Məsələ 272: Haram istifadəsi olan hər bir şeyi hazırlamaq haram istifadə məqsədilə caiz deyildir.
İmam, Bəhcət, Xamenei: İstifta
Sistani: Tovzihul-məsail, 2076-cı məsələdən istifadə etməklə.
Fazil: Tovzihul-məsail, məsələ: 2129.
Məkarim: Tovzihul-məsail, 1762-ci məsələdən istifadə etməklə.
Məsələ 273: Mütrib musiqi çalmaq üçün biabırçı lent yazıları, yaxud digər musiqi vasitələri tədarük görmək caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Təbrizi: Tovzihul-məsail, 2075-ci məsələdən istifadə etməklə.
Sistani: Tovzihul-məsail, 2076-cı məsələdən istifadə etməklə.
Məkarim: Tovzihul-məsail, 1763-cü məsələdən istifadə etməklə.
Təbrizi: Ləhv yönünə malik olan musiqi çalmaq üçün musiqi vasitələri tədarük görmək caiz deyildir. İstifta
Məsələ 274: Maşının gül ilə bəzədilməsi, şəhərin xiyabanlarında siqnal verilməsi əgər naməhrəmin gəlinə, yaxud digər qadınlara və onların bəzənmiş üzlərinə diqqətin cəlb olunmasına səbəb olarsa, yaxud camaatın əzab-əziyyətinə düşməsinə və narahatçılığa səbəb olarsa, haramdır.
səh:125
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta