Məsələ 232: Bu baxmaq ər-arvadın əncam verdiyi axırıncı təhqiqat olmalıdır.
İmam, Fazil, Məkarim, Ürvə, nikah, 26-cı məsələdən istifadə etməklə
Bəhcət: Tovzihul-Məsail, 1944-cü məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
İzah: Ərlə arvadın hər biri gərək (digəri barəsində) sair təhqiqatların hamısını aparmış olsunlar və əqd yalnız bu baxışa bağlı olsun: əgər bəyənmiş olsalar əqd baş versin.
Məsələ 233: Əgər əqd bu baxışa bağlı olmazsa, yaxud necə olmasının insan üçün fərqi olamazsa, yaxud da naməlum bir şey mövcud olmazsa onun bədəninə baxa bilməz.
İmam, Fazil, Məkarim, Ürvə, nikah, 26-cı məsələdən istifadə etməklə
İmam Təhrir Nikah, məsələ: 28
Bəhcət Tovzihul-məsail 1944-cü məsələdən istifadə etməklə
Xamenei: İstifta
Sistani: Əgər heç bir naməlum şey (məlumatsızlıq) mövcud olmazsa və şəxs əvvəlcədən başqasının halından agah olarsa, üzü və əllərindən başqa yerə baxması caiz deyildir. Minhacüs-salehin, məsələ 28