[1] Müqəddəs İslam şəriətində mövcud olan hökmlər:
1. Vacib: İslami nöqteyi-nəzərdən görülməsi gərəkli olan işdir ki, tərk olunması ilahi əzaba səbəb olur.
2. Haram: İslam baxımından görülməsi qadağan olan işdir ki, mürtəkib olunması ilahi əzaba səbəb olur.
3. Müstəhəb: Görüldükdə savabı olan, görülmədikdə əzabı olmayan işdir.
4. Məkruh: Görülməsi qadağan olunmayan, lakin görülməməsi şəri baxımdan daha yaxşı olan işdir.
5. Mübah: Şəri baxımdan yaxşı və ya pis olmayan və yuxarıda qeyd olunmuş dörd qism işlərdən başqa bir işdir.
Ehtiyat-vacib: O əməldir ki, ehtiyata müvafiqdir, amma fəqih onunla yanaşı fətva verməyibdir. Belə olan hallarda müqəllid sonrakı rütbədə gələn müctehidin fətvasına əməl edə bilər.
Ehtiyat-müstəhəb:
Ehtiyat-lazım: –O ehtiyatdır ki, müctehid ona riayət etməyi əqli dəlillər vasitəsi ilə isbat etmişdir.
Əzhər – Daha açıq-aydın olan fətvadır ki, mükəlləf ona müvafiq olaraq əməl etməlidir.
Vacibi-təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir.
Vacibi-eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc kimi).
[2] Müctehid:
Camiuş-şərait müctehid: mərcəyi-təqlidlik məqamı üçün lazım olan bütün şərtlərə malik olan şəxs.
[3] Şəri suallara cavab verilən yer.
[4] Zimmə əhli: İslam dövlətinin himayəsində yaşayıb onun qanunlarına itaət edən kitab əhli.
[5] Məhəlli-işkal: İşkalı var, onun səhih olması şübhəlidir. (Müqəllid bu kimi məsələlərdə başqa müctehidə müraciət edə bilər.)
[6] Müstəhcən: biabırçı, utandırıcı
[7] Ləhv: puç, faydasız, oynadıcı, batil işlər.
Mütrib və ləhvi musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Allahdan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaşdırır, onu açıq-saçıqlılığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edilməsində meyar, camaatın nəzəridir
[8] Hərəc: Çətinlik, məşəqqət
[9] Əhvət–ehtiyata müvafiq olan
səh:161
Əqva – bir məsələ barəsində güclü ehtimal verilən aşkar fətvadır ki, ona müvafiq əməl etmək lazımdır.
[10] Məhəlli təəmmül – Ehtiyat olunmalıdır. (Müqəllid belə məsələlərdə başqa müctehidə müraciət edə bilər.)
[11] Satir: Ovrəteyni örtə biləcək miqdarda paltar və s.
[12] Külli: Xarici nümunəsi konkret şəkildə təyin olunmayan pul və s.
[13] Təzir: Şəriətdə müəyyən günah əməllər üçün təyin olunan cəzalara nisbətən şəriət hakiminin məsləhət gördüyü miqdarda verilən cəzadır ki, onun miqdarı şəri cəzalardan az və yüngüldür.
[14] Əmr be məruf – İnsanları vacib, yaxşı və bəyənilən işlərə dəvət etmək.
Nəhy əz münkər–İnsanları pis, yaramaz, haram və günah əməllərdən çəkindirmək.
[15] Hibə: əvəzsiz və ya əvəz almaqla başqasına verilən mal (birinciyə hibeyi-bila əvəz, ikinciyə isə hibeyi müəvvəzə deylir.)
[16] Təəllüq: Aid və bağlı olma.
[17] Ləib: Ləhv ilə təqribən eyni mənanı daşıyır: puç, faydasız, oynadıcı, batil işlər.
[18] Mütrib – O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.
[19] Tərci – Səsin boğaza salınması ilə olan səs.