Hədislər barədə

Hədis nədir?

Hədis, lüğətdə “yeni bir şey, tam bir kəlam və danışıq” deməkdir.(1) Hədis alimləri arasında isə, hədis, yəni - məsumun sözləri, əməlləri və təqriri(2) mənasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbərin (s) sözləri, əməlləri və təqriri mənasınadır. Şiə məzhəbində isə bu tərif Peyğəmbər (s) və onun pak Əhli-beytinə də şamil olunur.

Sünni alimlərindən olan İbn Həcər deyir: “İslam dininin ilk illərində Qurani-Kərimə “qədim” söylənildiyinə görə, Peyqəmbərlə (s) bağlı olan kəlamlara “hədis” deyilirdi. Bu xüsusi məna bu günə qədər müsəlmanlar arasında işlənməkdədir.”(3)

Hədisin mətni məsumun(4) sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir.

Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların


1- [1] . لولاقومک حدیثوا عهد بالاسلام (حدیث نبوی). " ان لم یؤمنوا بهذاالحدیث اسفا ً" “Kəhf” surəsi, 6-cı ayə;

2- [2] . Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq deməkdir.

3- [3] . Fəthul-barinin müqəddiməsi 1-ci cild,.

4- [4] . Peyğəmbər (s) və onun itrətinin.

Peyğəmbərdən (s) eşitdikləri və gördükləri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi adlanır.(1)

Sünnə nədir?

Sünnə, lüğətdə camaatın itaət etdikləri yola və təriqətə, istilahda isə Peyğəmbərin (s) hökmləri və buyurduqları kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa məsələlərdə Peyğəmbərin (s) gətirdiyi qanun kimi qəbul edilmişdir.(2) Hədislə sünnə arasında olan oxşarlığa əsasən, hədisə də sünnə deyilmişdir.

Quran baxımından hədisin əhəmiyyəti

İslam qanunlarının və hökmlərinin əsasını Quran və sünnə təşkil edir.(3) Hədis və Quran arasında müsəlmanların hədisə olan ehtiyacı daha çoxdur. Qurani-Kərimdə əhkam və qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mənasını başa düşmək qeyri-mümkündür. Çünki:

a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-özlüyündə hökmləri tam və dolğun şəkildə bizə çatdırmır;

b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür.

Buna görə də şiə və sünniliyindən asılı olmayaraq, bütün İslam alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və məsumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir.(4) Məsələn, müsəlmanların Qurani-Kərimin ayələrinə əməl etməsinin vacib olması kimi.


1- [1] . Hədis elmində bu zəncirvari ardıcıllığa “Rical” deyilir.

2- [2] . İbn Əsirin nəhayəsi

3- [3] . İmamiyyə məzhəbində Əhli-beytin hədisi, icma, ağıl və s. hökmün sənədi

4- [4] . Höccət – tam, dolğun, düzgün və aydın şəkildə gətirilmiş dəlil.

Qurani-Kərim özü də ayələrinin əsnasında müsəlmanlara Peyğəmbərin (s) buyurduğu hədislərə ciddi yanaşmağı tövsiyə etmişdir.

Quranda bu barədə belə buyurulur:

{وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا}

_Peyğəmbərin (s) gətirdiyi və buyurduğuna əməl edin və çəkindirdiyi şeylərdən isə çəkinin. _(1)

Quran müsəlmanlara Peyğəmbərə (s) itaət etməyi Allaha itaət etməklə bir sırada qərar vermiş və onun vacib olduğunu bildirmişdir:

{وَأَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّیْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَی رَسُولِنَا الْبَلاَغُ الْمُبِینُ}

_ Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir) _(2)_. _

Həmçinin Peyğəmbərə (s) olunan itaəti elə Allaha olunan itaət sayır:

{مَّنْ یُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ}

_ PEYğəMBəRə ITAəT EDəN KIMSə, şüBHəSIZ KI, ALLAHA ITAəT ETMIş OLUR. _(3)

O cümlədən, Peyğəmbərin (s) əmrləri və verdiyi hökmlərin qarşısında müsəlmanların özbaşına qərar çıxarıb hökm vermək hüququnu onlardan alır:

{فَلاَ وَرَبِّکَ لاَ یُؤْمِنُونَ حَتَّیَ یُحَکِّمُوکَ فِیمَا شَجَرَ بَیْنَهُمْ ثُمَّ لاَ یَجِدُواْفِی أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَیْتَ وَیُسَلِّمُواْ تَسْلِیمًا}

_ (YA RəSULUM!) RəBBINə AND OLSUN KI, ONLAR öZ ARALARıNDA BAş VERəN IXTILAFLARDA SəNI HAKIM (MüNSIF) TəYIN ETMəYINCə Və_


1- [1] . “Həşr” surəsi, 7-ci ayə;

2- [2] . “Maidə” surəsi, 92-ci ayə;

3- [3] . “Nisa” surəsi, 80-cı ayə;

_VERDIYIN HöKMLəRə GöRə öZLəRINDə BIR SıXıNTı DUYMADAN SəNə TAM BIR ITAəTLə BOYUN əYMəYINCə, (HəQIQI SURəTDə) IMAN GəTIRMIş OLMAZLAR. _(1)

və onun əmrlərinə tabe və təslim olmağı imanın nişanələrindən biri saymış, müxalifət və üsyan etməyi isə zəlalət və bədbəxtlik olduğunu bildirmişdir:

{وَمَا کَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَهٍ إِذَا قَضَی اللَّهُ وَرَسُولُه أَمْرًا أَن یَکُونَ لَهُمُ الْخِیَرَهُ مِنْ أَمْرِهِمْ وَمَن یَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ُفَقَدْ ضَلَّ ضَلَالًا مُّبِینًا}

_ ALLAH Və ONUN PEYğəMBəRI BIR IşI HöKM ETDIYI ZAMAN HEç BIR MöMIN KIşIYə Və QADıNA öZ IşLəRINDə BAşQA YOL SEçMəK (öZ IXTIYARLARı ILə AYRı CüR HəRəKəT ETMəK) YARAşMAZ. ALLAHA Və ONUN PEYğəMBəRINə ASI OLAN KəS, şüBHəSIZ KI, (HAQQ YOLDAN) AçıQ-AYDıN AZMışDıR! _(2)_ _

Qeyd olunan ayələr Peyğəmbərə (s) itaətin müsəlmanlara vacibliyini bildirən ayələrdir. Quran müxtəlif ifadələrlə bu məsələyə təkid edərək Peyğəmbərə (s) itaətin tam şəkildə olmasını çatdırır. Çünki, Peyğəmbərin (s) sözlərinə və onun göstərişlərinə əməl etmək , onun sünnəsinə rəayət etmək deməkdir.

Sünnənin əhəmiyyəti barədə Peyğəmbərin (s) nəzəri

Hədis və rəvayətlərin əhəmiyyəti barədə Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) çoxlu hədislər qeyd olunmuşdur. Bu rəvayətlər müxtəlif cəhətlərə əsasən sünnənin əhəmiyyətli olmasını, onu əzbərləməyə, yazmağa və başqalarına çatdırmağa çox təkid etmişdir.(3)

Həzrət Peyğəmbər (s) “Vida“ həccinin xütbəsində belə


1- [1] . “Nisa” surəsi, 65-ci ayə;

2- [2] . “Əhzab” surəsi, 36-cı ayə;

3- [3] . Bu barədə aşağıdakı kitablara müraciət edə bilərsiniz: Üsule Kafi 1-ci cild,; Rəvayətul kutub vəl-hədis və fəzlul kitabə; Vəsailuş-Şiə 1-ci cild,8; Sunən ibn Macə 1-ci cild, bab Şərafu əshabul hədis; Cameu bəyanul elm və fəzlih.

buyurdu: “Camaat! Mən səadət və xoşbəxtliyinizi təmin edən bütün halal işləri sizə aydınlaşdırdım və bədbəxtliyinizə səbəb olan haram şeylərdən çəkindirdim və bu hökmlərdə dəyişikliklər olmayacaqdır:(1)

Rəsuli-Əkrəm (s) müxtəlif yerlərdə bir qrup şəxsə hədis əzbərləməyi tövsiyə etmiş və dua edərək onları bu işə həvəsləndirmişdir:

{نَصَرَالله عَبداً سَمِعَ مَقَالَتِی فَوَعَاهَا}

_ ALLAH BIZIM SöYLəDIYIMIZI EşIDəRəK ONU HIFZ EDəN BəNDəNI öZ LüTFü Və RəHMəTINDə SAXLASıN. _(2)

Bəzən həmin kəlmələrlə hədis söyləyənlər üçün dua etmişdir:

{نَصَرَالله عَبداً سَمِعَ مَقَالَتِی فَبَلَغَهَا}

_ ALLAH BIZIM HəDISLəRIMIZI, EşIDəRəK ONU BAşQALARı üçüN SöYLəYəN BəNDəNI öZ LüTFü Və RəHMəTINDə SAXLASıN. _(3)

 “ فَلیَبلُغَ الشٌَاهِدالغَائب ” Hazırda yanımda olub eşidənlər, burada olmayanlara çatdırsınlar.” Bu cümlə Peyğəmbərin (s) sözlərində çox işlənmişdir. O cümlədən, Həzrət (s) axırıncı xütbələrində və söhbətlərində bu cümləni buyurmuşdur.

Bu ifadələr, hədisin və sünnənin nə qədər əhəmiyyətli və mühüm olmasını aydınlaşdırır. Peyğəmbərin (s) halal və haramın, dini əhkamların ümmətinə çatdırmaqla başqa müsəlmanlara da çatdırılmasının hər kəsin vəzifəsi olduğunu bildirmişdir. Hədisləri eşidərək başqalarına söyləyənləri “özünün ardıcılları(4) kimi tanıtdırmışdır.


1- [1] . مَعَاشرالناس وَکُلٌ حَلال دَلَلتکم عَلَیه أوْ حَرَام نَهَیْتُکُمْ عَنْه فَاِنّی لمْ أرْجعْ عَنْ ذَلک وَلَمْ أبْدلٍ. “Ehticace Təbərsi”, 1-ci cild, səh, 81;

2- [2] . “Sunən ibn Macə”nin müqəddiməsi və 2-ci cildi; “Kitabul-mənasike sunəni Termizi”, “Kitabul-elm;

3- [3] . “Sunəni ibn Macə”nin müqəddiməsi və 2-ci cildi; “Kitabul-mənasike sunəni Termizi”, “Kitabul-elm”;

4- [4] . “Mən la yəhzuruhul-fəqih” kitabı, “Ən-nəvadir” bölümü; “Səhihi-Buxari” 1-ci cild, “Liyəbluğəl elmul-şəhid” bölümü;

Quran və sünnənin fərqi

Quran və sünnə hər ikisi vəhy və ilham mənbəyi, bir nurun şüası olduqları üçün onlar arasında fərq və üstünlük yoxdur. Lakin, Quranın sünnə ilə fərqini belə xülasə etmək olar:

Quran təhəddi(1) və möcüzə məqamında nazil olmuşdur. Lakin sünnənin belə bir xüsusiyyəti yoxdur.

 Quranın müqəddəs kəlmələri həm məna və məfhum baxımından, həm də kəlmə və sözlər baxımından birbaşa Allaha məxsusdur. Lakin, sünnədə olan hədislərin məna və məfhumu Allahın, kəlam və sözləri isə Peyğəmbərindir.

 Quranın hər bir ayəsinin Allah tərəfindən nazil olmasına heç bir şübhə yoxdur. Ancaq, Peyğəmbərdən (s) söylənilən bəzi hədislər isə qəti deyil, bəlkə şübhəlidir.

 Quran, əhkam və qanunları tam şəkildə bəyan etmişdir. Amma sünnədə isə hökmlərin xırdalıqları da açıqlanmışdır. Başqa sözlə söyləsək, Quran özü qanunları bütövlükdə qeyd etmiş, amma onların izahını isə Peyğəmbərə (s) həvalə etmişdir.

Quran yuxarıdakı məsələni belə açıqlamışdır:

{وَأَنزَلْنَا إِلَیْکَ الذِّکْرَ لِتُبَیِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَیْهِمْ وَلَعَلَّهُمْ یَتَفَکَّرُونَ}

_ SəNə Də QURANı NAZIL ETDIK KI, INSANLARA ONLARA GöNDəRILəNI (HöKMLəRI, HALAL-HARAMı) IZAH EDəSəN Və BəLKə, ONLAR DA DüşüNüB DəRK EDəLəR! _(2)

Başqa tərəfdən müsəlmanlara buyurmuşdur ki, Quran


1- [1] . “Təhəddi”:- Öz düşmənlərini mübarizəyə çağırmaq. Nümunə üçün Quran kafirlərə Bəqərə surəsinin 23-cü ayəsində belə buyurur: “Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!”

2- [2] . “Nəhl” surəsi, 44-cü ayə;

ayələri ilə Peyğəmbərin (s) kəlamları arasında heç bir fərq qoymasınlar. Bu məsələnin də vacib olduğunu qeyd edir:

{وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا}

_ PEYğəMBəR SIZə Nə VERIRSə, ONU QəBUL EDIN; NəYI QADAğAN EDIRSə, ONDAN əL çəKIN. _(1)_ _

Çünki, Peyğəmbər (s) özündən heç bir söz demir və buyurduğu hər bir şey Allahın əmri ilədir:

{وَمَا یَنطِقُ عَنِ الْهَوَی إِنْ هُوَ إِلَّا وَحْیٌ یُوحَی}

_ O, KEYFI ISTəYəNI (BOş YERə) DANışMıR. SöYLəDIKLəRI, ANCAQ (ALLAH DəRGAHıNDAN) NAZIL OLAN BIR VəHYDIR. _(2)_ _

Sünnədə, Qurani-Kərimin ayələri açıqlanır və izah olunur. Mütləq ayələri qeydlərlə, ümumi ayələr isə hədislər vasitəsi ilə izah olunur. Hədislərin və sünnənin xülasəsi Quranın açıq şəkildə buyurduqlarını müəyyənləşdirir. Məsələn: Quranda namazın vacib olma hökmü nazil olmuşdur. Lakin, onun əhkamları, rəkətlərinin sayı açıqlanmayıbdır. Peyğəmbər (s) namaz qılmağı ilə bunların hamısını camaata öyrətmişdir.(3) Başqa bir misal; Həccin hökmü, Qurani-Kərimdə ümumi surətdə gəlmişdir. Lakin, bu ayələrin bir neçəsindən başqa qalan ayələrdə incəliklər qeyd olunmamışdır. Peyğəmbər (s) aşağıdakı kəlamı ilə mühüm əməlləri camaata öyrətmiş və belə buyurmuşdur:

خُذُواعَنِّی مَناسِکَکُم

_ HəCCIN əMəLLəRINI MəNDəN öYRəNIN _(4)

Həmçinin irsin hökmlərinin bir hissəsi yəni, onun başlıca qanunları Quranda gəlmişdir. Lakin, təfərrüatı isə, məsələn


1- [1] . “Həşr” surəsi, 7-ci ayə;

2- [2] . “Nəcm” surəsi, 3-cü və 4-cü ayələr;

3- [3] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabus-salat”, “əl-Əzanu lilmusafiri iza kanu cəmaətən...” bölümü; "Səllu kəma rəəytumini usəlli” bölümü;

4- [4] . “Xuzu ənni mənasikəkum”, “Səhihi-Müslim”, “Kitabul-həcc”;

qatilin irsdən məhrum olması(1) sünnədə bəyan olunmuşdur.

Beləliklə zəkat, cihad və yüzlərlə başqa hökmlərin hamısı sünnənin vasitəsi ilə bizlərə çatmışdır.

Şiə və Sünnü məzhəblərində hədis yazılışının qısa tarixi

Şiə məzhəbində hədisin yazılması

Doğru mənbələrə və əhli-sünnə məzhəbinin etimad etdikləri kitablarda olan hədislərin məzmununa əsasən qeyd olunmuşdur ki, Peyğəmbərin (s) zamanında müsəlmanlar arasında nəinki hədis yazmaq adi bir hal və azad bir iş idi, hətta müsəlmanlar arasında bu işə ( hədisləri yazmaq ) çox ehtiyac duyulurdu. Peyğəmbərin (s) özü bu işə xüsusi diqqət yetirmiş və müxtəlif yollarla müsəlmanları hədis yazmağa həvəsləndirmiş və ruhlandırmışdır. Səhabələrin hər biri bacardıqca o Həzrətdən (s) eşitdikləri və öyrəndikləri hədisləri yazmışlar. O cümlədən, belə səhabələrdən olan Əbu Bəkri(2) və Əbdullah ibn Ömər ibn Ası nümunə göstərmək olar. Əbdullah ibn Ömər ibn As belə deyir: - “Mən, Peyğəmbərin (s) dilindən bütün eşitdiklərimi yazmaqda səhlənkarlıq etmədən çalışırdım. Lakin, Qureyş qəbiləsindən bir qrup mənim bu işimlə müxalifətçilik etdilər. Məni hədis yazmaqda şəkkə saldılar. Bu mövzunu Peyğəmbərin (s) hüzürunda dedim və onun bu barədə nəzərini soruşdum. Həzrət (s) mənim sualımın cavabında əlini mübarək ağzına işarə edərək belə buyurdu:

أُکْتُبْ فَوَالَّذِی نَفْسِی بِیَدِهِ مَایَخْرُجُ مِنْهُ اِلاّ حَقّ

_ YAZ! AND OLSUN ALLAHA KI, BU AğıZDAN HAQQ KəLAMDAN BAşQA BIR şEY çıXMıR. _(3)_ _


1- [1] . “Sunəni Termizi”, “Kitabul-fəraizdə”, “La yərisul-qatil”;

2- [2] . “Təzkiatul-hifaz”, 5-ci cild, səh. 1;

3- [3] . “Sunəni Davud”, 2-ci cild, “Kitabul-elm”; 3-cü bölüm, “Mustədrəkus-səhihəyn”, 1-ci cild, səh. 104 və 106; * “Fəthul-bari” 1-ci cild, “Kitabətul-elm” bölümü;

Lakin, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatından sonra səhabələr arasında ixtilaflar meydana gəldi. Bir qrup bu əməlin (hədis yazmağın) qarşısını alaraq onu qeyri-şəri və düzgün olmayan bir əməl kimi tanıtdırdılar. Bu işlərindən əl çəkməyərək öz səhv əqidələrində də möhkəm qaldılar. Onlardan – Əbu Bəkri, Ömər ibn Xəttabı, İbn Məsudu, Əbu Səid Xidrini və s. kimilərin adını çəkmək olar. Lakin onların qarşısında başqa bir qrup isə hədisin yazılmasına və yayılmasına həvəsləndirmiş və Peyğəmbər (s) zamanında da özləri arasında bu əməlin doğru və düzgün olmasını bildirirdilər. Bu doğru əqidədə olanlardan – Əbuzər Qəffari, Səlmani Farsi, ibn Əbbas, Əmmar Yasir, Əmirəl-möminin Əli (ə) və onun başqa tərəfdarları, xüsusilə böyük övladı İmam Həsən Müctəba (ə) və Peyğəmbərin (s) ürəyinin parçası və gözünün nuru adlandırdığı xanım Fatimeyi Zəhra (s) və başqa yüksək məqamlı insanların adlarını qeyd etmək istəyirik.

Bu kimi ixtilaflar müsəlmanlar arasında hədisin yazılıb yazılmaması mövzusunda iki dəstəyə bölünməsinə səbəb oldu. Bir qrup, hədisin yazılmasının tərəfdarı ( Əli (ə) və onun tərəfdarları), ikinci bir qrup isə hədisin yazılmasının əleyhinə (Əbu Bəkr və davamçıları )

idilər

İmam Əlinin (ə) vaxtinda hədisin yazilmasi

Buxari öz səhih kitabında Əmirəl-möminin Əlidən (ə) nəql edir ki, o, belə buyurdu: Bizim yanımızda səhifədən başqa oxunulası bir kitab yoxdur. Sonra bir səhifəni çıxartdı. Onun içində “diyə hökmləri, dəvələrin zəkatda şərt olan yaşları və Mədinədən başqa Sura qədər olan yerlərin hərəm hökmündə olması yazılmışdı.”

Həmçinin, Buxari nəql edir ki: Əli (ə) mənbər üstündə bir səhifəni şəmşirin qınından çıxartdı və açdı. Sonra hökmü o səhifə üzündən oxudu.

Həzrət Əlinin (ə) səhifəsinin barəsində Buxari və Müslim öz səhih kitablarında başqa sənədlər əsasında çox geniş hədislər nəql etmiş, o cümlədən, Həzrət Əlinin (ə) səhifələrindən müxtəlif hökmlərin istifadə olunmasına işarə etmişlər. (1)

Bu səhifələrdən Buxari və Müslimün səhih kitablarında olan nəqlə əsasən belə nəzərə gəlir ki, çox olmasına baxmayaraq (2) hədislərin mətnlərinə diqqət yetirdikdə diqqətimizi iki əsas və mühüm nöqtəyə sövq edir. Onlardan biri bu səhifələrin çoxluğunu, digəri isə onun yığcam və bütöv olmasını çatdırır. Bu səhifələrdə əhkam məsələlərinin bütün incəlikləri və xırdalıqları (məs: diyə, qisas və dəvələrin yaşlarının müəyyən olması və s. kimi hökmlər) vardır. Bu səhifələrdə Mədinə və onun ətrafında olan dağların sayı, məsafəsi də qeyd olunmuşdur. Bu da səhifələrin yığcam olmasına dəlalət edir. Lakin, İbn Həcər deyir:

Bu hədisləri axtararkən bu nəticəyə gəlmək olar ki, səhifələr bir kitab olubdur. Bütün hökmlər bu səhifədədir lakin, nəql edənlər bacardıqları miqdarda əzbərləmış və nəql etmişlər.” (3)


1- [1] . “Səhihi-Buxari”, 1-ci cild, “Kitabul-elm” bölümü; və 3-cü cild, “Kitabul-həcc”, “Hərəmul-Mədinə” bölümü; 4-cü cild, “Zimmətul-muslimin” bölümü və “İsmu mən ahədə summə qadər” bölümü; “Fukkakul-əsir” bölümü; 8-ci cild, “Kitabul-fəraiz”, “Ma yəkrahu minəttəəmmuqi vət tənaziyi fil-elm” bölümü; 9-cu cild, “La yəqtulul muslimu bil kafir” bölümü; “Səhihi-Müslim”, 4-cü cild, “Kitabul-itəq”, “Təhrim” bölümü; 6-cı cild, “Təhrim əz-zibhu liğeyrillah”, bölümü; “Sunəni-Nəsai”, 8-ci cild, səh. 19-23;

2- [2] . Yazıçının istifadə etdiyi hədislərin sayı təkrar olmamaq şərti ilə 13 hökmdür .

3- [3] . “Fəthul-bari”, 1-ci cild, səh. 215;

İmam Əli (ə) və onun yazdıqları

Nəccaşi Məhəmməd ibn Əzafir Seyrəfidən nəql edir ki: Mən, Həkəm ibn Üyeynə(1) ilə Əbu Cəfər imam Baqirin (ə) yanında idik. Həkəm İmam Baqirdən (ə) sual soruşdu . İmam (ə) ona xüsusi ehtiram edirdi(2). Nəhayət, məsələdə ixtilaf etdilər. İmam Baqir (ə) övladına buyurdu: Qalx, cəddim Əmirəl-möminin Əlinin (ə) kitabını gətir. İbn Əzafir deyir: İmam Baqirin (ə) övladı kitabı gətirdi, çox böyük və bir-birinə bükülmüş idi. Bu vaxt İmam Baqir (ə) buyurdu: Bu kitab Həzrət Əlinin (ə) öz xətti və Peyğəmbərin (s) imlası ilə yazılmışdır. Sonra Həkəmə tərəf üz tutub buyurdu: Əba Məhəmməd! Sən və Sələmə və Əbul Miqdam hara istəyirsinizsə gedə bilərsiniz. Lakin, and olsun Allaha elmi Cəbrailin (ə) nazil etdiyi kəslərdən başqa heç yerdə tapa bilməzsiniz. (3)

Hədis yazanların sayı və rütbələri

Nəccaşi (4) öz qiymətli kitabında imamların(5) səhabələrindən və şiə məzhəbinin rical(6) şəxslərindən 1200 nəfərin adını çəkmiş və onların tərcümeyi-halını gətirmişdir. Həmçinin, öz kitabının müqəddiməsində bu nöqtəni qeyd edərək bildirir ki: - Mən, bu kitabda şiə ravilərini və imamların səhabələrindən təkcə kitab yazanların tərcümeyi-halını yazmağa başlayıram; yalnız müəlliflərin həyat tərzini qeyd edirəm.(7) İmam Sadiqin (ə) dövrünə qədər rical elminin alimlərini, müəllif adı ilə şöhrət


1- [1] . Həkəm, sünni məzhəbinin böyük alimlərindən biridir.

2- [2] . Bəzi ərəb ibarətlərində bu ibarət “mukrimən və ya mukrihən” yazılmışdır.

3- [3] . Ricale Nəccaşi- Əhməd ibn Əzafirin tərcüməsi

4- [4] . Hicrətin 450-ci ilində vəfat etmişdir.

5- [5] . Peyğəmbərin (s) pak Əhli-beyti.

6- [6] - Rical elmi- Hədisçilərin və ravilərin doğrusunu yalandan, etibarlısını etibarsızdan ayıran elmə deyilir. (Mütərcim)

7- [7] . Nəccaşinin ricalında müqəddiməyə bax.

tapmış şiələrin məşhur müəlliflərini və hədis yazanlarla birgə üç qismə bölmüşəm.(1) Lakin, bununla belə imamların səhabələrindən kitab və hədis yazıçılarının dəqiq sayı əlimizdə deyildir. Çünki, imamların səhabələri arasında onlarla söhbət olub, şagirdlik iftixarına nail olan şəxslər, həmçinin kitab və əsərləri yadigar qalmayanlar çox azdır.

İmam Sadiqin (ə) zamanında hədislərin yazılışı

İmam Sadiqin (ə) dövründə (hicri-qəməri tarixi ilə 83-148-ci illər) ona verilən və ələ düşən fürsətdən istifadə edərək hədis söyləmək və yazmaq çox inkişaf etdi. O Həzrətin (ə) müxtəlif sahələrdə 4000 – dən çox tələbəsi olmuşdur.(2) O elmlərdən fiqh, kəlam, təbiət, fizika, kimya və bialogiya kimi elmləri göstərmək olar. Təkcə Həsən ibn Əli Vəşai bir zaman Kufə məscidində 900 nəfər alimin olduğunu görmüşdür ki, onların hamısı demişlər:

 حَدَّثَنِی جَعْفَر بن مُحَمَّدْ - “Cəfər ibn Məhəmməd (ə) mənə belə söylədi”.(3)

Bəli, İmam Sadiqin (ə) dövründə, o Həzrətin öz təkidi ilə hədis nəql etmək və yazmaq barədə olan buyurduqları sözlərə və


1- [1] . Bu hissədə Nəccaşinin ricalına və Şeyx Tusinin mündəricatına , həmçinin “Əyanuş-Şiə vəz-zəriə” -yə müraciət etmək olar.

2- [2] . Şeyx Mufidin “İrşad” kitabı, Təbriz çapı, səh-289

3- [3] . Həsən ibn Əli ibn Ziyad Vəşai Kufə əhlindən və imam Rzanın (ə) etimad etdiyi səhabələrdən biri idi. Şiə məzhəbi içində elm və təqvada məşhur bir şəxs kimi tanınmışdır. Əhməd ibn Məhəmməd ibn İsa deyir ki: Hədis öyrənmək üçün Kufəyə gəldim ki, Həsən ibn Vəşa Əla ibn Rəzinin və Aban ibn Osmanın kitabını mənə versin. İbn Vəşa o kitabı mənə verdi, mən dedim: - Hadisələrdən qorxuram. Dedi:- Əgər mən bilsəydim ki hədis, olduğu miqdarından da çox bu qədər qiymətli olacaq onu toplamaqda daha çox çalışardım. Çünki mən, həmin Kufə məscidində şiə alimlərindən 900 nəfərinin “İmam Cəfər (ə) buyurur” – “mənə belə buyurdu” – söylədiyini gördüm. “Ricali Nəccaşi”, Həsən ibn Vəşa – tərcümə.

kəlamlara(1) çoxlu kitablar yazılmışdır. O zamanda yazılmış kitabların və müəlliflərin sayının çoxluğuna görə onların dəqiq sayını söyləmək mümkün deyildir. Lakin, bu kitablardan əhkam və başqa məsələlərə aid olan hökmlər barədə yazılmış yazıların sayı 400 cild kitab olmuşdur. Bu da İmamın (ə) 400 nəfər tələbələri tərəfindən yazılmışdır. Bu kitaba “Üsule ərbəə” deyirdilər. Kitabda olan hədislər qarışıq və pərakəndə şəkildə olduğuna görə bəzi hədislərin bir qismi bu hədis kitabında yazılmış, bəzisi isə yazılmamışdır. İmam Əli ibn Musa Ər-Rzanın (ə) zamanında (hicri-qəməri tarixi ilə 148-203-cü il) onun səhabələrindən bir qrupu, hər biri də öz üslubu və xüsusi tərtibi ilə “Üsul” kitabını toplamışlar(2). Onlardan hər biri Üsule ərbəə kitabını toplamaqla böyük bir kitab düzəldərək adını “Came” qoydular. Əlbəttə bu came, imamların səhabələrinin qeyb dövrünə kimi, müxtəlif mövzularda və xüsusi mövzular əsasında yazdıqları kitablardan başqa qeyd olunan yazılar idi.

Kutube ərbəə - 4 kitab

 Bu Came kitabı şiə məzhəbinin müraciət yeri, Həzrət imam Rzanın (ə) dövründən dini və şəri məsələlərdən ibarət olan hökmlər idi. Mərhum Kuleyni (vəfatı -329-cu il) sonralar “Kafi” kitabını təlif etdi. Yeni və xüsusi bir üslubda xəbərləri came kitabında topladı. Onun ardınca mərhum ibn Babaveyh


1- [1] . Ricali Nəccaşi səh. 1, Şafi səh. 1 və 30; Kafi 1-ci cild,səh. 51; Vəsiluş-Şiə 1-ci cild,8; Kitabuş-Şəhadat bölümü; - 8 a ) أَعْرِفُوامَنَازَِالنَّاسِ عَلَی قَدرِروَایَتِهِم عَنَّا. b ) القلب یتکل علی الکتابه. v ) أَکْتُبُوافَأنَّکُمْ لاَتَحْفَظُونَ حَتَّی تَکْتُبُوا. q ) اِحْفَظُُوابِکُتُبِکُمْ فَأِنَّکُمْ سَوْفَتَحْتَاجُونَ اِلَیْهَا.

2- [2] . Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr; Cəfər ibn Bəşir ; Həsən ibn Əli ibn Fuzal və s...

(vəfatı - hicri-qəməri tarixi ilə 381-ci il) “Mən la yəhzuruhul fəqih” və sonralar isə mərhum Şeyx Tusi (vəfatı- hicri-qəməri tarixi ilə 460-cı il) öz tanınmış kitabında “Təhzib və İstibsar”-əsərini yazaraq müxtəlif hədisləri Üsule ərbəə miə (400 usuldan) və Came kitabından, həmçinin imamların başqa səhabələrinin kitablarından toplayıb bir yerə yığdı.(1) Bu dörd kitab “Ərbəə” adı ilə, yəni “mötəbər dördlük” kitab adı ilə tanındı. Əlbəttə şiə məzhəbinin böyük alimləri bu dörd kitabdan əlavə, mühüm və müxtəlif mövzularda – tarix, təfsir, hədis və s. kitablar yazıb toplamışlar. Həmin kitablar hal-hazırda bizim zamana qədər gəlib çıxmış, İslam kitabxanalarının çoxunda qorunub istifadə olunur.

Lakin, bu dörd kitab, şiə məzhəbinin alimlərinin və müctəhidlərin şəri hökmlərinin isbat olunmasında (dəlillə ələ gətirilməsində) əsas böyük rol oynadığı üçün, alimlər tərəfindən xüsusi diqqətlə nəzarət altında saxlanılır. O cümlədən, bu kitabların qorunması və ona müraciət olunması başqa kitablara nisbət daha çox əhəmiyyət tapmışdır. Kitablarla tanışlıqdan sonra böyük elm sahibləri, hədis elmi ustaları düyünlü və mənası başa düşülməyən hədisləri bu kitablar vasitəsi ilə açıqlayır və dörd kitabdan başqa mötəbər üsullarla qanunlar düzəltməklə böyük kitablar yazmışlar.

Bu, şiə məzhəbində ilk gündən bu günə kimi olan hədis yazılışının çox kiçik tarixçəsi idi. İndi isə sünni məzhəbində olan hədislərin yazılış tarixinə nəzər salaq.

Sünnü məzhəbində hədislərin yazılması

Qeyd etdiyimiz kimi, Həzrət Məhəmmədin (s) vəfatından sonra onun səhabələrindən bir qrupu, o cümlədən Əbu Bəkr, Ömər


1- [1] . Bu hissədə “Came-i əhadisuş-şiə” kitabının müqəddiməsinə müraciət edə bilərsiniz.

ibn Xəttab hədis yazmaqla müxalifətçilik etmişdir. Nəinki yazılmasında, hətta onun şifahi surətdə nəql olunmasının da qarşısını almışlar. Hədis nəql edənlər Peyğəmbər (s) zamanında o Həzrətin mübarək dilindən eşitdiklərini nəinki nəql edə bilir, hətta o Həzrətin zamanında yazdıqları hədisləri su ilə yumuş və ya oda ataraq yandırmışlar.

Əlbəttə sonralar bu düzgün olmayan əməlin üstünü ört-basdır etmək üçün Həzrət Peyğəmbərin (s) özünə nisbət verilən uydurma və elmin ziddinə olan hədislər nəql etmişlər. Məsələn:

لا تَکْتُبُواعَنِّی وَمَنْ کَتَبَ عَنِّی غَیْرالقُرْانَ فَلْیَمْحُه

_ MəNDəN BIR şEY YAZMAYıN. HəR KəS QURANDAN BAşQA BIR şEY MəNDəN YAZARSA ONU ARADAN APARSıN. _(1)

Əbu Bəkrin xilafəti dövründə hədis yazılışının qadağan edilməsi

Əbu Bəkr Rəsuli-Əkrəmin (s) vəfatından sonra camaatı bir yerə yığdı və dedi:

Siz, Peyğəmbərdən (s) hədislər nəql edirsiniz. Bəzən aranızda ixtilaflar baş verir. Əgər iş belə getsə, gələcəkdə müsəlmanlar çox möhkəm və şiddətli ixtilaflara düçar olacaqlar. Bu səbəbdən, bu gündən etibarən Peyğəmbərdən (s) heç bir hədis


1- [1] . “Ət-təsbitu fil-hədis” Bu hədisin uydurma və qondarma olmasına açıq dəlil budur ki, birinci xəlifə (Əbu Bəkr) və ikinci xəlifə (Ömər) bu hədisə əməl etməmişlər. Çünki, sonrakı səhifələrdə gələn mətləbə diqqət etsəniz görərsiniz ki, bu iki xəlifə hədislərin yazılma və yayılmasının qarşısını almaq üçün boş və mənasız dəlillər gətirmişlər. Əgər həqiqətən hədisin yazılmasında Peyğəmbər (s) tərəfindən belə qadağa var idisə, onlar öz hədəflərinin və planlarının irəli getməsində o hədisdən yaxşı istifadə edərək bəhrələnə bilərdilər. Bundan əlavə, Peyğəmbər (s) belə əmri, hədis yazmamaq barədə vermiş olsa böyük alimlər məs: Malik “Məvəttə`” adlı hədis kitabının sahibi və Əhməd ibn Hənbəl “Musnəd” kitabının sahibi və “Sihah, Sunən və Məsanid” kimi kitabların sahibləri o Həzrətin (s) əmrinin qarşısında müxalifətçilik etmiş olurlar. Bu da başqa bir dəlildir ki, əhli-sünnə məzhəbinin alimləri də bu hədisi ya kökündən qəbul etmirlər və ya xüsusi bir yerə aid olduğunu bildirirlər.

nəql etməyin. Əgər sizlərdən bir kəs sual soruşarsa deyin ki, bizimlə sizin aranızda həmin Quran kifayət edər və bəsdir. Onun halalını halal və haramını isə haram bilin(1).

Aişə deyir: Atam (Əbu Bəkr), Peyğəmbərdən (s) 500 hədis yazaraq toplamışdır. Bir gecə gördüm ki, yatağında çox narahatdır. Onun narahatlığı məni də narahat etdi. Səhər açılanda narahatlığının səbəbini soruşdum.

Dedi: Qızım! Sənin yanında olan hədisləri mənə gətir. Sonra əmr etdi bir od qaladılar. Hədislərin hamısını yandırdı. Bu əməli özü belə izah etdi: “Qorxuram öləm və bu hədislər sənin yanında qalsın. Bəlkə onların içində elə hədislər vardır ki, onları etimadlı şəxslərdən nəql etmişəm. Lakin, mümkündür ki, onlar saleh insanlar olmasın və onların səhvlərinin məsuliyyəti mənim üzərimə düşsün.”(2)

Həqiqət burasındadır ki, xəlifənin bu əməli bir tərəfdən öz sözü ilə hədis nəql etməyi qadağan olunmasını elan etmiş və başqa cəhətdən isə əməli surətdə 500 hədis yazdıqdan sonra onları oda ataraq yandırmışdır. Görəsən bu əməl müsəlmanlarda, hədis əzbərləyənlərdə və söyləyənlərdə hansı əks təsirləri qoydu və ya arzuolunmaz nəticələr verdi? Nəticə belə oldu ki, təqribən üç il müddətində Əbu Bəkrin xilafəti dövründə hədis yazmaq və nəql etmək qadağan olundu. Müsəlmanlar təkcə Qurana, onun təfsiri və izahı olmadan diqqət etdilər. Xəlifənin bu əmri verməkdə məqsədi guya müsəlmanların bütün bəhslərini Qurana yönəltmək idi.

Ömərin xilafəti zamanı hədis nəqlinin qadağan olunması

Ömər ibn Xəttabın on illik xilafəti dövründə(3) yürütdüyü qəzəbli siyasət nəticəsində hədis yazmaq və söyləmək qadağan edildi.


1- [1] . “Təzkirətul-hifaz”, 1-ci cild, səh. 3;

2- [2] .“Təzkirətul-hifaz”, 1-ci cild, səh. 5;

3- [3] . Ömərin xilafəti on il altı ay və dörd gün olmuşdur.

İkinci xəlifə nəinki hədis yazmağa və söyləməyə qadağa qoydu, hətta bu işin icra olunmasında zor tətbiq etməkdən çəkinmədi. Tanınmış səhabə Qerzət ibni Kəb(1) belə deyir: “Ömər bizi İraqa tərəf yola salmaq istədiyi zaman, özü bizi “Sərar(2)-a kimi ötürdü. Yol arasında bizdən soruşdu:

- Bilirsiniz sizi nəyə görə yola salıram? Dedik: Bizə hörmət etdiyin üçün! Dedi: Bəli, amma burada başqa bir mətləb də var. O da budur ki, siz elə bir yerə gedirsiniz ki o şəhərin əhli Quran oxumaqla məscidləri və oranın mühitini zinətləndirmişlər. Hədis söyləyib onları Quran tilavətindən saxlamayın. Quranı gücləndirin və onunla birgə heç bir kəlməni və ya hədisi dilinizə gətirməyin. Peyğəmbərdən (s) olan rəvayətləri az danışın. Mən də sizin bu işinizdə sizə şərik, sizinlə həmkar və bu əməldə sizi müdafiə edərəm.

Elə ki, Qerzət ibn Kəb Kufəyə daxil oldu. Ondan Peyğəmbərin (s) hədislərindən və kəlamlarından söyləməsini istədilər. Qerzə onların cavabında belə dedi: - Ömər bizə hədis söyləməyi qadağan edib (3).

Zəhəbi “Təzkiratul hifaz”- kitabında nəql edir ki: - Əbu Sələmə Əbu Hüreyrəyə dedi: Ömərin xilafəti dövründə də indiki kimi hədis söyləməkdə azad idin? (yəni hədis söyləyə bilirdin?)

Əbu Hüreyrə onun cavabında belə dedi: Əgər Ömərin


1- [1] . Qerzə (قرظه ) səhabələr içində ən tanınmış və ləyaqətli şəxslərdəndir. Uhud və başqa döyüşlərdə Peyğəmbərin (s) kənarında igidlik göstərmişdir. İsabənin nəqlinə əsasən Kufədə Peyğəmbərə (s) növhəsəralıq edən birinci şəxs həmin Qerzət ibn Kəb olmuşdur.

2- [2] . Məkan adı

3- [3] . “Mustədrəkul-Hakim”, 1-ci cild, səh. 102; “Sunən ibn Macə”, 1-ci cild, 3-cü bölüm; “Təbəqat”, 6-cı cild, səh. 2; “Cameul-bəyanil-elmi” 2-ci cild; səh. 148; “Sunəni Darəmi”, 1-ci cild, səh. 85; “Təzkirətul-hifaz”, 1-ci cild, səh. 3;

zamanında hədis söyləsəydim cavabımı taziyanə ilə verirdilər (1).

Ömər, Peyğəmbərin (s) səhabələri ilə hədislərin söylənilməsində onları çox çətin və ağır vəziyyətdə qoyaraq yersiz bəhanələr gətirirdi. Əbu Musa Əşəri “istezan” (ev sahibinə əziyyət vermək) barədə bir hədis nəql edən zaman Ömər dedi: “Əgər bu hədisinə şahid gətirməsən səni pis cəzalandıracam.” Bəzən bu hədə- qorxular camaatın etirazina səbəb olurdu. Belə ki, Əbu Munzir həmin əhvalatda Ömərə belə dedi:

فَلاتَکُنْ یَبْنَ الْخَطَّابْ عَذَاباًعَلَی أَصْحَابِ رَسُول الله|

_EY XəTTABıN OğLU! PEYğəMBəRIN _(S)_ SəHABəLəRINə NARAHATLıQ Və əZIYYəT VERMə._(2)

Ömər tanınmış hədisçilərdən üç nəfəri: İbn Məsud, Əbu Dərda və Əbu Məsud Ənsarini hədis nəql etdiklərinə görə Mədinədə nəzarət altında saxlamış və ölənə kimi bu üç nəfər ev dustağı kimi yaşamışlar.(3)

Hakim öz “Mustədrək” adlı kitabında Ömərin əmri il üç nəfəri - İbn Məsud, Əbu Dərda və Əbuzər(4)- hədis söylədiklərinin qarşısını almaq üçün nəzarətdə saxlanılaraq sonradan həbs olunduqlarını yazır.

Bu hədə-qorxuların və hədis söyləməyin qadağan olunmasının nəticəsini Peyğəmbərin (s) səhabələrindən olan Saib ibn Yezid (vəfatı-hicri-qəməri tarixi ilə 80-ci il.) nəql edərək belə açıqlayır: “Mən Səid ibn Maliklə(5) Mədinədən Məkkəyə


1- [1] . Təzkirətul-hifaz 1-ci cild, səh. 4

2- [2] . Səhihi-Buxari 6-cı cild, Babul-istezan – bu əhvalatın təfsilatı kitabın ikinci cildinin xilafət bəhsində (Xəlifələrin hökmlərə cahilliyi bəhsində) gətirəcəyik.

3- [3] . Təzkirətul-hifaz 1-ci cild, səh. 7 və Məcməul-zəvaid 1-ci cild, səh. 149.

4- [4] . Mustədrək 1-ci cild,səh. 110

5- [5] . İstiabın nəqlinə əsasən 2-ci cild;səh. 602; - O, ənsar alimlərindən idi və Peyğəmbərdən (s) çoxlu hədislər hifz etmişdir.)

kimi bir yerdə yol yoldaşı oldum. Səd bu uzun səfərdə yol boyu hətta bir dənə də olsun Peyğəmbərdən (s) hədis söyləmədi”. (1)

Şə`bi deyir: “Bir il Əbdullah ibn Ömərlə bir məclisdə oldum. İl boyunca Peyğəmbərdən (s) bir dənə də olsa hədis söyləmədi.”(2)

Ömərin vaxtında hədis yazmaq və toplamağın qadağan olunması

İbn Səd öz “Təbaqat” adlı kitabında deyir:

Ömər ibn Xəttab bir gün sunən və hədislərin yazılması barədə qəti qərara gəldi. Bu barədə Peyğəmbərin (s) səhabələri ilə məşvərət etdi. Səhabələr hamısı müsbət cavabla razı olduqlarını bildirdilər və bu işin çox lazım olduğunu vurğuladılar. Ömər bir ay şübhə ilə səbr etdi. Bir aydan sonra dedi:

-“Mən özüm hədislərin yazılmasında qabaqcıl şəxslərdənəm. Bu mövzunu da özüm açdım. Lakin, sonra bu məsələyə diqqət etdim ki, sizdən öncə kitab əhlindən olan bir qrup Allahın kitabı olan yerdə başqa kitabların yazılmasına üstünlük verirdilər və ona çox rəğbət bəsləyirdilər. Nəticədə, Allahın kitabını tərk etdilər. Bu səbəbdən mən də Allahın kitabına bir şey artırılmasına yol verə bilmərəm.”

 Bununla da Ömər öz fikrindən döndü və hədisin yazılmasını və toplanmasını tərk etdi.(3)

Hədis Osmanin dövründə

Osmanın on iki illik xilafət dövrü İslam tarixinin ən acınacaqlı tarixi hadisələrindən biri sayılır. Çünki, bu müddət ərzində dünyapərəstlik, haqsızlıq və zülm yüksək dərəcəyə çatmışdı.


1- [1] . Sunən ibn Macə 1-ci cild,səh. 12

2- [2] . Təbəqat ibn Səd 4-cü cild,səh. 106; Sunən ibn Macə 1-ci cild, bab-3; Səhihi-Buxari 9-cu cild, bab- Xəbərul-mərətul-vahidə.

3- [3] . “Təbəqat ibn Səd”, 3-cü cild, səh. 206; “Əbu Talib muminul-Qurəyş”, 2-ci və 3-cü cild;

Müsəlmanların beytul-malı, zəiflərin və fəqirlərin hüququ o şəxslərin əlində idi ki, onların Osmanla qohumluq əlaqəsi var idi. Osmanın sarayında qarnını doldurmaqla məşğul olanlar və təmtəraqlı saray sahibləri keyf və işrət içində olduqları bir halda, başqa müsəlmanlar bu sarayların qapısı ağzında gecələri səhərə kimi aclıqdan yata bilmirdilər.

Peyğəmbər (s) səhabələrindən ən ləyaqətli şəxsləri hökumət başına və məsuliyyətli vəzifələrə təyin etməkdənsə, onların əvəzinə Vəlid, Mərvan, Müaviyə və s. kimi cinayətkar şəxsləri iş başına və məsuliyyətli vəzifələrə təyin etmişdi.

Allah Peyğəmbərinin (s) səhabələri xilafətlə həmkarlıq etmədikləri, Quran oxuduqları və Peyğəmbərin (s) hədislərini söylədikləri üçün həmişə xəlifə Osman tərəfindən əzab-əziyyətə məruz qalırdılar. Osmanın bu hərəkətləri, səhabələrin və o cümlədən, haqq tərəfdarı olan müsəlamanların üsyanına səbəb oldu.

Osmanın xilafəti dövründə nəinki hədisə, hətta Quran ayələrinə belə diqqət olunmurdu. Quran oxuyanları və hədis söyləyənləri cəmiyyətdən uzaq səhralara sürgün etməklə, bəzilərini zindanlara salmaqla, bəzilərini isə şallaq və taziyanələrlə hədis söyləmələrinin qarşısını alırdılar.

Böyük və zahid səhabələrdən olan Əbuzər Qəffarinin sürgün olunması, Əbdullah ibn Məsud kimi böyük səhabənin məscid yanında döyülərək dişlərinin və qabırğalarının sındırılması, Əmmar Yasir kimi səhabənin döyülməsi, bu əzabın təsirindən bihuş olması və s. tarixi faktları buna misal gətirmək olar.

Xülasə, İslamın qabaqcıl və ön cərgəsində duran, Peyğəmbərin (s) səhabələrindən sayı ona çatan bir çoxunun belə əziyyət çəkməsi (döyülmək, söyülmək, sürgün və həbs olmaları) Osmanın xilafəti dövründə gözə dəyir.(1)


1- [1] . Bu hadisələrin geniş məzmunu Əl-ğədir kitabında verilmişdir 8-ci və 9-cu cildlər.

Osman mənbər üstə özü eşitdiyi hədislərdən başqa hədislərin söylənilməsinə yersiz qadağa qoyaraq belə fərman vermişdir ki:

لایَحِلُّ لاَحَدٍأَنْ یَرْوی حَدِیثاًعَنْ رَسُولُ الله| لَمْ اسْمَعْ بِهِ فِی عَهْدِ أبِی بَکْرٍوَلاعَهْدِعُمَرِ

_ __ ƏBU BəKR Və ÖMəRIN XILAFəTI ZAMANıNDA ONLARDAN EşITDIYIM HəDISLəRDəN BAşQA HEç KəSIN HAQQı YOXDUR KI, PEYğəMBəRDəN _(S)_ HəDIS SöYLəSIN_(1)_. _

Beləliklə, hədis söyləməyin qarşısını aldı və bu işi ilə hədis yazmağı qəti surətdə qadağan etdi.

Hədis Müaviyənin zamanında

Müaviyənin təqribən 40 ilə yaxın sürən xilafəti və hökuməti dövründə, xüsusilə xilafətinin axırırncı 25 ilində(2), uydurma və qondarma hədislər, əvvəlki xəlifələrin dövründən daha çox inkişaf etməyə başladı.

Əmirəl-möminin Əlinin (ə) məqam və vəziyyətini nəzərə almaqla, o Həzrətdən nəql olunan səhih və düzgün hədislərin təsəvvürolunmaz dərəcədə çoxluğu, Müaviyənin o zamankı siyasi vəziyyətinin təamamilə Zər`ərinə idi. Belə düzgün hədislərin qarşısında uydurulmuş hədisləri müxtəlif yollarla camaatın nəzərinə çatdırmaq lazım gəlirdi. Beləliklə, yalan və uydurma hədislərin müxtəlif yollarla yayılması Müaviyənin və onun siyasətinin xeyrinə qurtardı.

Müaviyənin nəzərdə tutduğu məxsus hiylələr hər iki tərəfdən təmin edilərək, həyata keçirildi. Çünki, bir tərəfdən mənbərlərdə Əbu Bəkr və Ömərin xilafətindən başqa


1- [1] . “Qəbulul-əxbar fi tərki qəbule ma yuxaliful-kitabə vəs-sünnətə vəl -əqlə ma ənin–nəbiyyi və ənis-sələf”, səh. 29, “Musnədi İmam Əhməd”, 1-ci cild, səh. 363; “Sünnə, yazılışdan öncə” səh. 97 kitabından nəql etmişdir; “Təbəqat ibn Səd”, 2-ci cild; 2-ci qism, səh. 100;

2- [2] . Osmanın ölümündən öz ölümünə kimi hic.-35-ci ilindən 60-cı ilinə kimi.

dövrlərdən nəql olunan hədislərə qadağan qoyulur(1), başqa tərəfdən isə camaata Osman və səhabə barəsində hədislər nəql olunurdu. Belə hədislərə diqqət edən, əzbərləyən şəxslərə hədiyyələr və böyük ənamlar verilirdi. Bu yolla bir çox şəxsləri yalan və uydurma hədislərin yazılmasına və çoxalmasına rəğbətləndirirdi.

Biz Müaviyənin əmri ilə uydurma hədislərin yazılmasına, səhih hədislərin isə nəql olunmasına qoyulan qadağanı, Əbul Həsən Mədainin(2) sözlərindən bir qismini tərcümə etməklə bəzi tarixi sübut və dəlilləri müxtəsər şəkildə təəccüblü nöqtələri ilə birgə əziz oxucuların ixtiyarına qoyuruq.

Mədaini öz qiymətli “Əl-Əhdas” adlı kitabında belə deyir:

Müaviyə bütün əlaltıları və təyin etdiyi əyalət hakimlərinə fərman yazdı. Məktubda belə deyilir: - “Mən, Əbu Turab (Əli (ə)) və onun övladlarının fəziləti barədə hədis nəql edənlərdən öz himayəmi götürdüm və onların qanını halal etdim.

Bu fərmanın nəticəsində xütbə oxuyanlar və xəbər deyənlər geniş İslam məmləkətlərinin bütün nöqtələrində, mənbərlərdə belə İmam Əliyə (ə) lənət oxumağa başlayaraq ondan uzaqlaşmağı təbliğ etdilər. İmam Əli (ə) və onun övladlarına nisbət bir çox böhtanlar yayıldı və onun ünvanına yersiz sözlər deyilirdi. Kufə əhli başqa şəhərlərdən fərqli olaraq biçarəlik, bədbəxtlik və müsibət girdabında batıb qalmışdı. Çünki,


1- [1] . “Səhihi-Müslim”, 3-cü cild, “Kitabuz-zəkat”, “Ən-nəhyu ənil-məsələ” bölümü; hədis: 1751; və 5-ci cild; “Kitabul-musaqat” 15-ci bölüm, “Əs-sərfu və beyuz-zəhəb” bölümü; hədis: 1578;

2- [2] . Əbul Həsən Mədaini tarix üzrə böyük alimdir. Müxtəlif kitablar yazmışdır. Məs: “Xətəbun-Nəbiy və əhdas”; “Xutəbu Əmirəl-möminin”; “Mən qətələ minət-talibin”; “Fatimiyyat” və s... İbn Əbil Hədid Mötəzili Nəhcül-bəlağənin şərhində ondan bir çox mətləblər nəql etmişdir. Mədaini 90 yaşında 225-ci hq-i tarixində Bağdadda vəfat etmişdir.

Kufədə Əlinin (ə) şiələri başqa yerlərə nisbətən çox idi. Şübhəsiz ki, Əbu Süfyan oğlu Müaviyənin bu şəhərə zülmü başqa şəhərlərdən daha çox idi. Buna görə də Kufənin hökumət və idarə sistemini Ziyad ibn Suməyyəyə təhvil verdi və Bəsrəni də ona artırdı. Ziyad ibn Suməyyə Müaviyənin bu məhəbbəti, lütfü qarşısında, “duz-çörəyi” itirmədi və Əbu Süfyan oğlu Müaviyənin “haqqını” taptalamadı. Əli (ə) şiələrini daşın və torpağın altından, harada gizlin və aşkar yaşayırdılarsa taparaq öldürürdü. Onların ürəklərində qorxu və vəhşət yaradır, əl-ayaqlarını kəsir, gözlərini çıxardaraq kor edirdi. Bu cinayətlərin nəticəsində Əli (ə) şiələri İraqdan qaçaraq, ucqar yerlərə pənah aparır və öz əqidələrini hamıdan məxfi saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş bilən bir şiə qalmadı.”

Mədaini sonra əlavə edərək deyir: “Əbu Süfyan oğlu Müaviyə öz sərkərdələrinə əmr etdi ki, Əli (ə) övladlarının və onun şiələrinin məhkəmədə verdikləri şahidliyi qəbul etməsinlər. Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailəsinin tərəfdarları və Osmanın fəzilətləri barədə uydurma hədis söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq etməsinlər. O cümlədən, Osmanın barəsində hədis söyləyən hər bir kəsin şəxsiyyətini və tərcümeyi-halını kamil surətdə yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər.

Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünki, belə hədisləri nəql edənlər Müaviyənin məxsus hədiyyə və mükafatlarına layiq görülürdülər”.

Mədaini deyir: “Müaviyənin belə bəxşişləri, hakimlərin uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün

İslam şəhərlərində saxta hədis yazmaq adi bir hala çevrildi. Müaviyənin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis nəql edərdisə hədis sual cavabsız qəbul olunur, hədis söyləyənin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O cümlədən, Müaviyə yanında hörmətə minir, belə şəxsin istəyi və sözü heç vaxt rədd olunmurdu”.

İkinci fərman

Görkəmli və tanınmış alim Mədaini öz sözlərini belə davam edir:

Əbu Süfyan oğlu Müaviyə Osman barədə söylənilən rəvayətlərin düzəlməsindən bir müddət sonra vilayət başçılarına belə yazdı:

Osman barədə hədislər kifayət edər. Həddindən artıq çoxalaraq İslam məmləkətlərinin bütün nöqtələrinə kifayət qədər çatmışdır. Bu fərman əlinizə çatan kimi camaatı səhabələrin və iki xəlifənin ( Əbu Bəkr və Ömər) fəzilətləri barəsində hədis uydurmalarına rəğbətləndirin. Əbu Turabın (Əlinin (ə)) barəsində nəql olunan hər bir hədisə oxşar bir hədisi səhabələr barədə də qoşsunlar. Bu əməl mənim gözlərimin işıqlanmasına, bununla da Əbu Turab şiələrinin və övladlarının məhv olmasına səbəb olacaqdır.

Bu fərman camaata oxundu və onun məzmunu xalq arasında yayıldı. Dərhal səhabənin fəziləti barədə uydurma və həqiqətdən uzaq olan çoxlu xəbər və hədislər söylənilməyə başlandı. Camaat belə hədislərin düzəlməsində və yayılmasında çox çalışırdılar. İş o yerə çatdı ki, uydurma fəzilətləri mənbərlərdə, namaz arası xütbələrdə camaat üçün oxunur və müsəlmanlara əmr olunurdu ki, bu hədisləri öz uşaqlarına da öyrətsinlər. Quran ayələri kimi onları əzbərləməkdə çalışırdılar. Hətta qadınlara, qızlara və

xidmətçilərə də bu uydurma fəzilətləri öyrədirdilər. Bu minvalla bir müddət belə davam etdi.”

Üçüncü və dördüncü fərman

Mədaini yenə də deyir:

-“Bir müddət də keçdi. Əbu Süfyan oğlu Müaviyənin xidmətində olanların və ona itaət edənlərin səhabələr və iki xəlifə barədə uydurduqları saxta hədislərini yazdıqdan sonra Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmanı çıxartdı:

- “Diqqətli olun ki, hər bir kəs Əlinin (ə) və onun övladlarının dostu adı ilə ittiham olunsa və bu ittihama kiçik bir sübut tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını beytul -maldan kəsin !”

Bu fərmanin ardınca bu məzmunda yeni bir fərmanı göndərdi:

Hər bir kəs Əli (ə) övladlarının dostu adı ilə ittiham olunsa ona təzyiq göstərin və evini alt-üst edin ki, başqaları üçün ibrət dərsi olsun.”

Mədaini deyir:

-“İraq əhli, məxsusən kufəlilər bu hadisədən və müsibətdən böyük bir müsibət görmədilər. Çünki, Əli (ə) şiələri bu fərmanın təsiri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli qorxu şəraitində yaşayırdılar. Belə ki, bəzən Əlinin (ə) şiələrindən iki nəfər dost bir-birlərinin evlərinə gedərdilər. Ev sahibi qulamının və xidmətçisinin qorxusundan onlara and verib əhd-peyman bağlamazdan əvvəl qonağına bir söz açıqlaya bilmirdi. O da başqalarına deməmək şərti ilə olurdu.

Beləliklə, Əli (ə) və onun övladları barədə uydurma hədislər tapıldı. Hədis söyləyənlər, qazilər və hakimlər həmin uydurma hədislərə qeyd-şərtsiz itaət edirdilər. Riyakar, camaatın ən pisi, əqidəsi zəif olan, zahirdə imanlı və ibadət əhli olan, hakimliyə

yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər uydurma hədislər düzəldirdilər. Zaman keçdikcə bu yalan və böhtanlarla dolu olan uydurma xəbərlər dindar və təqvalı şəxslərin əlinə keçdi. Lakin, bir qrup insanlar əqidələrinin yaxşı olması və sadəlikdən həmin uydurmaları qəbul etmiş və başqalarına da söyləmişlər . Əgər o hədislərin batil və uydurma olduğuna diqqət etsəydilər onu söyləməkdən çəkinərdilər”.(1)

Əməvi xəlifələri zamanında hədisin vəziyyəti

Mədaini Müaviyənin dövründə hədislərin vəziyyətini nəql etdikdən sonra, iyirmi bir il Əbdul Məlik ibn Mərvanın səltənəti və xilafəti dövründə hədislərin aqibətini, şiələrin əzab-əziyyət çəkmələrini Müaviyənin zamanından heç də az olmadığını geniş şəkildə bəyan etmişdir. O cümlədən, Mərvan və onun qaniçən və şiələrə zülm edən, vilayət başçısı təyin etdiyi Həccac ibn Yusifin etdikləri günahların və cinayətlərin bir qismini qeyd edərək belə deyir:

Həccacın məclisinə bir kişi daxil oldu və dedi:

Əmir! Atam və anam mənə haqsızlıq ediblər. Çünki, mənim adımı “Əli” qoyublar. Mən də fəqirəm və əmirin hədiyyəsinə möhtacam .

Həccac onunla xoş davrandı və dedi:

Bu gözəl sözlərinə görə filan şəhərə başçılıq etməyi sənə həvalə edərək o şəhəri sənə bağışladım.“(2)

Hədis yazmaqda ilk addım

Peyğəmbərdən (s) sonra hədisin necə yazılması barədə bəhs edildi. Əyyaşlıq və xoşgüzaranlıqla məşğul olan Əməvi xəlifələri dövründə hədisin mövzusu, başqa sözlə mənəviyyat tədricən yaddaşlardan silinirdi. “Din”-dən yalnız onun quru


1- [1] . “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 1-ci cild, səh. 44-46;

2- [2] . “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, 1-ci cild, səh. 44-46;

adı və rəsmi olaraq Qurandan başqa bir şey qalmamışdı. Alimlər və hədisçilər də ictimai mühitin təsiri altına düşərək Raşidin xəlifələrin(1) əməllərini özlərinə hədəf və meyar bilirdilər. Bir başa hədis yazmağı zehnlərdən çıxarmış və onu batil bir iş bilirdilər. O cümlədən, Ömər ibn Əbdul-Əzizin xilafətinə qədər (hicri-qəməri tarixi ilə 99-101-ci illər) hədis yazmağın önünə qırmızı bir xətt çəkmişlər.

Ömər ibn Əbdul-Əziz öz qısa xilafəti zamanı müsbət və faydalı addımlar atmağa başladı. Bu addımlardan biri də özündən əvvəlki xəlifələrin hədis yazılışını qadağan etmək siyasətini ləğv etməsi və hədis yazılışının başlanmasına bir təkan idi.

Buxari nəql edir ki, Ömər ibn Əbdul-Əziz, onun tərəfindən Mədinədə qaziliyə və hakimliyə təyin olunmuş Əbu Bəkr ibn Həzmə rəsmi şəkildə hədis yazılmasını əmr etdi. Bununla da həmin məktubda, köhnəlmiş və aradan getmiş hədislər üçün öz nigaranlığını bildirdi. (2)

Ömər ibn Əbdul-Əzizin xilafəti dövründə hədisin əməli sürətdə yazılması

Əhli-sünnə alimlərinin bir çoxu Ömər ibn Əbdul-Əzizin məktubunu nəql etmiş və onu hədisin yazılma tarixi kimi tanıtdırmışlar. Hicrətin birinci yüz illiyinin axır illərində və yaxud hicrətin ikinci yüz illiyinin əvvəllərini hədis yazılışının çiçəklənən illəri kimi adlandırmışlar.(3)

Mərhum Əllamə Seyyid Həsən Sədr (vəfatı-1354-cü hicri-qəməri tarixi) bu nəzəri tarixi dəlillərlə rədd edərək belə deyir:


1- [1] . Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib (ə) .

2- [2] . “Səhihi-Buxari”, 1-ci cild, “Kəyfə yəqbizul elmbölümü;

3- [3] . İbn Həcər “Fəthul-bari” 1-ci cild, səh. 204; “İrşadus-sari” Əsqəlani 1-ci cild, səh. 7; Cəlaluddin Süyuti “Tədribul ravi”, səh. 40;

Hədis yazmağa başlayan ilk şəxs Malik olmuşdur. O,“Muvəttə” kitabını Mənsur Dəvaniqinin (hicri-qəməri tarixi ilə 136-158-ci illər) əmri ilə, onun xilafəti zamanı yazmağa başlamışdi”.

Mərhum Əllamə Sədr öz nəzəriyyəsini isbat edərək belə deyir:

1. Ömər ibn Əbdul-Əzizin xilafəti iki il beş ay çəkdi;

2. Bu əmrin onun xilafətinin əvvəllərində və ya axırlarında icra olunması barədə olan tarix məlum deyildir;

3. Heç bir tarixdə Əbu Bəkr ibn Həzm kimi xəlifənin əmrlərinə etiraz edən bir şəxs görünməyib. O cümlədən, İbn Həzmin adına olan bir kitab və ya əsər hələ tapılmayıb. İbn Həzmə hədisin yazılmasını istinad edənlər və bu nəzəriyyənin tərəfdarları ehtimal və şübhələrə çox əsaslanmışlar;

4. Əgər bu əmr İbn Həzmin zamanında yerinə yetirilsəydi və hədisin o zamanda yazılışı isbat olunsaydı, nəyə görə onda bəzi tanınmış tarixçilər tərəfindən hədisin yazılışı hicrətin ikinci yüz illiyinin axırlarına təsadüf etdiyini nəql edirlər?O cümlədən, Hafiz Zəhəbi ki, onun işində ustalığı və doğruçuluğu hamıya çox məlumdur, açıq-aşkar belə deyir: “Sunən” və bu kimi kitablar, ilk dəfə Əməvilərin xilafətindən və Əbbasilərin hakimiyyətə gəlişindən sonra yazılmağa başladı.

Heç bir tarixçi Süyutinin və İbn Həcərin nəzərini qəbul etmirlər”.(1)

Biz də mərhum Sədrin nəzəriyyəsinin təsdiqində deyirik ki: İbn Həcərin özü birinci müəllif barədə müxtəlif nəzəriyyələr vermişdir. Bir yerdə belə deyir: “Hədis yazmağa başlayan ilk şəxs Rəbi ibn Səbih idi.(2) Başqa bir yerdə isə deyir: Əvvəlinci


1- [1] . “Təsisuş-şiə”, səh. 278-279;

2- [2] . “Hədyus-sari”, 1-ci cild, səh. 4 (İbn Həcər Əskəlaninin “Fəthul-bari” kitabına olan müqəddiməsi)

müəllif Şəhab Zohəridir ki, birinci əsrin sonunda Ömər ibn Əbdul-Əzizin əmri ilə bu işi gördü”.(1)

Başqa bir yerdə isə belə deyir:

Birinci müəllif və hədis yazan İbn Həzmdir”.(2)

Fərid Vəcdi də hədisin birinci müəllifinin Maliki olduğunu bildirmişdir: “Hədis barədə əvvəlinci müəllif Malikdir. O, ”Muvəttə`” kitabını təlif etdi və bəziləri dedilər ki, İbn Cəriğ (vəfatı-150-ci hicri-qəməri tarixi) ilk hədis müəllifidir”.(3)

Katib Çələbi deyir: - “İslamda ilk təlif olan kitab ibn Cəriğin kitabıdır”. Sonra deyir: “Malikin “Muvəttə`” kitabının birinci yazıldığı söylənilmişdir. O cümlədən, deyilmişdir ki, hədis kitabı yazmağa başlayan ilk şəxs, Rəbi` ibn Səbih idi”.(4)

Hafiz Zəhəbi hicri-qəməri tarixi ilə 143-cü ilin hadisələrindən belə nəql edir: “Bu ildə alimlər Məkkə və Mədinə şəhərlərində hədis yazmağa başladılar”.(5)

Doktor Əhməd Əmin, Ömər ibn Əbdul-Əzizin əmri barəsində olan bəhslərdən sonra belə deyir: “Bizə məlum olan budur ki, Əbu Bəkr ibn Həzmin adına olan əsər və birinci əsər adlı bir şey bizim əlimizə çatmayıb. O cümlədən, keçmişdəki hədisçilərdən heç biri bu kitab barədə heç bir söz deməmişlər. Əgər belə bir kitab olsaydı, hədis yazanlar üçün ən mühüm sənədlərdən biri kimi sayılardı. Belə olduğu halda da hökmən onlar öz yazılarında belə bir kitaba istinad edər , ondan dəlil kimi istifadə edərdilər”.

İş burasındadır ki, bəzi qərb alimləri(6) belə xəbərin olmasına


1- [1] . “Fəthul-bari”, 1-ci cild, səh. 218

2- [2] . “Fəthul-bari”, 1-ci cild, səh. 204;

3- [3] . “Dayiratul-maarif”;

4- [4] . “Kəşfuz-zunun”, 1-ci cild, “Elmul-hədis” bölümü;

5- [5] . “Derasətun fil Kafi vəl Buxari” dən nəql olunub səh. 21.

6- [6] . Şərq ölkələrində, xüsusən müsəlmanlar yaşayan məmləkətlərdə və ya ölkələrdə siyasi, ictimai, iqtisadi, mədəni və s... kimi axtarışla məşğul olanlar.

şəkk etmişlər. Lakin Əbdul-Əzizin əmri və əsl xəbər barədə şəkk-şübhə yoxdur. Ancaq bu əmrin yerinə yetirilməsi məsələsi şübhəli bir məsələdir. Bəlkə də bu əmrdən sonra dərhal Ömər ibn Əbdul-Əzizin(1) vəfatı səbəb oldu ki, Əbu Bəkr ibn Həzm bu əmri yerinə yetirə bilməsin.(2)

Əziz oxucu! Gördüyünüz kimi alimlər hədisin yazılması barədə və sünnilər arasında birinci müəllifin kimliyi barədə nəzər ayrılığına malikdirlər. Hədisin Ömər ibn Əbdul-Əzizin xilafəti dövründə yazılması barədə heç bir dəlil-sübut olunmamışdır. Bu haqda yazılan mövzu budur ki, Buxarinin nəql etdiyinə əsasən bildiririk ki, Ömər ibn Əbdul-Əziz hədis yazılması barədə əmr etmişdir. Lakin bu əmrin tarixi nöqteyi-nəzərdən yerinə yetirilməsi isbat olunmamışdır. Bəlkə tarixdə gələn hadisələr və bu hadisələrin adi axarına nəzər salarkən bu məsələnin əksi sübut edilir.

Uzun bir müddət, yəni yüz əlli illik qadağadan sonra hədis yazılışı və deyilişi azadlığa çıxdı və çiçəklənməyə başladı. Dərs hövzələrində hədis yazmaq yavaş-yavaş adi hala çevrildi. Bu iş sonralar xəlifələrin təzyiqi və əmrləri ilə genişləndi. Çünki, müsəlmanlar bir əsr haram bildikləri işin ardınca getmək istəmirdilər. Buna görə də Muəmmər, o da Zohəridən nəql edir ki:

Biz hədis yazmağı günah və səhv bir iş bilirdik. Xəlifələr və hakimlər bizi hədis yazmağa məcbur etdilər”.(3)

Alti səhih kitabın meydana gəlmə tarixi

Hicri-qəməri tarixi ilə ikinci əsrin ikinci yarısında hədisçilər


1- [1] . Hakimiyyət tərəfindən zəhərlənib öldürülməsi.

2- [2] . “Zuhal-İslam”, 2-ci cild; səh. 106-107;

3- [3] . “Təbəqat”, 2-ci cild; səh. 135; “Cameu bəyanil-elm”, 1-ci cild; səh. 92;

keçmiş səhvlərini başa düşərək hədis yazmağa başladılar. Bununla hədis elmi birdən birə inkişaf etməyə başladı. Hədis elminin inkişafdan qalma səbəbi isə guya ictimai vəziyyətin qorxulu olması idi. Qısa bir müddət ərzində təqribən bir əsr hicri-qəməri tarixi ilə 150 –ci ildən 250-ci ilə kimi “sihah”, “məsanid” və “mustəxrəc” və s. kimi kitablar meydana gəldi.(1)

Bu zamanda müəlliflərin hədəfi və səyi hədis toplamaq idi. Hələ hədis səhihə, həsənə, zəifə və məmula ayrılmamışdı.(2) Kitabların məzmunu və onun sənədləri müxtəlif hədislərlərdən ibarət olan səhihdən və qeyri- səhihdən təşkil olunurdu. Hicrətin 256-cı ilində Buxariyə və başqa sihah sahiblərinə bu hədislərin məzmunu və sənədləri gəlib çatdı.

İbn Həcər deyir: “Buxari elə ki, bu kitabları və məsanid kitabını gördü, bir müddət onları araşdırdıqdan sonra bu nəticəyə gəldi ki, doğru və yanlış hədislər qarışmışlar və bir-birlərinin kənarında yerləşmişlər. Onların doğrusunu yanlışından seçmək hər kəsə müyəssər olmadığı üçün, doğru hədisləri minlərlə qarışıq hədislərin arasından çıxararaq bir kitabda cəm etdi ki, heç kimə şəkk –şübhə yeri qalmasın”.(3)

Buxaridən sonra onun şagirdi Müslim ibn Həccac Quşeyri Nişapuri (hicri-qəməri tarixi ilə 261-ci il) öz “Səhih” adlı kitabını “Əl-Cameus-Səhih” adı ilə topladı. Onun ardınca Müslim Məhəmməd ibn Yəzid ibn Macə Qəzvini (hicri-qəməri tarixi ilə 273-cü il) öz “Sunən” adlı kitabını yazaraq tamamladı.

Əbu Davud Səcistani Süleyman ibn Davud (hicri-qəməri tarixi ilə 275-ci il) və onun ardınca Termizi Məhəmməd ibn İsa


1- [1] . “Kəşəfuz-zunun”un sahibi təkcə məsanid barədə 40-dan çox musnədin adlarını qeyd etmişdir. Onlar arasında musnəde Əhməd ibn Həmbəl 30000 hədisə malik olmaqla birinci yerdə dururdu.

2- [2] . Hədis elminin istilahlarındandır.

3- [3] . “Hədyus-sari”, 1-ci cild, səh. 4;

ibn Surə (hicri-qəməri tarixi ilə 279-cu il) öz “Came” adlı kitabını “Camei-Termizi” adı ilə təqdim etdi. Termizidən sonra Əhməd ibn Şueyb Nəsai (hicri-qəməri tarixi ilə 303-cü il) öz məruf “Sunəni-Nəsai” adlı kitabını(1) yazdı.

Bu altı kitab sünni məzhəbinin birinci “Came” kitablarını təşkil edir. Bu kitablar onların etiqadlar, füruiddin, təfsir və İslam tarixi kimi mövzularda etimad etdikləri kitablar sayılır. Bu altı kitab “Sihahi-sittə” yəni altı səhih kitab adı ilə tanınmış və bəzən Səhihi-Buxari və Səhihi-Müslimdən “Səhiheyn” yəni iki səhih kitab, başqa dörd kitablar isə “Sunən” adı ilə tanındı.(2)

Bu kitablardan sonra yüzlərlə müsnəd, mustədrək, mustəxrəc və s. adlı kitablar yazıldı. Lakin bunların heç biri sihah kitablarının səviyyəsinə çatmamışdır.

Sihah və Məsanid kıtabları arasında olan fərqlər

Hədis istilahı dilində, “səhih” o hədisə deyilir ki, onun sənədi adil və təqvalı şəxslər vasitəsilə Peyğəmbərə (s) ya da məsum imamlardan birinə çatsın.(3)

Bu altı kitab öz məzmunu və bütün hədisləri, sənəd və ravi, həmçinin mətn cəhətindən səhih sayıldığına görə onu “sihah”, yəni “səhihlər” adlandırmışlar. Mümkündür ki, bir hədis səhih sahiblərinin birinin nəzərində düzgün, lakin başqalarının nəzərində isə düzgün sayılmasın. Amma sihah müəlliflərinin nəzərində bu kitablarda yazılanlar və nəql olunanlar hamısı düzgün və mötəbər şəxslər tərəfindən nəql olunmuşdur. Lakin məsanid və başqa kitabların məzmunlari belə deyildir. Onların müəllifləri bu hədislərin hamısının səhih və düzgün olmasına


1- [1] . Bəzən bu kitab, “Muctəba” da adlandırılmışdır.

2- [2] . Bəzən “Muvəttəi-Malik” kitabını “Sünən” və “Sihah”ın sıralarında sayırlar.

3- [3] . Bu tərif barədə hər iki məzhəbin (şiə və sünni) kitablarında dərc edilmişdir.

inanmırlar. Bu hədisləri yazanların əsas və ümdə hədəfləri doğru və yanlışlığına baxmayaraq onları toplamaq olmuşdur. Hətta Əhməd ibn Həmbəl öz müsnəd adlı kitabında 4000-ə yaxın hədis qeyd etmişdir ki, onların hamısını doğru və düzgün sayır.

Bu kitabı yazmaqda məqsədimiz

Biz hədisin meydana gəlməsi və onun xüsusiyyətlərini xülasə şəkildə açıqladıq. Peyğəmbərin (s) vəfatından sonra hədislərin Ömər ibn Əbdul-Əzizin xilafətinə kimi necə nəql olunub yazılması barədə möhkəm dəlillərə əsaslanaraq, əziz oxucunun nəzərinə qısa şəkildə çatdırdıq. Bəhs olunan mövzularda iki əsas və mühüm nöqtə diqqəti cəlb edir:

1. Allah peyğəmbərinin (s) vəfatından bir əsr keçdikdən sonra sünni məzhəbində hədis yazılışının başlanması.

Hədis qadağası dövründən yüz illik bir müddət keçdiyinə görə, əllərdə heç bir yazılı əsər və ya sənəd qalmamışdı. Ona görə də bu dövrdə hədis yazmaq istəyənlər, müəlliflər və yazıçılar hədis əzbərləyənlərin yaddaşına və sinədən–sinəyə gəlib o zamana kimi çatmış hədislərə əsaslanmışlar.

2. Hədis söyləməyin qadağan olunması və Ömər ibn Əbdul-Əzizin xilafəti dövrünə qədər uzun müddətin davam etməsi, saxta və uydurma hədis söyləyənlərin çoxalmasına səbəb oldu. Peyğəmbərdən (s) nəql olunmuş hədislər arasında çoxlu uydurma hədislər vardı.

Bu iki nöqtəni nəzərə alaraq sünni məzhəbi sihahi-sittəyə, xüsusən “səhiheyn”-ə (Səhihi-Buxari və Səhihi-Müslimə) çox əhəmiyyət verir və bu kitabları Qurani-Kərimdən sonra yer üzündə ən düzgün və səhih kitab hesab edirlər. Bəlkə də bu hədisləri Qurani-Kərimin ayələri kimi müqəddəs sayırlar və bəzən də bir hədisə görə Quranın ayəsinin zahiri mənasını dəyişərək onu hədisə

uyğunlaşdırmağa çalışırlar.(1)

Bu iki kitab əhli-sünnə məzhəbinin əqidələrini və əsaslarını təşkil edir. Bu iki kitabın hədislərinə diqqət edib belə qərara gəldik ki, onun içindəki həqiqətləri hamıya bildirək və görəcəyimiz bu işlə hədislərin həqiqi mahiyyəti aşkar olunsun.

Bəlkə bu yolla əsrlərdən bəri təəssübkeşlik və kor-koranə təqlidlərin ucbatından qaranlıq və zülmətdə qalmış həqiqətlərin çoxu zahir və aşkar olsun.

{وَمَا أُرِیدُ أَنْ أُخَالِفَکُمْ إِلَی مَا أَنْهَاکُمْ عَنْهُ إِنْ أُرِیدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِیقِی إِلاَّ بِاللّهِ عَلَیْهِ تَوَکَّلْتُ وَإِلَیْهِ أُنِیبُ}

_ MəN SIZə QADAğAN ETDIYIM şEYIN əKSINə GEDəRəK ONA öZüM əMəL ETMəK ISTəMIRəM. MəN YALNıZ BACARDığıM QəDəR SIZə ISLAH ETMəK ISTəYIRəM. MəNIM (BU IşDə) MüVəFFəQIYYəTIM YALNıZ ALLAHıN KöMəYILəDIR. MəN YALNıZ ONA TəVəKKüL ETDIM Və MəHZ ONUN HüZURUNA DöNəCəYəM! _(2)

Bizim bu kitablarda apardığımız təhqiqat neçə mövzudan ibarətdir:

Buxari və Müslimün tərcümeyi-halı;

Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin nəzərində;

 Elm və təhqiq baxımından Səhihi-Buxari və Səhihi-Müslim kitablarına bir baxış;

 Səhiheyn (Səhihi-Buxari və Səhihi-Müslimün) kitablarının sənədləri;

- Tövhid, səhiheyn kitabları baxımından;


1- [1] . Bu kitabların əhəmiyyəti barədə bir az sonra oxuyacaqsınız. Quran ayəsi qarşısında Allahın məkanı barədə Əhməd ibn Hənbəl tərəfindən bir sıra şəxsi nəzər və hədislər yazılmışdır. Bu barədə bir az sonra.

2- [2] . “Hud” surəsi, 88-ci ayə;

- Nubuvvət, səhiheyn kitabları baxımından;

- Xilafət, səhiheyn kitabları baxımında;

- Səhiheyn, kitablarında müxtəlif bəhslər və hədislər;

Bunlar nəzərdə tutulmuş mövzulardır ki, Allahın köməyi ilə tədricən əziz oxucularımıza təqdim olunacaq.(1)


1- [1] . Qeyd etmək istəyirik ki, kitabın birinci cildində ancaq beş mövzu barədə söhbət olunacaq. Qalan mövzular isə Allahın köməyi ilə kitabımızın ikinci cildində xidmətinizə təqdim olunacaq.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana