Məsələ 334: Qadınlar üçün toy məclislərində əl çalmağın işkalı yoxdur.
İmam, Təbrizi, Məkarim: İstifta.
İmam: İstifta, Əhkami banovan kitabı, Sual: 24, səh.28.
Təbrizi: Siratun-nəcat, Sual: 1020.
Bəhcət: Şənlik mərasimlərində və çıxışlarda, ayrı-ayrı şəxsləri təklif etmək məqsədilə və ləhv həddinə çatmamaq şərtilə, eybi yoxdur. Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 30.
Xamenei və Sistani: Adi qaydada olan əl çalmağın öz-özlüyündə, hətta əgər naməhrəm onun səsini eşitsə də, eybi yoxdur
Xamenei: Əcvibətül-İstiftaat, Sual: 100.
Sistani: İstifta.
Fazil: Bayram şənliklərində və toyda əl çalmağın – öz-özlüyündə əgər haram işlə yanaşı olmazsa – işkalı yoxdur, bu şərtlə ki, məsciddə, yaxud Hüseyniyyədə olmasın. Camiul-məsail, 1-ci cild, Sual: 1734.
Məsələ (Sual) 335: Toy məclislərində uşaqların oynamalarının və qadınların əl çalmalarının hökmü nədir?
Cavab: Uşaqların təklifi yoxdur və qadınların toy məclisində əl çalmasının işkalı yoxdur.
İmam və Məkarim: İstifta.
Fazil: Camiul-məsail, 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.
Bəhcət: Uşaqların təklifi yoxdur, əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir. İstifta.
Xamenei və Sistani: Adi və normal halda əl çalmağın öz-özlüyündə işkalı yoxdur, hətta əgər naməhrəm onların səsini eşitsə belə.
Fazil: Bayram şənliklərində və toy mərasimlərində əl çalmaq haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur, bu şərtlə ki, məsciddə və ya Hüseyniyyədə olmasın.
Məsələ 336: Ləhv və ləib olan toy məclislərində qalmaq caiz deyildir.
səh:150
İmam, Xamenei, Məkarim: İstifta.
Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 990.
Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasındadırsa, orada qalmaq caiz deyildir.
Təbrizi: Əgər haram işə səbəb olmazsa, işkalı yoxdur. Siratun-nəcat, 1020-ci sual.
Xamenei və Sistani: Əvvəlki sualın cavabından bu məsələ də aydın olur. İstifta.
* NƏTİCƏDƏ: Əgər bir qadın toy məclisində başqa qadınların oynadığını görsə, yaxud kişilərin naməhrəmlərlə qarışdığını görsə, yaxud naməhrəmin qarşısında mütrib musiqinin çalındığını görsə, əvvəlcə onları nəhy əz münkər etməli və təsir qoyacağına ümidvar olmadığı halda məclisi tərk etməlidir.
Məsələ (Sual) 337: Saz, təbil, rəqs, xanəndəlik olan toy məclislərində – bir-birilə qohumluq və beləliklə də bu işə məcbur olmaq bəhanəsilə iştirak etmək caizdirmi?
Cavab: Ləhv və ləib məclisində olmaq və iştirak etmək haramdır və qohumluq əlaqələri buna əsas ola bilməz.
İmam, Xamenei və Məkarim: İstifta.
Fazil: Camiul-məsail, 1-ci cild, 990-cı sualdan istifadə etməklə.
Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasına bağlıdırsa, orada qalmaq caiz deyildir. İstifta.
Məsələ (Sual) 338: Toy məclisində nağara (dəf) çalmağın hökmü nədir?
Cavab: İşkallıdır.
İmam: Əhkami banovan kitabının istiftası, Sual: 41, səh.32.
Xamenei və Fazil: Əgər mütrib şəkildə vurulsa, caiz deyil. İstifta.
Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan bütün ahənglər və səslər haram, ondan başqaları halaldır. Onun ayırd edilməsi də ürf əhlinə həvalə edilir.
İstifta.
Məsələ 339: Qadınların məclisində mütrib musiqili lent yazılarından istifadə etmək caiz deyildir və bundan çəkinmək lazımdır.
səh:151
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta
Məsələ 340. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər.
İmam, Fazil və Məkarim, Ürvə, sətr və satir, birinci məsələdən əvvəl və beşinci məsələ.
İmam Əhkami banovan kitabından istifadə etməklə, səh.11.
Bəhcət Tovzihul-Məsail, 1937-ci məsələdən istifadə etməklə.
Təbrizi: Siratun-Nəcat, 1485-1486 və 882-883-cü suallardan istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: Tovzihul-məsail,. 2444-cü məsələdən istifadə etməklə. Minhacus-Salehin, Nikah, məsələ: 18.
* NƏTİCƏDƏ: Əgər kürəkən qadınların yığıncağına daxil olsa üzünü və əllərini zinətləndirən qadınlar bütün bədənlərini, o cümlədən üzlərini və əllərini ondan örtməlidirlər. Hətta kürəkən bir neçə anlığa, misal üçün gəlinə üzük taxmaq, yaxud şəkil çəkdirmək və s. üçün qadınların yığıncağına daxil olmuş olsa belə. Hər bir halda üstün nəzər qadınlar məclisinə hər növ naməhrəmin daxil olmasını tərk etməkdir.
Məsələ 341: Naməhrəmə özünü göstərmək üçün qadınların zinətlənməsi, bəzənməsi caiz deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, Sistani İstifta.
Sual 342: Qadınların özlərini naməhrəmə göstərəcəyini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hökmü nədir.
Cavab: Əgər onu naməhrəmə göstərmək məqsədi ilə günaha kömək etmək və haramdır lakin əgər qəsdi olmadan sadəcə bilirsə eybi yoxdur.
İmam, Sistani, Fazil, Məkarim İstifta.
Xamenei və Bəhcət: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi varsa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.
İstifta.
Məsələ 343: Naməhrəm kişi gəlin və bəyin, yaxud başqa qadınları videoya, yaxud şəkilini çəkməməlidir hətta əgər onun
səh:152
yaxın qohumlarından olsa da belə (əlbəttə, əgər qadınlar kamil hicaba riayət etməmişlərsə).
İmam, Fazil, Məkarim Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq və 5-ci məsələdən istifadə etməklə.
İmam, Xamenei İstifta.
Təbrizi, Siratun-Nəcat, 1488-86, 882-83 cü suallarda istifadə etməklə.
Sistani Tovzihul-Məsail, 2444-cü məsələdən istifadə etməklə; Minhacus-salihin, Nikah, məsələ: 18.
Məsələ 344: Qadın kifayət qədər örpəyə malik olmadığı halda kürəkənin, yaxud naməhrəm şəxslərin olduğu bir yerdə video və ya şəkil çəkmək çaiz deyildir.
İmam, Məkarim İstifta .
Fazil: Əgər naməhrəmin gözü ona düşəcəksə caiz deyildir. İstifta.
Məsələ 345: Əgər bir qadın kamil hicabsız şəkildə şəkil çəkdirdiyi halda onun şəkli qohum-əqrəbasının arasında paylanacağını və naməhrəmin onu görəcəyini də bilirsə, hicabsız şəkil çəkdirməsi caiz deyildir.
İmam, Bəhcət İstifta.
Fazil: Onun yayılmasına icazə verməsinlər əgər bunun ardınca günah və fəsad gələrsə caiz deyildir. İstifta.
Məkarim: O öz şəkilini başqalarının ixtiyarında qoymazsa haram bir işə mürtəkib olmamışdır. İstifta.
* Nəticədə: Misal üçün, gəlin kamil hicaba riayət etmədiyi halda şəkil çəkdirdikdə onun şəkilinin naməhrəm qohumlarının əlinə düşəcəyini bilirsə gərək şəkil çəkdirməsin. Hətta şəkil çəkən şəxs qadın və gəlinə məhrəm olan kişi olarsa belə.
Məsələ (Sual) 346: Toy məclislərində adətən şəkil, yaxud video qadınların vasitəsi ilə çəkilir lakin şəkilin çıxarılmasında, yaxud başqa işlərdə mümkündür ki, naməhrəm də onu görsün. Gəlinin bəzənməsinə və lazımi qədər hicabı olmadığına diqqət yetirməklə bu filmlərin və şəkillərin hökmü nədir?
Cavab: Əgər naməhrəm qadınları tanıyırsa onları görmək onun üçün caiz deyildir və bundan qeyri hallarda əgər ləzzət və reybə qəsdi olmazsa işkalı yoxdur.
səh:153
İmam İstifta Əhkami banovan kitabında 44-45-ci suallardan istifadə etməklə s. 33.
Təbrizi, Siratun-Nəcat, 876-cı sualdan istifadə etməklə.
Bəhcət və Xamenei İstifta.
Fazil, Cameul-Məsail, 1-ci cild, 1728 və 1732-ci suallardan istifadə etməklə.
Sistani və Məkarim: Əgər qadınlar mübtəzəl qadınlardan olmazsa: bəd hicab, yaxud hicabsız qadınlardır ki, onlara hicab örtməyi əmr etdikdə etina etmirlər istər müsəlman olsunlar istərsə də yox; və kişi də onu tanıyırsa ehtiyat-vacibə görə o şəkilə, yaxud videoya baxmamalıdır .Bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. Minhacus-Salehin məsələ 27.
* NƏTİCƏDƏ: Əgər naməhrəm şəxs qadınları tanımazsa, yaxud qadınlar mübtəzəl qadınlardan olsa onların şəkillərinə və videolarına ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur.
Məkarim: Əgər qadın şəri hicabı qorumağa özünü iltizamlı bilirsə naməhrəmin onun şəkilinə, yaxud videosuna baxmasının işkalı vardır. Amma əgər onu tanımazsa və baxmağın ardınca da heç bir fəsad gəlməzsə bu hal istisna olunur.
Tovzihul-məsail, 2087-ci məsələdən istifadə etməklə.
* NƏTİCƏDƏ: Ya naməhrəm kişi qadını tanıyır ya da tanımır. Əgər onu tanımırsa onun şəkilinə və videosuna ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur və əgər onu tanıyırsa bu halda əgər qadın islam hicabını qorumağa iltizamlıdırsa onun şəkilinə, yaxud videosuna baxmaq kifayət qədər hicabı olmadığı halda caiz deyildir. Əgər hicabı qorumağa iltizamli deyilsə bu halda kişi onu tanısada lakin onun şəkilə və videoya baxması ləzzət və reybə qəsdi ilə olmazsa işkalı yoxdur.