Məsələ 205: Hər hansı bir şeylə, yaxud hər bir kəslə bədənin hər hansı üzvü ilə olursa olsun, ləzzət və reybə qəsdi ilə təmas tutmaq haramdır. (Həyat yoldaşı istisna olmaqla).
İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim, İstifta
Təbrizi: Əgər bir kəs şəhvət üzündən bir şeyə toxunsa, lakin inzal baş verməzsə, haram yoxdur; əgər inzal baş verərsə, istimna hesab olunur və istimna da haramdır. Əgər bir şəxsi şəhvət üzündən ləms edərsə, istər qadın, istərsə də kişi; istər həddi-büluğa çatsın, istərsə də çatmasın, haramdır, hətta inzal baş verməsə də. Əlbəttə, həyat yoldaşı istisna olunur. İstifta
* NƏTİCƏDƏ:
Şəhvətlə hər hansı bir şeyi yemək, hər hansı bir şeyə, yaxud bir kəsə (şəhvətlə) əl vurmaq, yaxud hər hansı bir şeyi (şəhvətlə) öpmək, yaxud hər hansı bir səsə (şəhvətlə) qulaq asmaq – istər insan səsi olsun, istərsə də başqa bir şey – hər hansı bir sözü bir kəsə (şəhvətlə) demək, hətta uşaqlara belə, bir sözlə, hər bir iş ləzzət, reybə və şəhvət qəsdi ilə olsa haramdır.
Məsələ (Sual) 206: Mərhum İmamın və şəhidlərin şəkillərini öpmək biz qadınlar üçün bizə naməhrəm olduğuna görə işkalı varmı?
Xamenei: Ümumi şəkildə bir şəxsin şəkli onun özünün hökmündə deyil. Buna görə də şəkli ehtiram və təbərrük, eləcə də məhəbbət göstərmək məqsədilə öpmək reybə qəsdi ilə və günaha düşmə qorxusu olmadan baş verərsə, qorxusu yoxdur.
Əcvibətul-istiftaat, 2-ci ci cild, sual106