Ərlə arvadın hər birinin barəsində təhqiqat aparmaq ya birbaşa sürətdə baş verir, ya da müəyyən yollarla. Birbaşa dedikdə məqsəd budur ki, ər və arvaddan hər biri başqasının barəsinə birbaşa təhqiqat aparır. Birbaşa olmayan təhqiqat dedikdə məqsəd budur ki, insan (gələcək) həyat yoldaşı barədə başqa şəxslərin, misal üçün, dostu, qohumu, qonşusu, həmkarı və s. vasitəsi ilə təhqiqat aparsın.
Məsələ 226: Ər-arvadın hər birinin barəsində təhqiqat aparmaq hər bir şəxs tərəfindən olsa belə, caizdir. Hətta onun özündə və ya ailəsində müəyyən eyiblərin aşkar olmasına səbəb olsa belə.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Məsələ 227: Əgər ərlə arvadın hər biri, yaxud onların ailəsi barəsində eyblərin təhqiq olunması evlənmədə rol oynayırsa, eybi yoxdur və haram olan casusluq hökmünə malik deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta
* NƏTİCƏDƏ: İnsan yalnız o eybləri axtara bilər ki, evlənməyə və tərəflərdən hər birinin tanınmasına aiddir. Bundan başqa surətlərdə evlənmək bəhanəsi ilə şəxslərin həyatı barəsində casusluq edə bilməz.
Məsələ 228: Ərlə arvadın hər biri digəri barəsində birbaşa olaraq təhqiqat apara bilər, bu şərtlə ki, bu təhqiqat haram işə səbəb olmasın.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim, İstifta
* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə söhbət etməsi, yaxud qapalı bir mühitdə xəlvət yerdə olmaları, yaxud ləzzət qəsdi ilə bir-birinə baxmaları və yaxud bir-birinə toxunmaları haramdır və bu işlərdən çəkinmələri lazımdır.
Məsələ 229: Ərlə arvadın hər biri aşağıdakı şərtlərlə digəri barəsində təhqiq apara bilər:
1-Baxış ləzzət və reybə qəsdə ilə olmasın;
səh:108
2-İzdivac bu baxışa bağlı olsun;
3-Bu iki şəxsin evlənməsinə heç bir maneə olmasın.
İmam və Fazil Ürvə, Nikah, məsələ: 26
İmam Təhrirül-vəsilə, nikah, məsələ 28 və: İstifta
Xamenei: İstifta
Bəhcət: Əksinə, əgər belə bir baxış əqddən sonra yarana biləcək çəkişmələrin qarşısını almaq məqsədilə həm də müstəhəbbdir, bunun caizliyinə qadının icazəsi lazım deyildir, həmçinin qadın da evlənmək ərə getmək istədiyi kişinin qeyd olunan şərtlərlə bədəninə baxa bilər. Tovzihul-məsail məsələ 1944 və İstifta
Sistani: Evlənmək məqsədilə naməhrəmə baxmağın şərtləri aşağıdakılardır:
1-İzdivac bu baxışa bağlı olsun;
2-O iki şəxsin izdivacına heç bir maneə olmasın;
3-Onun halı barədə əvvəlcədən məlumatlı fərd olmasın.
4-Qarşı tərəfin qəbul etməsinə ehtimal versin.
5-Həmin şəxslə izdivac etmək istəsin, nəinki, hansı ilə evlənməsini təyin etmək üçün bir neçə nəfərə baxsın.
Minhacüs-salehin, Nikah, məsələ: 28
Məkarim: Yalnız qadının üzünə, əllərinə, saçlarına, boynuna və bunların ətrafından bir miqdara, yaxud libas üzrindən bədənin həcminə baxa bilər. Ürvə, Nikah, məsələ:26