Ayətullah Məhəmməd Sadiq Nəcminin həyati

İşarə

Ayətullah Məhəmməd Sadiq Nəcmi 1315-ci şəmsi ilində Horis kəndində dünyaya göz açmışdır. Atası Hacı Mirzə Əhməd ağa Horisi və onun babaları camaat arasında sayılan ruhani alimlərdən olmuşlar. Anası, “Kuh kəmər” vilayətinin seyyidlərindən olan Həzrət Ayətullah Əl-uzma Höccətin əmisi Hacı Miri Ağanın qızıdır.

Ayətullah Məhəmməd Sadiq Nəcmi ibtidai-orta dini təhsili atasından öyrəndikdən sonra on beş yaşında, Təbriz şəhərinin “Talibiyyə” mədrəsəsinə daxil olmuşdur. Bir ildən sonra 1332-ci şəmsi ilinin yay fəslinin axırlarında təhsilini davam etdirmək üçün “Qum” şəhərinin “Feyziyyə” mədrəsəsinə qəbul olmuş və bundan sonra bu şəhərdə yaşamağa başlamışdır. O, Qum şəhərində 30 illik yaşadığı dövrdə Ayətullah Meşkini, Ayətullah Sultani Təbətəbai, Ayətullah Əllamə Təbatəbai, Ayətullah Gülpayqani, Ayətullah Həsənzadə Amoli, Ayətullah imam Xomeyni (rəhmətullahi ələyh) və s. kimi böyük və tanınmış şəxsiyyətlərdən dərs almışdır.

Ayətullah Məhəmməd Sadiq Nəcmi ildə bir neçə ay Məşhəd şəhərinə səfər etmiş və oranın alimlərindən bəhrələnmişdir. Bu şəhərdə ikən Ayətullah Milani onun üçün elm və əxlaq baxımından nümunə sayılmışdır. Uzun müddət apardığı

mütaliərindən sonra “Səhiheynə bir baxış” adlı kitabının müqəddiməsini səkkizinci imam Həzrət Əli ibn Musa Ər-Rzanın (ə) qəbrinin kənarında yazmağa başlamışdır.

Ayətullah Məhəmməd Sadiq Nəcminin əhli-sünnə mənbələrində apardığı araşdırmalar onun “Səhihi-Buxari” və “Səhihi-Müslim” kitablarından götürdüyü bir çox qeydlərin toplanılmasına səbəb oldu. Onun doğma kəndində Ayətullah Əmini ilə görüşü bir çox suallara cavab tapmaq üçün münasib fürsət idi. Ayətullah Əllamə Əmini Məhəmməd Sadiq Nəcminin pərakəndə şəkildə topladığı qeydləri görəndən sonra onu həmin mövzuda kitab yazmağa həvəsləndirdi. Əllamə Əmininin göstərişləri “Səhiheynə bir baxış” adlı kitabın yazılmasına səbəb oldu. Bu kitab yazılandan sonra 1353-cü şəmsi ilində bir çox böyük alimlər Ayətullah Məhəmməd Sadiq Nəcminin bu işini yüksək qiymətləndirib ona təşəkkür etmişlər. Belə alimlərdən biri də Ayətullah Əllamə Əsgəridir.

Qeyd etmək lazımdır ki, Ayətullah Məhəmməd Sadiq Nəcmi Əllamə Əsgərinin “Əbdullah ibn Səba”, “Aişə Əlinin (ə) dövründə” adlı kitablarını ərəb dilindən fars dilinə tərcümə etmişdir.

İran İslam inqilabından sonra 1357-ci şəmsi ilində Ayətullah Nəcmi İmam Xomeyni (rəhmətullahi ələyh) tərəfindən “Xoy” vilayətinin imam-cüməsi təyin edildi. Bu müddət ərzində imam-cümə vəzifəsində çalışmasına baxmayaraq Ayətullah Nəcmi Xoy vilayətində Azad İslam Universitetini təsis etdi. Hal-hazırda da bu universitet İran İslam Respublikasının seçilmiş elm ocaqlarından biri sayılır. Bütün bunlara baxmayaraq, Ayətullah Məhəmməd Sadiq Nəcmi öz elmi araşdırmalarını dayandırmamışdır. O, bu müddət ərzində “İmam Hüseynin (ə) Mədinədən Kərbəlaya kimi söhbətləri”, “Bir elmi mübahisə”, “İmamların Bəqidə olan qəbirlərinin

tarixi” adlı kitablarını yazmışdır.

Ayətullah Məhəmməd Sadiq Nəcminin qələmə aldığı və tərcümə etdiyi kitablar aşağıdakılardan ibarətdir:

1. Həcc və ziyarətə aid məsələlər;

2. Vəhhabiliklə tanışlıq;

3. Quran tarixi;

4. Hədis tarixi;

5. Quranla tanışlıq;

6. Aişə Həzrət Əlinin (ə) dövründə;

7. Abdullah ibn Səba kitabının tərcüməsi (2-3-cü cildlər);

8. Quranın ümumi məsələlərdə və müxtəlif elmlərdə bəyanları (1-2-ci cild);

Ön Söz

Həmd və səna olsun uca Allaha ki bəndələrinə sonsuz nemətlər bəxş etmişdir. Allahın salavat və salamı olsun Peyğəmbərimiz Həzrət Məhəmmədə (s) , onun Əhli-beytinə və onlara iman gətirib, kömək edən səhabələrə.

Hörmətli oxucular!

Qarşınızda olan “Buxari və Müslimün səhihlərinə bir baxış” adlı bu kitab 30 ildən çoxdur ki, yazılmışdır. Bu kitabın ikinci cildi İran İslam inqilabı ilə bir vaxta təsadüf edir. Təzə qurulmuş bu hökumətdə, İslam inqilabının çiçəklənməsi əhəmiyyət kəsb etdiyi üçün, üzərimizə qoyulmuş iyirmi illik imam-cüməlik vəzifəsi, bu kitabın üçüncü cildinin yazılmasını müvəqqəti olaraq təxirə saldı. Lakin, bu illər ərzində bu kitab üç dəfə müxtəlif dillərə tərcümə olunmuşdur.

Birinci tərcümə 1987-ci ildə “Təəmmulatun fis-səhiheyn” adı ilə Beyrut şəhərində ərəb dilinə, ikinci tərcümə 1998-ci ildə “Əzvaun ələs-səhiheyn” adı ilə İranda ərəb dilinə, üçüncü tərcümə son illərdə (2005-ci ildə) Ordu dilinə “Səhiheyn kaik mütaliə” İranda çap olunmuşdur.

Qarşınızda olan bu kitabın 1-ci cildi Allahın lütfü ilə İmam Xomeyni mədrəsəsinin azəri tələbələrindən biri olan

Rəşad Vahid oğlu Əkbərov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Allah-təaladan arzu edirik ki, onun elm aləminə etdiyi xidməti qəbul olunsun, Rəbbimiz bu kitabın ikinci cildinin də tərcümə olmasında ona yardım etsin. Ona elm və təhsildə müvəffəqiyyətlər və apardığı təhqiqat işlərində uğurlar arzulayırıq.

“Qum Elmiyyə Hövzəsi”

Ayətullah Məhəmməd Sadiq Nəcmi

1385-ci şəmsi ilinin dey ayı – 2007-cı miladi ilinin yanvar ayı.                                        

Müqəddimə

{وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَی أَعْقَابِکُمْ وَمَن یَنقَلِبْ عَلَیَ عَقِبَیْه ِفَلَن یَضُرَّ اللّهَ شَیْئًا وَسَیَجْزِی اللّهُ الشَّاکِرِینَ}

_“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir Zər`ər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.”

_(1)

{وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا}

_“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” _

(2)

{وَمَا یَنطِقُ عَنِ الْهَوَی إِنْ هُوَ إِلَّا وَحْیٌ یُوحَی}

_O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. _(3)

İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) vəfat etdiyi zaman öz ümmətinin arasında iki böyük və çiyin sındıran, ağır yük, əmanət qoymuşdur. Onlardan birincisi – Quran (Allahın

1- [1] . Ali İmran surəsi 144-cü ayə.

2- [2] . Həşr surəsi ayə-7.

3- [3] . Nəcm surəsi ayə-3 və 4.

müqəddəs kitabı) və ikincisi isə - Əhli-beyt (ələyhumus-səlam) (Peyğəmbərimizin (s) övladlarıdır.) Öz ümmətinə əmr etmişdir ki, onlara itaət etsinlər və heç vaxt onlardan ayrılmasınlar.(1)

İslam Peyğəmbəri (s) öz həyatı zamanı Qurani-Kərimin həqiqətini, onun düyünlü və ağır olan mətləblərini ümmətinə çatdırmaq vəzifəsini öz öhdəsinə götürmüşdür. Buna görə də Qurani-Kərimin ağır və düyünlü mətləbləri hədis şəklində açıqlanmışdır. Bütün İslam elmlərini - əqidələr, maarif və əhkam – öz ümmətinə və ardıcıllarına müxtəlif yollarla başa salmışdır. Həzrət Məhəmməd (s) hədis söyləmək barədə belə buyurur: “Allah mənim sözlərimi eşidən, başa düşən və başqalarına çatdıran bəndəni sevindirsin. Nə çoxdur o kəslər ki elmi özlərindən savadlılara və başa düşənlərə nəql edirlər”.(2)

İndi isə İslam ümmətinin Peyğəmbərin (s) vəfatından sonra Quran və Əhli-beytlə (ələyhumus-səlam) necə rəftar etdiklərinə, o Həzrətin buyurduğu hədislər qarşısında törətdikləri cinayətlərə diqqət yetirək.

Onlar Peyğəmbər ailəsini (səlamullahi ələyhim əcməin) cəmiyyət arasından uzaqlaşdıraraq ev dustağı etmişlər. Onlarla etdikləri bu rəftarı açıqlamağa insan dili acizdir.(3)

1- [1] . Müraciət edin: Musnədi Əhməd ibn Hənbəl 3-cü cild; s - 9,14,16,17,26 və 5-ci cild; səh. 182. Səhihi Məhəmməd ibn Termizi “Fəzilətlər” mövzusu.

2- [2] . Həmin mənbə 1-ci cild,/səh. 14 və 125 “Elmin fəzilətləri” mövzusu, “Peyğəmbərdən hədislərin çatdırılması + Əllamə Məhəmməd Baqir Məclisi- “Biharul Ənvar” 1-ci cild,/səh. 109-112.

3- [3] . Daha yaxşı olar ki, o dövrün ağır vəziyyətini iki böyük və şəxsiyyətli səhabələrdən sayılan Salman Farsi və Əbuzər Qəffarinin dilindən eşidək. Salman Farsi deyir:-“Ləyaqətsiz əməlinizin nəticəsində (xilafəti qəsb etmək) heyrətə düşdünüz və hidayət mənbəyindən uzaqlaşdınız.” – İbn Əbil Hədid- “Nəhcül-bəlağənin şərhi”, Qahirə çapı, Məhəmməd Əbul Fəzl İbrahimin yazısı 2-ci cild;/səh. 46 və 6-cı cild,/ səh. 17 Yenə də belə buyurmuşdur:- “Xilafəti qəsb etməklə pis iş gördünüz. Əgər bunlar Əlilə (ə) beyət etsəydilər, yerin və göyün nemətləri içində həmişə qərq olardılar. Əbuzər deyir:-“Əgər Allah üstün tutduğu şəxsi üstün tutub, kənara qoyduğu şəxsi kənara qoysaydınız və Peyğəmbərin (s) ailəsinin vilayətə daha layiqli olmasını etiraf etsəydiniz, həmişə Allahın nemətləri içində qərq olardınız. Lakin indi ..... Belə etdiniz, öz əməllərinizin nəticəsini dadın. وسیعلم الذین ظلموا ای منقلب ینقلبون

İslamın həqiqi və düzgün qoruyucularını müxtəlif hiylələrlə cəmiyyətdən uzaqlaşdırmaqla xilafəti ələ keçirdilər, Quranla onun mənalarını açıqlayan hədislər arasında ayrılıq salmaq və Allahın kitabını öz istəkləri üzərində təfsir etməklə mənalarını dəyişmək imkanını əldə etdilər.

“Peyğəmbər (s) sünnəsi” adlanan İslam rəhbərinin buyurduğu bu hədislər, xəlifələrin irəli sürdükləri siyasətlərin yolu üzərində olan birinci maneə idi. Daha doğrusu “sünnə”, müxalif qüvvələrin apardığı siyasi müharibənin qalibi sayılırdı. Buna görə də hakimiyyəti ələ keçirənlər birinci çıxış yolunu bu ağır siyasi müharibədə güclü olan müxaliflərini tərki-silah etməkdə gördülər.

Əvvəlcə Əbu Bəkr bu silahı özününkiləşdirdi. Bu yolla Peyğəmbərdən (s) buyurulan 500 hədisi yığıb topladı. Lakin, bir müddətdən sonra bu hədislərdən faydalanmayacağını başa düşdü. Çünki, bu hədisləri özününkiləşdirməsi mümkün deyildir. Nəticədə bütün toplanılmış hədisləri oda ataraq yandırdı.(1)

Şübhəsiz ki, o vaxt heç bir kəsi hədis yazmaqdan və söyləməkdən çəkindirmək mümkün deyildi. O cümlədən, ancaq Əbu Bəkrin yığdığı hədislərdən istifadə etməyi də heç kəsə məcbur etmək mümkün deyildi. Buna görə də çarənin Peyğəmbərin (s) hədislərinin nəql olunması və yazılmasının mütləq şəkildə qadağan edilməsində gördü ki, camaatın əli bu güclü silaha çatmasın. Buna görə də xəlifə, Peyğəmbərin (s)

1- [1] . Şəmsəddin Zəhəbi -“Təzkirətul-hifaz” kitabı 1-ci cild,/səh. 5.

hədislərini nəql etməyi müsəlmanlara qadağan etdi və əmr etdi: “Peyğəmbərdən hədis nəql etməyin və Qurana məşğul olun.”(1)

Bəli, təkcə Qurana! Çünki, Qurani-Kərimi Peyğəmbərin (s) hədisləri olmadan istənilən şəkildə məna etmək olar.

Əbu Bəkr vəfat edərək öz vəsiyyətnaməsində xilafəti Ömərə verdi.(2) Təbiidir ki, bir çox müsəlmanlar xəlifənin əmrindən çıxmadılar. Onlar Peyğəmbərin (s) hədislərini daha yazmadılar.

Ömər də, öz hökuməti dövründə Əbu Bəkrin bu siyasətini daha da şiddətlə davam etdirdi. Bir dəfə öz xilafəti dövründə Peyğəmbərin (s) hədislərinin yazılıb nəql olunması məsələsinin azad şəkildə davam etdirilməsi barədə camaatla məsləhətləşdi. Bu işin müsəlmanlar üçün gərəkli olduğunu elan etdi. Bir ay fikirləşdikdən sonra xüsusi zirəkliyi ilə bu əməlin çıxış yolunu tapdı və camaat arasında elan etdi: “Mən Peyğəmbərin (s) sünnələrini yazmaq istəyirdim. Lakin, keçmiş ümmətləri yada saldım. Onlar bəzi kitabları yazmaqla İlahi kitablardan uzaqlaşdılar. Buna görə də mən heç vaxt Allahın kitabını (Quranı) başqa bir şeylə bir yerdə qarışdırmaram.”(3)

Ömər, Peyğəmbərin (s) səhabələrini tapşırıq dalınca göndərən zaman onlara hədis söyləməməyə və camaatı Qurandan uzaqlaşdırmamağa əmr edərdi. Onun əmrinə tabe olmayan hər kəsdən xəbər tutardısa, dərhal onu Mədinəyə qaytarıb öz nəzəri altında saxlayardı.(4) Həmçinin, camaat içində topladığı hədisləri də yandırdı.

Ömərin xilafəti dövrü də belə keçdi. Osman əvvəlcədən

1- [1] . həmin mənbə 1-ci cild, səh. 7, 8, 13

2- [2] . Əli ibn Əbu Talib (ə) - “Nəhcül-bəlağə” “Şiqşiqiyyə xütbəsi” مضی الاول لسبیله فادلی بهاالی فلان بعده حتی

3- [3] . Katibul Vaqidi-Məhəmməd ibn Səd “Ət-təbəqatul-Kubra” 3-cü cild, səh. 206; İbn Abdul Birr “Cameu bəyanil elmi və fəzlih”1-ci cild, səh. 64-65.

4- [4] . Bu məsələni “Hədisin tarixi” kitabında geniş gətirmişik

planlaşdırılmış şəkildə xilafətə sahib çıxdı.(1) Osmanın zamanında, xilafət və hökumət hədis nəqlinin əleyhinə daha da amansız oldu. Ömər öz zamanında Peyğəmbərin (s) səhabələrinə əziyyət edib onları Mədinəyə gətirməklə öz nəzarəti altında saxlayırdısa və onların yazdıqları hədisləri yandırırdısa, Osman bu əməlin qarşısını almaq üçün Peyğəmbərin (s) tanınmış səhabələrinə işgəncə verərək, onları sürgün edərdi. Belə ki, Əbuzəri Mədinədən Şam şəhərinə, oradan isə Mədinəyə və Mədinədən isə Rəbəzəyə qızmar və kimsəsiz səhraya sürgün etdi. Bununla da Peyğəmbərin (s) əziz köməkçisi isti səhrada, qürbət yerdə öz canını tapşırdı. Həmçinin Peyğəmbərin (s) başqa səhabəsi sayılan Əmmar Yasiri elə döydürmüşdü ki, vurulan zərbələrin ağrısından bihuş olaraq yerə yıxılmışdı.(2)

İyirmi beş il üç xəlifənin hökuməti zamanı Peyğəmbərin (s) səhabələri, tabeinlər və başqaları bu acınacaqlı və çətin həyatı yaşadılar. Axırda çarəsiz qalmış bu ümmət qiyam edərək Osmanın xilafətini devirdi və onu öldürdülər. Sonra Əliyə (ə) tərəf üz çevirdilər. Onu çox təkidlə xilafətə gətirdilər.(3) Əli (ə) hakimiyyətə elə bir zamanda yetişmişdi ki, artıq 30 ildən çox idi ki, müsəlmanlar get-gedə keçmiş xəlifələrin zamanında olan siyasi gedişə adət etmişdilər. Əli (ə) öz zamanının vəziyyətini belə açıqlayır(4):

- “Məndən öncə olan xəlifələr yetərincə Peyğəmbər (s) ilə

1- [1] . Nəhcül-bəlağə “Şiqşiqiyyə xütbəsi” - فسیرهافی حوزه خشناء “Abdullah ibn Səba” kitabında bu hadisəni geniş şəkildə gətirmişik. 1-ci cild, səh. 142-151, ikinci çapa müraciət edin.

2- [2] . Əhməd ibn Yəhya Bilazəri-“İnsabul-əşraf”5-ci cild; səh. 49.

3- [3] . Seyyid Murtəza Əsgəri-“Ummul-möminin Aişənin hədisləri” səh 115.

4- [4] . Burada Əlinin (ə) acı və ağır ürək ağrılarını bəyan etdiyi cümlələri sizə yenə söyləyirik. Əlbəttə hərfi tərcümə ilə yox, o Həzrətin buyurduqlarını nəql edərək məna etmişik. Geniş şəkildə *Məhəmməd ibn Yəqub Kuleyni-”Rovzətul Kafi” 8-ci cild, səh. 61-63.

müxalif olan əməlləri yerinə yetirdilər. O Həzrətin əmrini pozaraq sünnəsini dəyişdilər. İndi isə mən camaatı bu işlərdən çəkindirməklə Peyğəmbərin (s) zamanında olduğu kimi yerinə yetirməyə çağırsam, qoşunlarım mənim ətrafımdan dağılacaq, məni tənha və kimsəsiz qoyacaqlar. Ən azı və çoxu öz tərəfdarlarımla, Peyğəmbər sünnəsi və İlahi kitab yolu ilə mənim vilayətimi qəbul edənlərlə birgə qalacam.”

“Nə fikirləşirsiniz? Əgər əmr etsəm ki;

İbrahimin (ə) məqamını Peyğəmbərin (s) buyurduğu yerə qaytarın;

Fədək bağlarını Fatiməin (s) övladlarına tapşırıram;

Peyğəmbərin (s) bağlanmış əhdi-peyman necə idisə, eləcə yerinə yetirsəm;

Peyğəmbər (s) tərəfindən məsləhət üzündən səlahiyyəti olan şəxslərə verilmiş torpaqları özlərinə qaytarsam;

Xəlifələrin zülmkarcasına çıxardıqları hökmlərə ədalətlə yenidən baxsam;

Zəkatı onun əsil yerlərindən düzgün ölçüdə alsam;

Dəstəmazı, quslu və namazı əvvəlinci şəkildə yerinə yetirilməsinə əmr etsəm;

Öz ərlərindən boşandırılaraq ədalətsizcəsinə başqalarına verilən qadınları öz ərlərinə qaytarsam;

Təbəqə söhbəti ilə bölünən beytul-malı Peyğəmbərin (s) zamanında olduğu kimi bərabər bölsəm və təkcə varlılara qismət olmasına icazə verməsəm;(1)

1- [1] . Ömər, İslam cəmiyyəti arasında beytul-malı bölüşdürməklə təbəqə söhbəti yaratmışdır. Buna görə də müsəlmanlar adlarını siyahıya yazdırmışlar. Hər il bir qrup şəxslərə 5000 dirhəm, bir qrupuna 4000 dirhəm, başqa bir qrupa 3000 dirhəm və başqa bir qrupa 2000 dirhəm, o cümlədən təbəqə söhbəti ilə 1000-500-dən 200 dirhəmə kimi maaş verirdi. Bu səbəbdən İslamda bir tərəfdən şərafətli və qüdrətli təbəqələr, başqa tərəfdən isə kasıb və fəqir təbəqələr meydana gəlmişdi.

Torpaq maliyyəsini ləğv etsəm;(1)

Müsəlmanları evlənməkdə bərabər etsəm;(2)

Xumsu Allah buyurduğu kimi alsam;(3)

Peyğəmbər məscidini əvvəlki vəziyyətinə qaytarsam: O qapılar ki, Peyğəmbərdən (s) sonra məscidə açılmışdı bağlatsam və o qapılar ki Peyğəmbərdən (s) sonra bağlatdırılmışdı açdırsam;

Dəridən tikilmiş ayaqqabı, ya çarıqların üzərinə məsh çəkməyi qadağan etsəm;(4)

Şərab içənə layiq olduğu cəzanı versəm;

Qadınların və Həcc mutəsini Peyğəmbərin (s) zamanında olduğu kimi caiz saysam;(5)

Meyyit namazının təkbirini beş dəfə etsəm;(6)

Camaatdan “Bismillah”-ı namazda uca səslə oxumalarını istəsəm;(7)

1- [1] . Ömər ibn Xəttab İraqda torpaq maliyyəsini Sasani İran maliyyəsinin qanunları kimi, Misirdə isə Rum imperiyasının maliyyə qanunlarının əsası kimi düzəltmişdir.

2- [2] . Ömər, əcəmilərlə ərəb qızlarının evlənməsini qadağan etmişdir.

3- [3] . Xəlifələr Peyğəmbərdən (s) sonara “Zəvil-qurba”- nın haqqını xumsdan ləğv etdilər.

4- [4] . “Xəff” heyvan dərisindən hazırlanmış ayaqqabı ya çarığa deyilir. Əhli-sünnə öz əsillərindən itaət edərək dəstəmazda ayağı yumağı vacib, lakin dəri çarıqda olarsa ona məsh etməyi caiz bilirlər.

5- [5] . Xəlifə Ömər, iki mutəni haram etdi. Həcc mutəsi - Hacılar ümrə həccini yerinə yetirdikdən sonra ehram halından çıxıb sonar ikinci dəfə həcc üçün ehram bağlayırlar. Bu İslamın əmri idi. Lakin Ömər əmr etdi ki, həcc əməllərinin axırına kimi ümrə ehramında qalsınlar. Qadınların mutəsi - Həmin müvəqqəti nigahdır ki, Quranın ayələrinə və əhli-sünnənin rəvayətlərinə əsasən İslam qanunlarından biri sayılır.

6- [6] . Əbu Hüreyrənin rəvayətinə əsasən əhli-sünnə məzhəbi meyyit namazının təkbirini dörd dəfə deyirlər. Müraciət edin:- İbn Ruşd Əndəlusi-“Bidayətul muctəhid” 1-ci cild, səh-240.

7- [7] . Əhli-sünnə məzhəbinin bir qrupu namaz vaxtı Həmd və Surədə “Bismillah”-ı oxumurlar. Zahirən bu məsələdə onlar Müaviyədən itaət edirlər. Müraciət edin:- “Əl-Kəşşaf “ təfsir kitabı, həmd və surənin təfsirində 1-ci cild, səh – 24 - 25.

19. Təlağı Peyğəmbərin (s) buyurduğu və göstərdiyi kimi yerinə yetirsəm;(1)

20. Başqa ümmətlərin müharibə əsirləri ilə Allah və Peyğəmbər (s) buyurduğu kimi rəftar etsəm;(2)

Xülasə, əgər camaatı İlahi əmrlərə və Qurani-Kərimin göstərişlərinə rəayət etməyə çağırsam, belə halda onlar mənim ətrafımdan dağılacaqlar.”

“And olsun Allaha ! Elə ki, müsəlmanlara Ramazan ayında əmr etdim ki, vacibi namazlardan savayı başqa namazları camaatla birgə qılmasınlar və dedim ki;- Müstəhəb namazları camaatla qılmaq bidətdir(3), _qoşunumun_ bir qismi səs-küy salaraq dedilər: واسُنَهَ عُمَرَاه !!

“Ey müsəlmanlar, Əli istəyir Ömərin sünnəsini dəyişsin. Bizi Ramazan ayında müstəhəb namazlar qılmaqdan saxlasın. İş o yerə çatdı kı, qorxdum qiyam etsinlər.”

“Aman bu ümmətin əlindən, mənimlə müxalifət etmələrindən, yolunu azmış başçılardan itaət etməklərindən, onları uçuruma aparan başçılardan itaət etməklərindən, acılar çəkdim.”

İmam (ə) öz işini elə tənzimləmişdi ki, Peyğəmbərin (s)

1- [1] . Əhli-sünnə qadının üç təlağını bir məclisdə caiz sayırlar. Adil şahid olmadan bu işi görmürlər. Müraciət edin:-“Bidayətul - muctəhid” 1-ci cild,səh-80-84.

2- [2] . İkinci xəlifə əmr etdi:- Ərəb əsirlərini azad etsinlər. Lakin fars əsirlərini hətta İslam mərkəzi olan Mədinəyə buraxmırdı. Həmçinin onun Peyğəmbər (s) sünnəsi ilə etdiyi müxalifətlərdən biri də bu idi ki, ərəb olmayan qadınların körpələri əgər ərəb torpaqlarından başqa yerlərdə dünyaya gəlsəydilər, onların övladlarına irs vermirdi. Müraciət edin: -“ Əlmuvəttə ” kitabı Ənəs ibn Malikin təlifi 1-ci cild, səh -80.

3- [3] . Bidət: İslamda olmayan, sonradan dinə daxil olunmuş yanlış şeylərə deyilir.

getdiyi yolu davam etdirərək xəlifələrin əksinə davranmışdı. Xüsusən hədis məsələlərində xəlifələrin buraxdığı böyük səhvləri və qoyduqları mənfi təsirləri məhv etmək üçün davamlı mübarizəyə başlamışdır.(1)

Qureyş tayfası öz şəxsi ambisiyalarının ziddinə olan Əlinin (ə) bu işlərini görüb onunla müxalifət etməyə başladılar. Buna görə də “Cəməl” və “Suffeyn” döyüşlərində çoxlu qanlar axıdıldı. Şəxsi mənafelərinin təhlükədə olduğunu gördükdə Əli (ə) ilə öz düşmənliklərini göstərdilər. Bu düşmənlik o qədər uzun sürdü ki, dörd il yarımdan sonra Həzrət Əlini (ə) mehrabda ibadət edərkən şəhid etdilər.

Çox keçmədi ki, Allahın və Peyğəmbərin (s) düşməni olan Müaviyə hiyləgərliklə xilafəti ələ keçirdi. O, Muğeyrə ibn Şöbə ilə söhbətində öz mənfur siyasətini ona belə açıqladı. Muğeyrə demişdi: “Ey Əmirəl-möminin! Indi ki öz arzu və istəklərinə çatdın, bu yaşının çoxluğunda ədalət və mürüvvətə riayət etməkdə sənə mane olan nədir? Ləyaqətli işlər görməklə özündən sonra ad-san qoya bilmərsənmi? And olsun Allaha! Bu gün daha Bəni-Haşimdə sənin qorxundan başqa heç nə qalmayıb. Buna görə də yaxşı olardı onlarla mehriban davranaraq öz qohumluq əlaqəni daha da gücləndirəsən.” Müaviyə belə cavab verdi: “Heyhat, heyhat- uzaqdır uzaq!

Əbu Bəkr hakimiyyətə gəldi, ədalətlə iş gördü. Bütün çətinlikləri öhdəsinə götürdü. Lakin, vəfatından neçə gün keçmədi ki, bəzi vaxtlar adı çəkilirdi və ondan heç bir şey qalmadı. Bu vaxt Ömər hakimiyyətə gəldi. Çoxlu zəhmətlər çəkərək on il xilafəti dövründə əziyyətlər gördü. And olsun

1- [1] . Peyğəmbərin rəvayətlərini cümə günlərində İslam məscidlərində yenidən söylənilməsinin maneəsiz olduğunu bildirdi. İmkan daxilində xəlifələrin gətirdiyi yanlış və öldürücü bidətləri məhv etdi. Müraciət edin:-“Min tarixul hədis” kitabı.

Allaha ölən kimi adı da öldü. Sonra, hamımızdan üstün olan qardaşımız Osman xilafətə gəldi. Bir çox işlər gördü. Onunla başqalarının etdiyi əməllər də ötüb keçdi. And olsun Allaha ölümündən sonra adı da öldü. Onun yaxşı əməlləri, rəftarı da unuduldu. Lakin, Haşimi olan o kişinin adını(1) hər gün beş dəfə azan vaxtı dünyanın ucqar yerlərində uca səslə səsləndirirlər.(2) “Şəhadət verirəm ki, həqiqətən Məhəmməd Allahın elçisidir.”

Nə qədər ki bu ad yaşayır, kimin adı yaşayar ey anası ölmüş! Yox and olsun Allaha ! Nə qədər ki bu adı yer üzündən silməmişəm dincəlməyəcəyəm!(3)

Bu səbəbdən bütün gücünü Peyğəmbərin (s) adının və ailəsinin məhv olması üçün sərf edirdi. Öz hədəfinə çatmaq üçün cürbə-cür hədis uyduran dəsgahları işə saldı. İş o yerə gəlib çıxdı ki, Əbu Hüreyrə 5300-dən çox hədis, Abdullah ibn Ömər 2000-dən çox və Ummul-möminin Aişə, Ənəs ibn Malik hər biri 2300-dən çox yalan və qondarma hədislər Peyğəmbərə (s) nisbət verdilər.(4)

Adı çəkilən şəxslər və onların başqa həmkarları, hakim təbəqənin razılığını əldə etmək üçün səhabələrin adından uydurulmuş və qondarma hədisləri nəql etməkdə bir–birləri arasında rəqabət aparırdılar. Heç kəs Allahdan başqa bu dövrlərdə Peyğəmbərə (s) nisbət verilən hədislərin aqibətindən xəbərdar deyildir. Bu işin təsiri nəticəsində bütün şeylər İslam qanunlarını qarışdırdı. Nəticədə həqiqi və düzgün İslamı dəyişib, hakimiyyətdə olanların cinayətlərinə haqq qazandıran İslama çevirdilər.

1- [1] . Müaviyə düşmənlikdənPeyğəmbərin (s) adını dilinə gətiməmişdir..

2- [2] . Azanda deyilən “Əşhədu ənnə Məhəmmədən rəsuləllah” kəlməsinə işarə edir.

3- [3] . Məsudi- “Murucuz-zəhəb” kitabı 3-cü cild, səh-454. Darul Əndəlusi çapı, 212-ci hicri ilinin hadisələri. Tərcümədə muxtəsər qeyd olunmuşdur.

4- [4] . Əllamə Seyyid Murtəza Əsgəri ” Ummul-möminin Aişənin hədisləri” kitabı səh. 289-dan sonra. Tehran çapı 1380-cı şəmsi ili.

Hakimiyyətdə olanlar da ancaq belə bir İslamı rəsmi tanıyırdılar. Birinci iki xəlifənin beyninin məhsulu olan və onlara sərf edən İslam ki, Müaviyənin dövründə daha çox dəyişdirildi, bu günümüzə kimi bir sıra ölkələrdə həqiqi və rəsmi İslam adı ilə qalmaqdadır. İş o yerə çatıb ki, Peyğəmbərin (s) gətirdiyi həqiqi və əsil İslamı, o yanlış İslama öyrəşmiş insanlara təqdim eməkdə çoxlu çətinliklər törədir və onlar üçün inanılmaz görünür.

Müaviyənin zamanında yayılmış və Peyğəmbərin (s) adına yalandan qondarılmış hədislər ilə İslama üz tutub onunla tanış olanlar, məhz bu İslamı həqiqi İslam kimi tanıyırlar. Misal üçün, onlar İslamda olan tövhidə Əbu Hüreyrənin saxtalaşdırdığı qondarma hədislər gözü ilə baxırlar.

“Bir qrup şəxs Peyğəmbərə (s) dedi: Ey Allahın rəsulu! Biz Qiyamət günündə öz Allahımızı görəcəyikmi? Buyurdu: On dörd gecəlik ayı görməyinizə narahatsınızmı? Dedilər: Xeyr, ey Allahın rəsulu! Buyurdu: Bulud olmayan havada günəşi müşahidə etdikdə əziyyət çəkirsinizmi? Dedilər: Xeyr, ey Allahın rəsulu! Buyurdu: Siz Allahınızı belə şəkildə görəcəksiniz! Qiyamət günündə Allah camaatı bir yerə toplayacaq. Sonra onları çağırıb belə buyuracaq: Hər kəs pərəstiş etdiyinə tərəf getsin.

Günəşə pərəstiş edənlər günəşə tərəf, aya pərəstiş edənlər isə aya tərəf gedərlər. Axırda zülmə pərəstiş edənlər öz məbudlarına tərəf gedərlər. Təkcə arasında münafiq olan bu ümmət qalar. Bu vaxt Allah təala keçmişdə onu tanıdıqları sifətdə onlara yaxınlaşar və deyər: - Mən, sizin Pərvərdigarınızam! Deyərlər: Biz səndən öz Allahımıza pənah aparırıq. Biz Allahımız gəlincəyə qədər burada qalacağıq. O gələndə biz onu tanıyacağıq.

Sonra, Allah onu tanıdıqları surətdə onlara tərəf yaxınlaşar

və deyər: Mən sizin Pərvərdigarınızam! Deyərlər: Bəli, sən bizim Pərvərdigarımızsan. Sonra onun arxasınca yola düşərlər...”(1)

Gördüyünüz kimi bu hədis Allahı tanımağın və İslamda məad bəhsinin əsasını dəyişmişdir. Həmçinin başqa hədislərdə də İslam Peyğəmbərinin asimani simasını başqa cür tanıtdırmışlar. O cümlədən, rəvayət etmişlər ki, Allahın rəsulu öz Allahından belə bir şey istəyibmiş: İlahi, qəzəb üzündən möminlərə etdiyim nifrini dəyişib onların paklığına və onlar üçün bərəkətə çevir.”(2)

Həmçinin nəql edirlər ki, Peyğəmbər (s) camaata buyurdu: “Xurmanın tozlanmağa ehtiyacı yoxdur” və yaxud “Xurmanı tozlandırmayın, yaxşı olacaq. Camaat da Peyğəmbərin (s) əmrinə itaət edirdilər. Xurmanı tozlandırmadılar. Nəticədə həmin il ağaclar bar vermədi. Peyğəmbər (s) elə ki, öz sözlərini yadına saldı, “Mən belə düşünürdüm, məni qınamayın!” və ya “Siz öz dünyəvi işlərinizdə məndən daha çox təcrübəlisiniz.” buyururdu!(3)

1- [1] . Məhəmməd ibn İsmail Buxari-“Səhih” kitabında 1-ci cild, “Fəzlus-sucud” mövzusu; 9-cu cild, Kitabut-tövhid kitabı 8-ci cild, السراط جسرجهنم Müslim ibn Həccac Nişapuri “Səhih” kitabında 1-ci cild, “Mərifətu təriqətur-rovyə”

2- [2] . Müslim ibn Həccac Nişapuri “səhih” kitabında 4-cü cild, “Peyğəmbərin lənətlədiyi və qarğış etdiyi şəxslər” mövzusu. Bu mövzuda Aişədən və Əbu Hüreyrədən və başqa səhabələrdən bir neçə hədis yazılmışdır. Müslimün səhihinin axırında Peyğəmbərin (s) Müaviyə barədə - “Allah Müaviyənin qarnını doydurmasın” buyurduğunu söyləmişdir. Buna görə də əhli-sünnənin nəzərincə Əməvilərin hamısına və başqalarına Peyğəmbərin (s) lənət və qarğışı, onların paklanmasına və bərəkətlərinin çoxalmasına səbəb olacaqdır.”

3- [3] . Həmin mənbə. Vucubu imtisali ma qaləhu şərən dunə ma zəkərəhu (s) min məayişin-nasi əla səbilir-rəyi” Başqa bir kitablarda həmin hədisi Aişədən, Ənəs ibn Malikdən və başqa səhabələrdən nəql etmişlər. Əhli-sünnə bu kimi hədislərdən belə nəticəyə gəlmişdir ki, dünya işlərində Peyğəmbərin (s) əmrləri ilə müxalifət etmək olar. Əlbəttə işin nəticəsi onun hansı bir əmrə və ya dünya işinə aid olmasına bağlılığı var. Gərək onu əvvəlcə tanıyaq. Məsələn- Xilafət məsələsi kimi.

O cümlədən, rəvayət edirlər ki, “Bir gün Peyğəmbər (s) Məkkə şəhərində “Nəcm” surəsini oxudu. Elə ki,

{وَمَنَاهَ الثَّالِثَهَ الْأُخْرَی أَفَرَأَیْتُمُ اللَّاتَ وَالْعُزَّی}

_ BIR DEYIN GöRəK (SIZIN IBADəT ETDIYINIZ) LAT Və UZZA, DIGəR üçüNCü (BüT) OLAN MəNAT DA ALLAHıN QıZLARıDıRLAR ?! _(1)

ayəsini oxuyarkən Şeytan Peyğəmbərin (s) mübarək dilinə bu cümləni gətirdi:

تلک الغرانیق العلی منها الشفاعه ترتجی

“Ağ quşlara bənzəyən bütlərdən şəfaət almaq ümidi gözlənilir”

Elə ki, bu cümlə Peyğəmbərin (s) dilindən çıxdı, müşriklər sevindilər. Onlar deyirdilər ki, Peyğəmbər (s) də bizim bütləri təriflədi. Bu vaxt hamı bir yerdə - müsəlmanlar və müşriklər – səcdə etdilər! Cəbrail (ə) nazil oldu və Peyğəmbəri (s) bu böyük səhvindən agah etdi. Peyğəmbərə (s) belə buyurdu: “Bu cümlələri Şeytan sənin dilinə gətirdi.”

Bəzi rəvayətlərin bir hissəsində belə qeyd olunmuşdur ki, Cəbrail (ə) Peyğəmbərə (s) dedi: -Ayələri təkrar edin. Peyğəmbər (s) ayələri bir-birinin ardınca oxudu. O cümlədən, تلک الغرانیق العلی منهاالفاعه ترتجی cümləsini də qiraət etdi. Cəbrail (ə) dedi: -Xeyr, bu cümləni mən gətirməmişəm. Onu Şeytan sənin dilinə gətirmişdir.(2)

1- [1] . Nəcm surəsi ayə -19-20.

2- [2] . Həcc surəsinin 52-ci ayəsinin təfsirində { وَمَا أَرْسَلْنَا مِن قَبْلِکَ مِن رَّسُولٍ وَلَا نَبِیٍّ إِلَّا إِذَا تَمَنَّی أَلْقَی الشَّیْطَانُ فِی أُمْنِیَّتِهِ فَیَنسَخُ اللَّهُ مَا یُلْقِی الشَّیْطَانُ} “(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər.”; “Əd-durrul-Mənsur” kitabı Süyuti-4-cü cild, səh-366-368. Bu məzmunda səhabələrdən on dörd rəvayət nəql olunmuşdur.

Bu rəvayətlər əhli-sünnə məzhəbinin mötəbər və məşhur olan “Təbəri, İbn Kəsir, Süyuti və Seyyid Qutbud-din” kimi alimlərin təfsir kitablarında yazılmışdır. Onlar Peyğəmbərin dilindən o qədər yalan hədislər demişlər ki, Peyğəmbərin (s) o ilahi və gözəl xüsusiyyətləri pərdə arxasında qalmışdır.(1)

Bütün bunlara baxmayaraq, Qureyş tayfasının böyüklərinə və onların ətrafındakılara yalan fəzilətlər uydurmuşlar. Onlara müxalif və zidd olanları isə töhmət və iftira yağışına tutmuşlar. Bu iş o yerə çatdı ki, Əbuzər Qəffari, Malik Əştər, Əmmar Yasir və s. kimi səhabələri dindən xəbərsiz və aldanılmış kimi qələmə verirdilər.(2)

Bununla da kifayətlənməyib, Allahın sifətləri, məhşər və Qiyamətin necəliyi, behişt və cəhənnəmin savabı və cəzası, əvvəlki peyğəmbərlərin macərası, İslam əqidələrinin, əhkamının və yaranışın başlanması” barədə bir çox rəvayətlər nəql etmişlər ki, əhli-kitabın xurafi fikirlərindən və özlərinin uydurduqları böhtan, yalan və cahillikdən başqa bir şey deyildir.

Bu kimi hədislərin sayı çoxaldıqca onun nəqli və yayılması da genişlənirdi. Bununla da bütün həqiqətləri dəyişdirib biabırçı vəziyyətə saldı. Onun da nəticəsi bu oldu ki, hakim təbəqənin icad etdiyi yanlış İslam, Əməvi və Əbbasi xəlifələrindən Osmanlı imperatorluğunun zamanına kimi davam etdi.

1- [1] . İslam cəmiyyətində bu kimi rəvayətlərin yaranması bir cəmiyyəti məhvə və süquta çəkməkdən ötrü bəs edir. Daha Əməvi və Əbbasi xəlifələrinin cinayətlərini və dinə zidd olan hərəkətlərini xatırlatmağa yer qalmır. Onlar İslam Peyğəmbərini bu rəvayətlərdə olduğu kimi tanıtdırırlar. Peyğəmbər, onların hədislərində gələn nöqsanlı sifətlərdən pak və üstündür.

2- [2] .Seyyid Murtəza Əsgəri- “Əbdullah ibn Səba” 1-ci bölümdə; “Mənşəul-qissə” 7-9, çap-2, Misr.

Bütün dövrlərdə olduğu kimi İslam tarixində də hədis uyduran və yalan hədis düzəldən muzdurların qarşısında bir qrup şəxsiyyətli, pak insanlar olmuşlar. Onlar öz canları bahasına Peyğəmbərin (s) həqiqi sünnəsini, yəni o Həzrətin bəyanlarını müsəlmanlar arasında yayaraq həqiqəti çatdırırdılar. Peyğəmbərin səhabələrindən biri olan Əbuzər bu gözəl və haqsevər insanların öncülü olmuşdur. Bir gün “Mina” dağında “Cəməreye vusta”-ya yaxın oturmuşdu. Camaat onu dövrəyə alıb din barədə ondan suallar soruşurdular. Birdən Əməvi hökumətinin muzdurlarından biri camaatın çoxluğunu görüb yaxınlaşdı. Əbuzərin başının ütsündə durdu və ona dedi: Məgər sənə camaatın suallarına cavab verməyi qadağan etməyiblərmi? Əbuzər dedi: Sənə əmr ediblər ki, mənə nəzarət edəsən? Sonra boynunun arxasına işarə edərək dedi: Əgər qılıncı bura qoysan, mənim başımı kəsincə güman etsəm ki, Peyğəmbərdən (s) eşitdiyim bir məsələni deyə bilərəm, canım çıxıncaya qədər şübhəsiz onu söyləyərəm.(1)

Rəşid Hicri də belə şəxslərdən biri idi. İbn Ziyad Kufənin hakimi olan zaman onun əl-ayağını kəsdirib evinə göndərdi. Camaat da onun görüşünə gələrək ağlayırdılar. O isə ağlayanlara belə deyirdi: -Ağlamağı yığışdırın. Yazmaq üçün bir şey gətirin. Mövlam Əlidən (ə) eşitdiklərimdən sizlərə söyləyim. Camaat da qəbul etdilər. Elə ki, bu xəbər İbn Ziyada çatdı, əmr etdi onun dilini də kəssinlər.(2)

Meysəm Təmmar da bu yolun yolçusu idi. İbn Ziyad onun əl-ayağını kəsdirib dar ağacından asdırdığı zaman, mənbər

1- [1] . Bax:- *Darəmi-“Sunən” kitabında 1-ci cild,səh-132.**Məhəmməd ibn Səd- “Təbəqatul Kubra” 2-ci cild; səh-354; Bu hədis o hədislərdəndir ki, cinayətkarların əli ilə bəzi hədis kitablarında hissə-hissə gətirmişlər.

2- [2] . Məhəmməd ibnil Həsən Tusi - “İxtiyaru mərifətir-rical”, Ricali Kəşşi adı ilə mərufdur. Əllamə Məclisi “Biharul ənvar” 9-cu cild, səh-632.

üstünə çıxmış kimi uca səslə fəryad edərək deyirdi: Eşidin ey camaat! Hər kəs Əlidən (ə) nəql olunan hədisləri eşitmək istəyirsə yaxın gəlsin.

Camaat onun başına toplaşdılar. Meysəm söhbətə başladı. Bu xəbər İbn Ziyada çatan kimi onun dilinin kəsilməsini əmr etdi. Meysəm dili kəsiləndən sonra bir saatdan artıq tab gətirə bilmədi. Dar ağacında qanına qəltan canını tapşırdı.(1)

Əsrlər boyu xilafət məqamının nüfuzu çoxalırdı. Allah və Peyğəmbərin (s) qoyduğu halal və haram haqqında olan qanunları dəyişdirib, özləri qanun təyin edirdilər ki, nə olar və nə olmaz. Onların çıxardıqları yanlış və zalımanə qanunlar Allahın adalətli qanunlarının yerinə qoyuldu. Əlbəttə bu vəziyyət Osmanın xilafətinin axırlarına qədər davam etdi. Camaatın narazı qalması və inqilabı az-çox olsa bu işin üzərindən xətt çəkdi. Bir müddət keçdikdən sonra növbə Müaviyəyə çatdı. O, öz təbliğatçı heyətinin köməyi ilə - qondarma hədis düzəldənlərlə - keçmiş işləri davam etdirdi.(2)

Lakin, İmam Hüseynin (ə) şəhadəti ilə bu plan həmişəlik olaraq pozuldu. Daha xilafət əvvəlki vəziyyətində qala bilmədi. Buna görə də yeniliklər və rəsmi İslamı həqiqi İslamdan ayırmış olan bidətlər bundan sonra daha çoxalmadı. Xəlifələr daha təzə bidətləri din adı ilə cəmiyyətə məcburən qəbul etdirə bilmədilər.(3)

1- [1] . Tusi-”həmin kitab” səh-76-87

2- [2] . Aişə, Əbu Hüreyrə, Ənəs ibn Malik və Əbdullah ibn Ömər, Abdullah ibn Əmr As, Muğeyrət ibn Şöbə, Əmr As, Sumərət ibn Condəb kimi şəxslər. Məlumat üçün müraciət edin: Seyyid Murtəza Əsgəri –“Ummul-möminin Aişənin hədisləri” və “Min tarixul hədis” kitabları Seyyid Əbdul Huseyn Şərafuddin-“Əbu Hüreyrə” Şeyx Məhmud Əburiyə - “Əzvaun ələs-sunnətil Məhəmmədiyyə” və “Əbu Hüreyrə şeyxul muzirə”

3- [3] . O cümlədən Əbdul Məlik ibn Mərvan əmr etdi ki, Kəbə və Həccin yerinə, camaat beytul-müqəddəsə getsinlər. Tikilmiş evin ətrafında təvaf etsinlər. Lakin, bu bidət icra olunmadı. Müraciət edin:”Yəqubinin tarixi” 3-cü cild,səh-7-8, çap-Nəcəf.

İmam Hüseynin (ə) şəhadətinin başqa bir faydası da bu idi ki, İslamın həqiqətini tanıyanların və Peyğəmbərin (s) hədislərini söyləyənlərin həbs edilməsi, əziyyət və işgəncə olunmasının, qətlə yetirilməsinin azalmasıdır. Çünki, sonrakı hökumət başçıları onları keçmişdəkilərə nisbətən işgəncə verib öldürə bilmədilər. Axırda onlar çox çalışaraq bir-birinin ardınca minlərcə xilafət muzdurları tərəfindən uydurulmuş hədislərin içindən düzgün və səhih hədisləri seçərək müsəlmanlara çatdırırdılar.

Ömər ibn Əbdul-Əzizin hakimiyyətə gəlməsi, hədis nəqlinə qoyulmuş 100 illik qadağanı aradan apardı. Bu zamandan başlayaraq (2-ci əsrin əvvəlləri) rəsmi İslam itaətçilərinə hökumət tərəfindən Peyğəmbərin (s) hədislərini yazmaq tapşırıldı. Nəticədə, Peyğəmbər və səhabələrin həyatı, eləcə də hədislər barədə onlarla kitablar toplanıb yazıldı. Bu kitablar içində olan minlərlə hədis təkcə İslam məktəbinin həqiqi şagirdləri tərəfindən Peyğəmbərdən (s) nəql olunmuşdur. Lakin, həmin hədislər özü də bir neçə nəfər satılmış üzdəniraq alimləri narahat edirdi. Həqiqi hədislərlə mübarizə aparmaq üçün onlar iki yolu seçdilər:

Hədis və Rical elmində belə bir qanun çıxardılar ki, hər hədisin ravisi şiə və Həzrət Əlinin (ə) tərəfdarlarından olsa, o hədis etibarsız və zəif sayılar.(1)

Hədislərdən elə bir məcmuə tərtib etdilər ki, imkan daxilində doğru hədislər və xəlifələrin mənafeyinə toxunan hədislər orada olmasın.

Bu yolla yazılmış hədis kitabları “Səhih” adlandırıldı. Bu

1- [1] . Əhli-sünnənin bütün rical kitablarına müraciət olunsun.

kitabların sayı altıya çatdı. Onların arasında “Səhihi-Buxari” başqalarına nisbətən çox etibarlı sayılırdı. Çünki, Buxari yuxarıdakı iki qaydaya hamıdan çox diqqət edirdi. Hətta, xəvaricdən – İmran ibn Həttan kimi – hədis nəql etmişdi. Lakin, İmam Sadiqdən (ə) bir dənə də olsun hədis rəvayət etməmişdir. O, xəlifələrin pis əməllərini bəyan edən hədisləri yarımçıq və parça-parça nəql etmiş, bu səbəbə görə də rəsmiyyətdə tanınmış olan İslam yolunu gedənlər onun kitabını Qurandan sonra ən düzgün kitab kimi saymışlar.

Bu əsasla, tarix kitabları arasında Təbərinin tarixi bütün tarixi kitablardan ən mötəbər sayılır. Baxmayaraq ki, o da Buxarinin getdiyi yolla getmişdir. O cümlədən, rəsmi İslamın hökumət başçılarına və səhabələrə olan hər növ hörmətsizliyi açıqlayan hədisləri nəql etməmişdir. Həmçinin, bu kimi hədislər qarşısında olan zalım hökumət başçılarının mənafeyinə olan, onların əməllərini başqa cür yozan və məna edən uydurma və qondarma hədisləri öz kitabında qeyd etmişdir. Buna görə də Təbəri dinsiz və İslam düşmənlərinin uydurduqları yüzlərlə qondarma hədisləri qeyd etmişdir. Nəticədə Peyğəmbər (s) əsrinin və ilk xəlifələrin tarixi hadisələri təhrif olunaraq yazılmışdır.(1) Xəlifələrin və səhabələrin mənafelərini müdafiə etdiyi üçün elə bir şöhrətə və məqama yetişmişdir ki, onu “İmamul-muvərrixin”, “Tarix yazanların başçısı” adı ilə çağırırdılar. Təbəridən sonra İbn Əsir, İbn Kəsir və İbn Xəldun kimi tarixçilər ancaq səhabələrin həyatını onun tarix kitabından sitat gətirmişlər.(2)

Rəsmi İslamın davamçıları dördüncü əsrdən sonra dövlətə bağlı olan alimlərin ardınca yuxarıdakı altı kitabı nəşr etmişlər.

1- [1] . Seyyid Murtəza Əsgəri “Əbdullah ibn Səba” 1-ci cild,-2

2- [2] . həmin mənbə`

Tarix yazanlar arasında da ancaq Təbəri və ardıcılları mötəbər sayılmışlar. Alimlərin topladığı yüzlərlə hədis, təfsir və tarix kitabı kənara qoyuldu. Bu minvalla Peyğəmbərin (s) gətirdiyi həqiqi İslam haqqında olunan bəhs və təhqiqat qapılarını öz üzlərinə bağladılar.

Neçə nəsil sonra, yəni dördüncü əsrdən bu günə qədər onlardan sonra gələnlər də onların yolunu davam etdirmişlər. Bu günlərdə Əhli-beyt məktəbinin davamçılarıından başqa, qalan bütün məzhəblərin nümayəndələri İslamı elə xəlifələrin muzdurlarının tanıtdırdığı, dövlətə sərfəli olan İslam kimi qəbul edirlər. Buna görə də müasir dövrdə həqiqi İslamı tanımağa aparan yolda saxta hədislər ən böyük maneədir. Bu saxta hədislər maarif, əhkam və hətta Peyğəmbərin (s) həyatı və tarixinə də sirayət etmişdir. Buna görə də İslam alimləri bu haqda təhqiqat və axtarış aparmalı, həqiqi İslamı saxta İslamdan ayırmalıdır. Bu böyük işə hər yerdə, o cümlədən, İraqda, Misirdə, Suriyada, Livanda və həmçinin İranda böyük ehtiyac vardır.

Mən bu məsələni yuxarıda adı çəkilən ölkələrin alimləri ilə müzakirə etmişəm. Arzu edirəm ki, Peyğəmbərin (s) həqiqi dininin qoruyucuları olan bizim elmiyyə hövzələrimiz bu məsələyə daha çox diqqət etsinlər. Bu barədə Qum elmiyyə hövzəsindən birinci əlimə çatan iş Ayətullah Məhəmməd Sadiq Nəcminin əsəri olan “Buxari və Müslimün səhihlərinə bir baxış” kitabıdır. Bu kitab neçə səbəbə görə məni sevindirdi. Onun müəllifinə təşəkkür edirəm. Çünki:

1. Kitabın möhtərəm müəllifi hədis kitabları haqqında lazımı qədər araşdırmalar aparmışdır.

2. Hədis kitablarının arasından əhli-sünnə arasında səhih sayılan Buxarinin və Müslimün səhihlərini mübahisə mövzusuna çevirmişdir.

3. Kitabı diqqətlə oxuduqdan sonra gördüm ki, müəllif kitabın bəhsləri haqqında olan ədəb-ərkana tamamilə rəayət etmişdir.

4. Kitabda olan bütün mətləbləri bu mövzu ilə maraqlanan fars dilli xalqların başa düşdüyü səviyyədə, sadə və aydın dillə yazmışdır.

5. Müəllifin Qum elmiyyə hövzəsinin alimlərindən olmasına və sünni məzhəb qardaşlardan uzaq yaşamasına baxmayaraq, bu məsələyə doğru və düzgün diqqət yetirmişdir.

Alimlər bu kitabın qədrini bilsələr və onu diqqətlə oxusalar, bəzi məsələlər onlar üçün aydınlaşar, inşallah.

Mütəal Allahın dərgahından istəyirəm ki, Qum elmiyyə hövzəsini İmam Zamanın zühuruna kimi qoruyub saxlasın. Üzümüzə gələn hər əsrdə İslam dünyasına yetərli və təhqiqatçı alimlər bəxş eləsin. Amin!

Ayətullah Seyyid Murtəza Əsgəri

11/ 02/ 92-ci hicri ili. 

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana