Birinci hissə

İşarə

Məhəmməd İbn İsmail Buxari və Müslim İbn Həccac Nişapurinin tərcümeyi-halları

1 . Buxarinin tərcümeyi-halı və onun yaşayış tarixi

Adı Məhəmməd, atasının adı İsmail, babasının adı isə İbrahimdir. Ulu babsının adı Muğeyrə və üçüncü babasının adı isə Cofidir. Künyəsi(1) Əbu Əbdullah, Buxari adı ilə ləqəbləndirilmiş və tanınmışdır.

Doğulduğu və vəfat etdiyi tarix:

Məşhur və mötəbər qaynaqlara əsasən Buxari 194-cü ilin şəvval ayında Buxara şəhərində dünyaya gəlmişdir. İbn Xəlləkan və Xətib Bağdadinin söylədiyinə əsasən Buxarinin üçüncü babası, yəni Cofi zərdüşt dininin nümayəndəsi olmuş və bu dində də dünyadan getmişdir.(2) Buxari hicri-qəməri tarixi ilə 256-cı ildə 62 yaşında Səmərqəndin Xərtəng kəndində vəfat etmiş və elə oradaca torpağa tapşırılmışdır.

Buxarinin təhsilləri:

Buxari uşaq ikən atasını itirmiş, anasının himayəsində boya-başa çatmışdır. On yaşından təhsil və elm öyrənməklə məşğul


1- [1] . Bir növ ləqəbdir.

2- [2] . “Vəfəyatul-əyan”, 3-cü cild, səh. 330; “Tarixul-Bağdad”, 2-ci cild; səh. 6;

olmuş və iyirmi yaşında öz təhsilini davam etdirmək üçün vətənindən mühacirət etmişdir.

Onun elmi səfərləri:

Buxari hədis və elm aşiqi idi. Buna görə də səy edərək bütün hədisləri toplamaqla məşğul olmuşdur. Elm öyrənmək üçün öz ana vətəni Buxaradan mühacirət edərək müxtəlif şəhərlərə gedir və o şəhərlərin hər birində bir müddət qalaraq elm öyrənir, hədis yazır, elmi fəaliyyətə məşğul olurdu.

Fərid Vəcdi deyir: “Buxari səhih hədis toplamaqda çox istedadlı, özünəməxsus zövqə malik idi. Bu zövq və istək onu müxtəlif şəhərlərə səfərlər etməyə ruhlandırıb sövq etmişdir. Buxari elm öyrənmək və hədis toplamaq üçün o vaxtkı İranın Xorasan vilayətinə, İraqın müxtəlif şəhərlərinə, hazırki Ərəbistanın Hicaz şəhərinə və Suriyanın Şam şəhərinə bir sıra səfərlər etmişdir. Bu şəhərlərin hər birində hədis əzbərləyənlərlə görüşür və hədisçilərin məclislərində iştirak edirdi. Onların ehtiyatlarından bəhrələnirdi”. (1)

İbn Həcər, Buxarinin özündən nəql edir ki, o belə deyirdi: “Mən, hədis toplamaq və öyrənmək üçün iki dəfə Şama, Misirə və Əlcəzirəyə, dörd dəfə Bəsrəyə səfər etmişəm. Altı il isə Hicazda yaşamışam. Kufəyə və Bağdada çoxlu səfərlər etmişəm. Belə ki, səfərlərimin sayı yadımda deyildir”.(2)

Buxarinin əsərləri:

Yazıçılar Buxarinin bir çox əsərlərinin olduğunu bildirirlər. Bizə məlum olan mötəbər mənbələrə əsasən Buxaridən bir çox mövzularda, o cümlədən hədis, rical, tarix və s. elmlərdə on yeddi cild kitab qalmışdır. Sünni məzhəbinin alimləri arasında


1- [1] . “Dairatul-maarif”, 2-ci cild; səh. 56;

2- [2] . “Hədyus-sari”, 2-ci cild;

Buxarinin əsərləri özünəməxsus əhəmiyyətə malikdir və nəzər diqqəti cəlb edir. Onların nəzərində onun ən mühüm əsəri “Səhih”, ya “Əlcameus-səhih”- adlı əsəridir. Sünni məzhəbi arasında “Səhihi-Buxari” əsəri kimi əhəmiyyətli sayılan başqa bir əsər çox az tapılar.(1)

Buxarinin təəccüb doğuran fətvaları:

Buxaridən çoxlu təəccüb doğuran fətvalar nəql olunmuşdur. Onlardan bir neçəsini burada qeyd edirik:

1. O, gəlin və qadınların yad kişilər olan məclisdə xidmət etmələrini doğru və icazəli bilir.

2. Qadınların öz kişi nökərlərindən və başqalarının nökərlərindən bədənlərini örtməsini lazım bilmir.

3. Penisi(2) yumaqla necə pak olursa spermanın özünün təmizlənməsini də pak sayır.

4. Cinsi yaxınlıq zamanı nə qədərki sperma bayıra çıxmayıb, qusl etməyi vacib bilmir, bəlkə müstəhəb sayır(3).

5. Zəruri hallarda məsələn: Müharibə zamanı namazın tərk edilməsini doğru bilir. Sonradan onun qəzasını qılmağı kifayət sayır.

6. Ölmüş heyvanın yağı ilə bədəni yağlamağı doğru bilir.

7. Ölmüş heyvanın sümüklərindən daraq və s. kimi istifadə etməyi icazəli bilir.

8. Məscidlərə müharibə silahları ilə (məs:qılınc, nizə) daxil olmağın və şer söyləməyin heç bir eybi olmadığını bildirir.(4)

9. Buxarinin ən təəccüblü fətvalarından biri də süd verməyin


1- [1] . “Səhiheyn” kitabının əhəmiyyəti bəhsində bu barədə söhbət olunacaq.

2- [2] . “Penis”, tibbi istilahda kişinin cinsiyyət orqanına deyilir.

3- [3] . “Səhihi-Buxari”, 1-ci cild, “Ğuslu ma yusibu min ....” bölümü;

4- [4] . Əbu Kəmal Əbdulğəni Əbdul Xaliqin qələmi ilə Səhihi-Buxarinin müqəddiməsində; Məkkə çapı-1376;

hökmləri barədədir. İnsan övladının heyvanlardan süd əmməsi barədə belə yazır:

Əgər iki uşaq bir qoyunun, ya inəyin südündən bir müddət əmərlərsə, onlar arasında bacı-qardaşlıq münasibəti yarana bilər və bir-birlərinə məhrəmdirlər. (Yəni onlar bir-biri ilə evlənə bilməzlər.)

Mərhum Şeyx İsfəhani, Buxarinin bu fətvasını Hənəfi məzhəbinin fiqh elmində olan “Kifayətu fi şərhil hidayə” kitabından nəql edir. Sonra deyir:

 Bu fətva, Buxarinin anlamadığına və dərk etmədiyinə dəlalət edir. Çünki, məhrəmliyin meydana gəlməyindən ötrü ata və ana faktoru çox mühümdür. Heyvanın insan övladı üçün ata və ana olması hətta təsəvvürlərdən də uzaqdır”.(1)


1- [1] . Əlqovlus-sərah xətti nusxə

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana