatın xilafınadır. Əgər şəhvətin təhrik olunmasına səbəb olarsa, haramdır. İstifta
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Məsələ 221: Kişilər də qadınları harama salmaq məqsədi ilə özlərini göstərməməlidirlər.
* NƏTİCƏDƏ: Naməhrəm şəxsi harama salmaq məqsədilə xüsusi paltarlar geymək, xüsusi şəkildə danışmaq, baxmaq, yol getmək, naməhrəmin diqqətini cəlb etmək məqsədi ilə şəhvət yaradan rəftarlar göstərmək, sürücülük etmək, yaxud naməhrəmin müqabilində xüsusi şəkildə motosiklet sürmək, zarafat etmək, naməhrəmin qarşısında xüsusi şəkildə idman etmək, onu harama salmaq məqsədi ilə boyunbağı salmaq, yaxud naməhrəmin diqqətini cəlb etmək üçün biləkləri, sinəni açıq qoymaq bütün bunların hamısı və onun oxşarları hamısı haramdır və ondan çəkinmək lazımdır.